İstanbul Şamil vəqfində maraqli tədbir
Yeniliklər  |  2(273) 2014      
      Bu ilin fevralın 2-də Türkiyənin İstanbul şəhərindəki  Şamil Vəqfində maraqlı tədbir keçirilmişdir. Adətən hər ayın ilk bazar günü çay süfrəsi arxasında keçirlən toplantıya bu dəfə əslən Azərbaycanın Quba rayonundakı Qrız kəndinin Binnətoğlu nəslindən olan Abdullah Qubalı məruzəçi  olaraq dəvət edilmişdi. Vəqfin divarlarından Bakıda nəşr olunan “Samur” qəzetinin sayları və Qrız kəndinin foto-şəkilləri asılmışdı. 
         Abdullah Qubalı qonaqları salamlayaraq coğrafiyanın insana sadiq, vəfalı və dürüst olduğunu bildirərək, “Mən bu gün sizlərə  çaylardan, dağlardan, daşlardan, mağaralardan bəhs edəcəyəm, çünkü onlar bizim əlimizdən tutaraq tarixin dərinliklərinə aparır,” – dedi.
     Türkiyənin Qars şəhəri yaxınlığından baş götürüb, Xəzər dənizinə tökülən Kür çayından bəhs edən natiq dedi: “Kür sözü ləzgi dilində çay, su mənalarını verir. Maraqlıdır ki, Qarsın Bəndivan və Ağzıaçıq köylərində aparılan arxeoloji qazıntılarda herlərə aid materiallar aşkar olunmuşdur. Təsadüfi deyil ki, babamın köyü Qrızın qonşuluğundakı Haput kəndinin sakinləri özlərini “her” adlandırırlar. Bu kəndin camaatı suya kür deyir. Bu, təsadüfi deyil. Qaldı ki, Maykopda və Kubanda da iki çayın adı Kürdür. Bütün bunlar Qafqaz mədəniyyəti ərazisinin nə qədər geniş olduğunu göstərir”.
      Sözü ata-baba mirası olan yer adlarına gətirib çıxaran A.Qubalı Qudyal çayının adını ilk dəfə duyduğunda bu sözə məna vermədiyini, fəqət daha sonra ləzgi dilində “sad, qud” saylarını eşidəndə bir uşağın ilk dəfə dilinin açılıb söz deməyinin sevincini yaşadığını, Qudyalın da “dörd” sayıyla bağlılığının fərqində olduğunu anlatdı.        Qrızdaki düzənliyin at təlimləri üçün keçmiş yüzilliklərdə açıldığını, atasının da ona öz ata-babalarından söhbət edəndə “Mənim babam Şeyx Şamil vaxtı goca kişi olub, ruslarla hərbə gedib qayıdanların atlarının tərini soyudub dincəlmiş atlarla onları yola salırdı,” sözlərinin yadına düşdüyünü söylədi.
Daha sonra A.Qubalı dil bəhsinə keçdi. Quzey-Doğu Qafqaz coğrafyası dil ailəsini təsnif edərkən Çeçenistan, Dağıstan və Azərbaycanın quzeyindəki dillərə, bu dillərin oxşarlığına və fərqli xüsusiyyətlərinə diqqət çəkdi. Ləzgi dilinin Cənubi Dağıstanın və Şimali Azərbaycanın ortaq dili olduğunu diqqətə çəkərək, bu adın içində avar, lak, tabasaran, dargi kimi xalqların da yer aldığını açıqladı. 
     Daha sonra natiq  Xaçmaz, Xudat, Qusar rayonları ilə Xınalıq, Qəçreş, Elig kəndlərinin qədim mənbələrdə Khaçmaz, Khudat, Khusar,  Khaçhmaz, Khınalluq, Gerçhresh, Alich kimi yazıldığını diqqətə çəkdi. Çar ve Sovetler vaxtında xalqlara, dillərə, inançlara basqı olduğunu yada salan Abdullah Qubalı “təəssüf ki, hazırda Azerbaycanda yer adlarına yetərli dərəcədə  əhəmiyyət verilmir,”  - deyə bildirdi. 
     Toplantıya gələnlər Sədaqət Kərimovanın “Mənim doğma elim” video-filminə birgə tamaşa etdilər. Sonra onlar “Samur” qəzetinin önündə  şəkil çəkdirərək qəzetin rəhbərliyinə və oxucularına salam yetirdilər.
 
WWW.SAMURPRESS.NET

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Хожалыдин сед Yeni kitabların təqdimatı Ктаб кхьена «Говори со мной по-лезгински!» Цавариз хкажайтIа чIал
Статьи из этой рубрики
Kənd yolları abadlaşır Sadələşdirilmiş viza rejimi Zəngin yataqlar aşkarlanıb İki əsrin yaşıdı Komissiya yaradılacaq
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ