Yeni kitabların təqdimatı
Поэзия  |  2(273) 2014      
     2014-cü ilin fevral ayının 22-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı Sədaqət Kərimovanın bu yaxınlarda işıq üzü görmüş povest və romanlardan ibarət “Ağ qəm” (Azərbaycan dilində) və “İtən ğündəlik” (ləzgi dilində) kitablarının təqdimatı keçirilmişdir. Həmişə olduğu kimi bu dəfə də müəllifin oxucularla görüşü gur keçmişdir. 130 oturacaq yeri olan zala 170 nəfər gəldiyindən bəzi qonaqlar sona qədər ayaq üstə duraraq tədbirdə yaxından iştirak etmişlər.
      Onların arasında yazıçının qələm dostları, jurnalistlər, onun daimi oxucuları olan tanınmış alimlər, adlı-sanlı ziyalılar, müxtəlif peşə sahibləri var idi. Əsərlərini Azərbaycan və ləzgi dillərində qələmə alan, yaradıcılığı Azərbaycanda tolerantlığın bariz nümunəsi olan, mənəviy-yat və əxlaq mövzusunda maraqlı povest və romanları ilə tanınan S.Kərimova hamını salamlayaraq sözün işığına gələnlərə minnətdarlığını bildirmişdir. O, mövzularına sadiq qalaraq, bu kitablara salınmış əsərlərdə də əxlaq problemini önə çəkdiyini, cəmiyyətdəki təzadlı prosesləri, insan mənəviyyatında gedən dəyişiklikləri göstərməyə çalışdığını bildirmişdir. 
      Sonra məclisi yazıçının qələm dostu, tanınmış yazıçı-jurnalist, tədqiqatçı Müzəffər Məlikməmmədov davam etdirmişdir. O, oxucularını düşündürməyi, kəskin süjetli povest və romanları ilə onların qəlbinə yol tapmağı bacaran S.Kərimovanın yaradıcılığından, yeni kitablarına daxil edilmiş əsərlərin məziyyətlərindən danışmış, yazıçıya şöhrət gətirmiş “Hal” və “Qürub” romanlarının Azərbaycan nəsrində xüsusi yer tutduğunu, onlarla bağlı Azərbaycan dövri mətbuatında  100-dən çox resenziyanın dərc olunduğunu diqqətə çatdırmışdır. 
      Canlı və maraqlı keçən, bir sıra xoş məqamlarla yadda qalan təqdimat mərasimində kitabların redaktoru, gənc qələm sahibi Sevda Azizrin, rəssam Rəhimə Həsənova, “Samur” Ləzgi milli Mərkəzinin sədri Şair Həsənov, alimlər Əli İbrahimov və Hüseyn Mirtəqəvi, tanınmış qələm ustaları Flora Xəlılzadə, Teyyub Qurban, Elbrus Şahmar, Əli Şamilov, Natiq Səfiyev, Sədaqət Muradova, İnqilab Həsənli çıxış edərək yeni əsərlərlə bağlı təəssüratlarını bölüşmüşlər. Qusar rayonunun İmamqulukənd sakini Oruc Orucovun, Qusar şəhər 3 saylı orta məktəbin rus dili müəllimi Hüriyyə Rüstəmovanin, ləzgi gəncləri adından öz ürək sözlərini çatdıran musiqişünas Sürəyya Xaspoladovanın, “Üfüq-S” təşkilatının ləzgi dili layihəsinin rəhbəri, amerikalı lingvist Çak Donetin və başqalarının çıxışları alqışlarla qarşılanmışdır. Yazıçının oxucu dostları - tarixçi Dilbər Ağayeva, bağça müdirəsi Solmaz Səfərova, filoloq Roza Hacımuradova və başqaları müəllıfə yeni yaradıcılıq uğurları arzulamışlar. Sonda oxucular S.Kərimovaya çoxlu gül dəstələri bağışladılar. 
 
“SAMUR”

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Хожалыдин сед Ктаб кхьена «Говори со мной по-лезгински!» Цавариз хкажайтIа чIал İstanbul Şamil vəqfində maraqli tədbir
Статьи из этой рубрики
Женгера фейи уьмуьр Булахда яд ава СтIал Сулейманаз гуьмбет хкажна Лезги чIал кIанарзава Са маса тIям ава Ватандин чилихъ
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ