İnsan həyatina bu qədər laqeydlik?
Инсанар, кьисметар  |  1(272) 2014      
     Bakıda Babək prospekti ilə İ.Məmmədov küçəsinin kəsişdiyi ərazidə iri gövdəli bir ağacın aşması nəticəsində oradan keçən Nərgiz Hacıyeva və onun 6 yaşlı oğlu həlak olmuşlar. Möcüzə nəticəsində qadının yanında olan qız övladı sağ qalmışdır. 
     Bu dəhşətli faciənin qurbanı, əslən Qusar rayonunun Həzrə kəndindən olan, adlı-sanlı bir nəslin övladı Nərgiz xanım başdan-ayağa qədər ziyalılıq, mərifətlilik nümunəsi idi. Onun həyatı, fəaliyyəti, davranışı, əxlaqı bir nümunə idi. Həyat yoldaşı Nail, qohumları, dostları, iş yoldaşları  üçün o, əvəzedilməz insan idi. Faciə bu insanı balası ilə birgə doğmalarından ayırdı. 
     Əziz adamın itkisini dünyada heç nə əvəz etmək mümkün deyil. İtkinin səbəbi isə hansısa məmurların öz vəzifə borclarına etinasızlığıdır. Bu məsələ ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə (səhlənkarlıq (?)) maddəsi ilə cinayət işi açılmışdır. Əslində söhbət səhlənkarlıqdan yox, bu məsələdə günahı olan insanların cinayət əməlindən gedir. Ölüm faktı varsa, o, qəsdən törədilməsə belə, cinayət baş vermişdir, buna görə də səbəbkarlar ciddi cəzalandırılmalıdır. Şübhəsiz, ailəyə vurulan mənəvi ziyan heç nə ilə ödənilə bilməz. Lakin maddi ziyan - ailənin qız övladının gələcəyinin təmin olunması, onun təhsilinin xərcləri “səhlənkarlar” tərəfindən ödənilməlidir. Ümidvarıq ki, məhkəmə prosesində bu iddialar qaldırılacaq. Çünki insan həyatı bu qədər ucuz olmamalıdır. 
 
“SAMUR”

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
"Самур" газетдин дустар Чемпион мира Спасенные жизни Чи хуьруьн мехъерар Жавагьиран манияр
Статьи из этой рубрики
Сенятди квадарна Кьве веси Спасенные жизни Haradir vətənim? Гьар садаз чешне я
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ