Qəhrəmanlıq
Инсанар, кьисметар  |  1(272) 2014      

     Qadin sədaqətinin  gözəl nümunəsi kimi tarixə düşmüş dekabrist xanımları yəqin yadınızdadır. 1825-ci ildə Sibirə sürgün olunmuş ərlərinin - rus zabitlərinin ardınca gedən bu zadəgan xanımları rus çarının ədalətsiz hökmünə öz etirazlarını belə bildirmişdilər. Onlar imkanlı ailələrdən olub, bir sıra imtiyazlara malik idilər. Haqqında sizə danışacağım qadın da dekarist xanımları kimi öz ərinin dalınca Sibirə yollanıb. Onlardan daha ağır məhrumiyyətlərə məruz qalıb, çünki daha agır şəraitdə, daha qorxulu repressiyaların hökm sürdüyü dövrdə yaşayırdı.

      1885-ci ildə Quba qəzasının Digah kəndində ilk məktəb açanlardan biri olmuş Qəni Ramazan oğlu savadlı və ədalətli adam kimi ad-san qazanmışdı. Həmin məktəb sonralar 20-dən çox alim, hərbçi və dövlət xadimi yetirmişdir. Kimin ağlına gələrdi ki, kənd camaatının sevimlisi olan Qəni müəllimin aqibəti acınacaqlı olacaq.
Atasının düşmənləri tərəfindən baltalanması xəbərini eşidən Qəni müəllim əliyalın hadisə yerinə cumur. Buradan uzaqlaşmaqda olan iki qatillə əlbəyaxa olur, onların silahlarını əllərindən alıb hər ikisini zərblə yerə çırpır. Boyunları sınıb hərəkətsiz halda yerə sərilən qatillərdən əl çəkib atasını xilas edir. Onu çiyninə alıb uzun bir məsafə qət edərək kəndə qayıdır. Atası aldığı yaralardan sonra sağalır, amma Qəni müəllimi Sibirə sürgün edirlər. Hamı ondan əlini üzür, o isə 17 ildən sonra sağ-salamat geri dönür. Ömrünün sonuna kimi xalqın maariflənməsində iştirak edən Qəni müəllim 1961-ci ildə 90 yaşında vəfat edir.
      Mədinə Qəni müəllimin sürgünlük dövründən sonra, 1918-ci ildə, ahıl vaxtında doğulmuş qızıdır. Həmin günlərdə Digahdakı indi “Qanlı dərə” adlanan yerdə ləzgilərlə erməni ordusu arasında qanlı döyüşlər gedirdi. Bütün bu ab-hava Mədinəyə təsirsiz ötüşmədi. Həmkəndlilərinin qəhrəmanlıq tarixçələrinin təsiri altında böyüyən Mədinənin təbiətinə də qoçaqlıq və cəsarətlilik xas idi. Elə özü təbiətdə Yusif adlı bir gənclə ailə həyatı qurur. Lakin onların xoşbəxtliyi uzun sürmür. Böyük Vətən müharibəsi başlananda Yusif arvadı Mədinəni yeni doğulmuş qızı Xumarla tək qoyub cəbhəyə yola düşür. Döyüşlərin birındə əsir düşür. Sonralar əsirlikdən qaçıb müqavimət hərəkatına qoşulsa da, 1945-ci ildə qələbədən dərhal sonra onu birbaşa Komi düşərgələrinə göndərirlər.
      Çoxdan Yusifdən nə öldü, nə də qaldı xəbərini almayan Mədinəyə bir gün məktub gəlir. “Əzizim Mədinə!...Mənə ömürlük həbs cəzası veriblər. Sən gəncsən, Xumarı anama verib ərə get, mənə görə həyatını məhv etmə...”
     Məktub doğmaları həm sevindirdi, həm kövrəltdi. Yusifi sağ ikən itirdiklərini dərk etmək çox ağır idi. Hamı ağlayırdı, bircə Mədinə susub heç nə demirdi.
     O, Yusif deyən kimi etdi... Xumarı qaynanasına verib getdi... Ərə yox, çoxlarına cəhənnəm kimi görünən Komiyə...yola düşmək üçün hazırlıq gördü.
    Amma cavan gəlinin bu qərarına kənddə hərə bir cür don geydirdi. Kasıb bir gəlinin yol pulu əldə etmək məqsədilə öz daxmasını dəyər-dəyməzinə satıb dünyanın o başına, ərinin dalınca getməsi dedi-qodular yaratdı. Lakin qadağalara, NKVD xəbərdarlıqlarına baxmayaraq, Mədinə qərarında israrlı idi. 
Ayrılıq günü çatdı. Adamlar göz yaşlarını saxlaya bilmirdilər. Bu gözəl, gənc gəlinin ərinə sədaqəti və onun yolunda göstərdiyi fədakarlıq heç kəsi etinasız qoymamışdı. Yola toyuq soyutması, yaglı fətir, yun corab, hətta kürk  gətirənlər də var idi. Qəni müəllim isə qızına o uzaq məmləkətdə soyuqdan necə qorunmaq lazım olduğunu başa salırdı. Müharibədən yenicə qayıtmış Kamal qardaşının arvadına  bələdçilik etməyə söz verdi və vədinə də əməl etdi.
     Bir il sonra, 1946-cı ildə Komidən kəndə Mədinə ilə Yusifin birgə çə-kilmiş şəkli gələndə bütün kənd buna şadyanalıq etdi.
     O gedən Mədinə əri ilə yanaşı könüllü sürgünlük həyatı yaşayır və Digaha 1952-ci ildə, əri Yusif ilə bərabər qayıdır. Onları qarşılayanlar arasında bir zamanlar Sibirdə olmuş Qəni dayı da var idi.
     1953-cü ildə “dekabristlərin” - Mədinə ilə Yusifin qızı Sevil dünyaya gəlir, ardinca yenə neçə övladları doğulur. İndi Sevil Aydəmirova adlı-sanlı həkimdir. O, Qusar Mərkəzi Xəstəxanasında şöbə müdiridir.
      Mədinə xala 2004-cü ildə dünyadan köçsə də, kənd camaatı onun qəhrəmanlığını unutmur. Axı insanlar qəhrəmanları adətən nağıllarda axtarırlar. Çox zaman yanımızdakı, yaxşı tanıdığımız insanların qəhrəman olduqlarının fərqinə varmırıq. 
 
Rafiq Mİrzəyev,
Quba rayonunun Digah kəndi
 

 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
"Самур" газетдин дустар Чемпион мира Спасенные жизни Чи хуьруьн мехъерар Жавагьиран манияр
Статьи из этой рубрики
Сенятди квадарна Кьве веси Спасенные жизни Haradir vətənim? Гьар садаз чешне я
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ