Bir kənddən iki məktub
Редакциядиз чар  |  8(267) 2013      

Redaksiyamıza İsmayıllı rayonundakı Sumağallı kənd tam orta məktəbinin
iki qabaqcıl müəllimi məktub göndərib.

ÜRƏK SÖZÜ

    Onun  haqqında  çox  eşitmişdik. Kitablarını  oxuyurduq,  ana  dilimizdə   yazdığı  şeirləri  əldən-ələ gəzirdi.  “Samur” qəzetinin  redaktoru  kimi onu qiyabi  tanıyır,  sevirdik. Bir  yaz  günü  kəndimizin   qonağı   kimi  qarşıladıq  onu.  İlk  baxışdan  ürəyimizə  yol  tapan  səmimiyyəti,  gözəl  söhbətləri  onu  bizə  daha  da   yaxınlaşdırdı. Həmin  gün  kəndimizdə  bütün  evlərdə  söhbət  Sədaqət   xanımdan,  onun  yaradıcılığından,  xalqımız  üçün ərsəyə  gətirdiyi  gözəl  işlərdən getdi.

    Bundan sonra Sumağallı  kəndi ilə ”Samur” qəzetinin  əlaqələri  genişləndi.  Telefon  danışıqları,  gənclərimizin redaksiyada   görüşləri   bizim  üçün  sözün  əsl  mənasında  yeni,  maraqlı  bir  dünya  oldu. Üstəlik   xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında bizə dərin bilgilər verən “Samur” qəzeti həyatımıza daha sıx daxil oldu.

    Onun kəndimizə ikinci gəlişi payıza təsadüf etdi. İndi o, artıq qonaq deyildi. Onu doğmamız kimi qarşıladıq. O, kəndimizdə bir neçə evin əziz qonağı oldu. Hansı qapını açırdıqsa, Sədaqət  xanımı təqdim etməyə  ehtiyac olmurdu. Ağbirçək nənələr, qoca babalar, hətta balaca uşaqlar da onu tanıyırdılar  və bu cür qaşılanma mənim də ürəyimi qürur hissi ilə doldururdu .

    Hələ bizim məktəbli dostlarımız! Onlar qonağın yolunu intizarla gözləyirdilər. Sədaqət xanım məktəbdə uşaqlara ləzgi “Əlifba”sı dərsi keçdi, üstəlik “Lezginka” rəqsinin bəzi sirlərini öyrətdi. Uşaqlar uzun müddət həmin görüşün xoş təəssüratı altında oldular. İndi onların  əksəriyyəti ali məktəb tələbələridir və “Samur” qəzeti redaksiyası ilə  bu gənclər arasinda sıx əlaqələr yaranmışdır.

    Bu gün əlimə qələm alıb bu sətirləri yazmaqda məqsədim Sədaqət xanımı  60 illik yubileyi münasibətilə təbrik etməkdir. Bu təbrikin arxasında Sumağallı kənd camaatının, bütövlükdə İsmayıllı ləzgilərinin bu istedadlı qələm sahibinə, xalqımızın fədakar qızına ünvanlanan xoş arzuları  durur. Ona cansağlığı, uzun ömür, daha böyük yaradıcılıq uğurları arzulayırıq.

Arzu Mirzəyeva

 

ÜLVI HISSLƏRIN  TƏRƏNNÜMÜ

     Hazırkı dövrdə çoxsaylı oxucuların hörmətini qazanmaq hər sənətkara nəsib olmur. Əsl sənətkar bilsə ki, oxucusu yoxdur, çətin ki, bir daha qələmi əlinə alsın. Mən Sədaqət Kərimovanın yüzlərcə oxucularından biriyəm. Yaziçının bu yaxınlarda işıq üzü görmüş ”Ağ qəm” povest və romanlar toplusunu böyük maraqla oxudum.

     Janrından asılı olmayaraq, yazıçının bədii yaradıcılıq nümunələrinin hər birisi bizim üçün qiymətli gövhərə, ürəkləri oxşayan inciyə çevrilmişdir. Belə incilərin, gövhərin təbii ki, alıcıları da çox olur. S.Kərimovanın yaradıcılığı haqqında yazmaq olduqca çətin və eyni zamanda çox asandır. Çətindir, ona görə ki, bu sənət əsərləri haqqında bir sıra tanınmış ədəbiyyatşünaslar geniş söhbət açmışlar. Bu, eyni zamanda mənim üçün çox asandır. Hər şeydən əvvəl ona görə ki, sənətkarın yaradıcılığı, söz və fikir dünyası mənə doğma və yaxındır. Yazıçı əsərlərində ötəri hadisələrə və problemlərə deyil, dövrün, zamanın, ictimaiyyətin maraqları dairəsində olan aktual məsələlərə toxunur və onların bədii həllini verir. Yazıçının dili sadə və səmimidir. Dialoqlarda və təsvirlərdə xarakterlər açılır. Sənətkarın dili o qədər axıcı, bədii təsvir vasitələri o qədər yerli-yerində, hadisələrə uyğun seçilmişdir ki, kitabda verilmiş “Bir yaz gecəsi” povestindən tutmuş, “Ayı yağışı” romanına kimi bütün əsərlər birnəfəsə oxunur. Onun diqqət çəkən təhkiyəsi oxucunu düşündürməyə xidmət edir.

     Qələmə aldığı bədii nümunələrdə sənətkar xalqımızın mənəvi və əxlaqı tərbiyəsini, cəmiyyətin və dövlətin əsasını təşkil edən ailə problemlərini real işıqlandırır. Mənəviyyatımızın çökməsinə, mənəvi dəyərlərimizdən uzaqlaşmağımıza səbəb olan problemləri ön plana çəkməklə bir növ həyəcan təbili çalır.

    Onun əsərlərində hissiyyat, psixoloji məqamlar çox güclüdür. İnsan psixologiyasına yaxından bələd olan sənətkar oxucusunu mənəvi hisslərlə tərbiyələndirir, düşündürür. Bu əsərləri oxuduqca oxucunun mənəvi dünyası təzələnir, billurlaşır. Ülvi hisslər insanı qanadına alaraq gözəl bir sevgi dünyasına, məhəbbət aləminə aparır.

    Böyük alman filosofu Hegel deyirdi ki, Şərqin şüur forması Qərbə nisbətən daha poetikdir. Bu onunla əlaqədardır ki, şərqlilər daha çox hisslərlə düşünürlər, hər şeyə gözəllik prizmasından yanaşırlar. Sədaqət xanımın da bədii yaradıcılığı həmin əsas üzərində qurulmuşdur...

Heydər Xəlilov

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я МискIин хкажна Авадан жезва Перизада, гьай гуьзел яр Камарванви тават
Статьи из этой рубрики
Хайи чIалан къадир хьуьх КТАБАР КIАНЗАВА Жуввал гьикI хуьда? Маршалдин чар Кьурагь дередин тават
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ