Azərbaycanın İsveçrəsi
Qəbələ - MDB-nin mədəniyyət paytaxtı Этнография  |  7(266) 2013      

Tarixin yadigarı

    Qəbələ respublikamızın ən qədim və gözəl şəhərlərindəndir. Dəmiraparançayın sağ sahilində yerləşən buradan aydın havada Azərbaycanın ən uca zirvəsi - Bazardüzü dağı görünür.
     Eramızın I əsrində Böyük Pliniy özünün “Təbii tarix” kitabında bu şəhərin adını Kabalaka (Cabalaca) kimi çəkərək onun Albaniyanın əsas şəhəri olduğunu göstərmişdir. Paytaxt VI əsrdə Parfava (Bərdəyə) köçürülənə qədər Qafqaz Albani-yasının əsas şəhəri Qəbələ olmuşdur. Ptolеmey onun Xabala (Cha-bala) adlandığını yazmışdır. Qəbə-lənin adı VII əsrdə Musa Kaqan-katvasidə Kavalaka, "Erməni coğrafıyası"nda Kavaqak (Kavalak) və Ostani - Mərzpan kimi çəkilir.
     1800 ildən çox dünyanın mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri kimi  tanınan Qədim Qəbələ 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Müxtəlif tarixi hadisələrlə əlaqədar şəhər bir neçə dəfə dağıntılara məruz qalmışdır. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməmişlər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Xilafət dövründə də Qəbələ ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamışdır. XIII əsrdə monqolların hücumu zamanı Qəbələ tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlmişdir.
XVIII əsrin ortalarında Qəbələ ərazisində kiçik feodal dövləti olan sultanlıq yaradılmışdır. Sonralar bu sultanlıq mahal kimi  Şəki xanlığının tərkibinə daxil olmuş, Şəki xanlarının təyin etdiyi naiblər tərəfindən idarə edilmişdir. 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının inzibati rayonlarından biri kimi Qutqaşen rayonu yaradılmışdır. Qəbələ ərazisi 4 yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir. Rayon 7 fevral 1991-ci ilə qədər Qutqaşen, həmin tarixdən sonra öz qədim adı ilə Qəbələ adlandırılmışdır.
     1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxarmış və buranın e.ə. IV – b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirmişdir. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir. Bura orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. O, hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. Onlardan şərqdə, geniş düzənlikdə məbəd yeri nekropolu və tikinti qalıqları vardır.
     Rayonda yüzlərlə tarix və mədəniyyət abidəsi var. Əmili kəndindəki  IV-VIII əsrlərə aid alban məbədi, Bum kəndindəki XIX əsrə aid məscid, Bayramkoxa kəndindəki IX-XIV əsrlərə aid Ustacan qalası, Şəfili kəndindəki XVII əsrə aid məqbərə, Həmzəli kəndindəki XVI əsrə aid Şıxbaba piri, Komrad dağının zirvəsindəki Komrad piri, Nic kəndindəki Hacı Qərib məscidi , Həzrə kəndindəki XV əsrə aid Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri dövlət tərəfindən mühafizə olunur. Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır.
2010-cu ilin sonuna olan məlumata görə rayon əhalisinin sayı 95,133 nəfərdir . Əhalinin 73235 nəfəri azərbaycanlılar, 15649 nəfəri ləzgilər, 4640 nəfəri udilər, 209 nəfəri türklər, 37 nəfəri isə digər millətlərin nümayəndələridir.

Gözəlliklər diyarı

     Qəbələdə dağlıq sahələrdən dağarası vadilərə qədər, sıldırım dərələrdən hamar səthli yaylalara qədər bütün dağlıq relyef formaları var. Böyük Qafqazın ən yüksək zirvələri : Bazardüzü (4466 m), Tufandağ (4206 m), Bazaryurd (4126 m) və Yan silsilədə yerləşən Şahdağ (4243 m) zirvələri Qəbələ-nin şimal sərhədlərindədir.
    1800-3000 m hündürlükdə subalp və alp çəmənlikləri uzanır. 60 min hektar sahəni əhatə edən meşələr umumi ərazinin 23,1 faizini təşkil edir. Dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur.  Rayonda fısdıq, palıd, vələs, qızılağac, qovaq, söyüd, qarağac, cökə, ağcaqayın, ardıc, şabalıd, qoz, fınbıq ağacları bitir. 1975-ci ildə Çuxur Qəbələ kəndi yaxınlığında ,, Azərbaycanın ikinci Hirkanı" - təbii şəkildə yayılmış dəmirağacı meşəliyi aşkar edilmişdir. Azərbaycanda yeganə olan Həmzəlli kəndindəki qədim qaracöhrə ağaclarının əmələ gətirdiyi sıx meşəlik dünya alimlərinin diqqətini cəlb etmişdir.
     Tikanlıçay, Qumçay, Dəmir-aparançay və Vəndam çayları bu rayonun ərazisindən axır.
     Rayonun meşə və düzləri nəcib maral, dağ keçisi, dağ kəli, cüyür, ayı, canavar, vaşaq, meşəpişiyi, dələ, yenot, tülkü, çöl donuzu, dovşan, adi və oxlu kirpi və s. heyvanlar, Qafqaz uları, qırqovul, kəklik, turac, bağ toyuğu, çöl göyərçini, qartal, qarğa, köçəri quşlardan vağ, hacıleylək, qızıl qaz, ördək və s. quşlarla zəngindir.
    Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları var Onlardan ən məşhuru - "Çömçə bulaq" Qəmərvan kəndindən 5 km şimalda, Bum çayının dərəsində, 1388 metr hündürlükdə səthə çıxan termal- mineral sudur. Təbii tempuraturu 39,20C -dir. Kükürdlü və dəmirli birləşmələrlə zəngindir. Suyunun kimyəvi və fiziki xassələrinə, müa-licəvi əhəmiyyətinə görə Qəmərvan mineral bulağı Qərbi Avropanın Priney yarımadasındakı məşhur Kuldur mineral suyu ilə analoq təşkil edir.

Turizm mərkəzi

     Qəbələ  dünyanın turizm mərkə-zinə çevrilib. Burada istirahət üçün 3 və 5 ulduzlu otellər və sanatoriyalar fəaliyyət göstərir.
     “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi şəhərdən təxminən 4 kilometr aralıda yerləşir. Bu kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaq. Birinci stansiya dəniz səviy-yəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq 2 kanat yolu istifadəyə hazırdır. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda son quraşdırma işləri aparılır. Kanat yolundan bir saat ərzində 1800 turist istifadə edəcək.
     Qəbələ Nohur göl, Yeddi gözəl şəlaləsi, meşəli dağlarla əhatə olunan Ləzə kəndi kimi turizm marşrutları ilə zəngindir.
     Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf idman meydançası, həmçinin Qolf Akade-miyası və klubu da yaradılır. Rayonda atıcılıq klubu fəaliyyət göstərir. Burada Olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılıb.
     Rayonda heyvandarlıq-südçülük kompleksi, tütün fabriki, konserv və üzüm emalı zavodları fəaliyyət göstərir. Qəbələdə Avropanın məşhur markası Beltman fortepianolarının istehsalı fabriki də var. Burada  ildə 1200-1500 fortepiano istehsal edilir.
     Son illər bu qədim şəhər həm də Azərbaycanın musiqi məkanına çevrilib. Qəbələ beynəlxalq musiqi festivalında demək olar ki, dünyanın bütün ölkələrindən tanınmış musiqi və ifaçılar iştirak edir.
    Bütün bu nailiyyətlərə görə bu il Qəbələ  MDB-nin mədəniyyət paytaxtı elan olunub.

Əbülfəz KAMARVANVİ,
Mansur MƏSİMOV.

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Захъ гафарин луж ава Профессор Османов О человеке, умеющем делать жизнь ярче День семьи, любви и верности
Статьи из этой рубрики
Яран сувар - жуван сувар Чан дидедин КцIарин мярекат Халкьдин манийрин фестиваль Яран мелер
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ