İgid Şargir
Məşhur ləzgilər   |  3(262) 2013      

(Əvvəli qəzetin 30 yanvar, 28 fevral  2013-cü il tarixli saylarında)

 

     Barsillər Çur üzərinə hücuma keçəndə ləzgilər onları ox yağışı ilə qarşıladılar. Düşmən hələ paxaklara çatmamış, cinahlardan yanar daşların əhatəsinə düşdü. Ilk iki çəhddə çoxlu döyüşçü itirən barsil çarı sürətlə müdafiə qurğularını keçmək istədi. Lakin onun bu cəhdi də uğursuz oldu. İrəli şığıyan barsil atlılarının ön cərgələri bir neçə metr enində qazılmış xəndəkləri keçə bilməyib, həmin xəndəklərə düşdü. Arxa cərgələr isə ox yağışı ilə üzləşdi. Barsillər arasında çaşqınlıq yarandı. Onlar qurğulardan yan keçmək üçün qoşunun başını dənizə tərəf yönəltdilər və sahil boyunca irəliləməyə cəhd göstərdilər. Amma Şargir burada öz süvariləri ilə barsillərin qarşısına sədd çəkdi. Qızğın və amansız döyüş başlandı. Şargirlə üz-üzə gələn barsil çarı onu ölümlə hədələdi. Amma vuruşma vaxtı yaralandı. Döyüşü davam etdirəndə Şargirin zərbəsindən ikinci dəfə yara aldı. Ləzgi çarı barsil çarını öldürməyib sağ buraxdı. Amma onun süvariləri düşmən atlılarına aman vermədilər.
     Bir neçə günlük döyüşlərdə geri oturdulan barsillər yenidən ləzgilərin üzərinə hücuma keçməyə cürət etmədilər. Onlar hunların Albaniyaya soxulmayıb geri qayıtdıqlarını başa düşdülər. Həqiqətən də hunlar alanların torpaqlarını zəbt etdikdən sonra onların sağ qalan hissəsi ilə müqavilə bağlayaraq, öz dəstələrinə qatmış,Germanarixin çarlıq etdiyi ostqotların ölkəsini talan edərək, şimala doğru getmişdilər.
     Hunların müvəqqəti olaraq Albaniyaya hücumlardan əl çəkdikləri bir vaxtda bu ölkəyə bir tərəfdən ermənilər və yunanlar, digər tərəfdən romalılar göz dikdilər. Onların vaxtaşırı  albanlarla münaqişəni qızışdırması son nəticədə Dzirav döyüşünə gətirib çıxardı.Hələ bu döyüşədək Urnayrın və Şargirin rəhbərliyi altında alban qoşunları yunan qoşunları ilə üz-üzə gəldi. Salnaməçilərin yazdıqlarına görə döyüşdə qüvvələr bərabər idi. Amma albanlar daha yaxşı döyüşürdülər. Igid Şargirin başçılıq etdiyi ləzgı qoşunları istənilən vaxt düşmənə qəfil və sarsıdıcı zərbələr endirə bilirdı. Onlar düşmən əsgərlərini qırmaqdan daha çox əsır alırdılar. Bunu yunanlarla döyüşlərdən əvvəl çar Urnayrın öz əsgərləri qarşısındakı çıxışı da sübut edir. O, döyüşçülərə müraciətlə demişdi: “Sizi xəbərdar edirəm və bunu yaxşı yadda saxlayın. Yunan qoşunlarını əsir alanda onların əsgərlərinin əksəriyyətini salamat saxlamalıyıq. Əsirləri Albaniyaya aparıb onları şəhərlərimizin və saraylarımızın ehtiyaclarının, həmçinin digər ehtiyacların ödənməsi üçün dulusçu, daşyonan və bənna kimi işləməyə məcbur edərik.” (Bax:T.M.Məmmədov. Qafqaz Albaniyası IV-VII əsrlərdə (rus dilində). Bakı, 1993.Səh. 79.).
     Yunanlarla döyüşlər albanlar üçün uğurlu olur və onlar minlərlə düşmən əsgərini əsir alaraq, işlətmək üçün öz ölkələrinə gətirirlər. Lakin bu qələbədən çox keçməmiş, yeni müharibə başlanır.

YENİ MÜHARİBƏ

     Qeyd olunan hadisəlsərdən sonra Erməniyyə Roma ilə ittifaqa girərək, Sasani imperiyasına qarşı çıxır. Favstos Buzandatsinin yazdığına görə 371-ci ildə Dzirav düzündə sasani-alban və Erməniyyə-Roma qoşunları üz-üzə gəlir. Onun qeyd etdiyi kimi, sasanilərin tərəfində erməni çarına qarşı Atropatakanın, Arsaxın, marlarin və kasların qoşunları da döyüşürdü (Bax: Yenə orada, səh. 80).
     Tarixi mənbələrdə Dzirav döyüşlərində Erməniyyə-Roma qoşunlarının qalib gəldiyi göstərilsə də, Urnayr və igid Şargirlə bağlı bəzi fikir ayrılıqları mövcuddur. Razılaşmaya görə erməni sparapeti Muşeqə qarşı ll Şapurun qoşunları, romalılara qarşı isə Urnayrın və Şargirin miriadları döyüşməli idi. Lazım gəldikdə Urnayr sasanilərə kömək göstərəcəkdi. Bunu Favstos Buzandatsinin təsvir etdiyi döyüş səhnəsindən də başa düşmək olar: “Erməni sparapeti Muşeq amansızcasına döyüşərək, İran qoşunlarına qalıb gəldı və alban dəstəsinin gəlməsini gözləyərək, bu qoşunu da darmadağın etdı. O, qaçmağa üz qoyan alban çarı Urnayra da çatdı. Çara lap yaxınlaşaraq, nizəsinin ucu ilə onun dəbilqəsini döyəcləyib dedi: “Şükür et ki, sən çarsan və başına tac qoymusan, mən çarı öldürə bilmərəm, hətta buna görə cəzalandırılsam belə.” Və o, çara atlıları ilə birlikdə alban ölkəsinə qaçmağa imkan verdi.” (Bax: «История Армении» Фавстоса Бузанда. Перевод с древнарм. икомментарии Геворкяна М.А. Ереван,1953. Кн. V. гл. 4; T.M.Məmmədov.Qafqaz Albaniyası lV-Vll əsrlərdə (rus dilində). Bakı. 1977. С. 79.).
     Dzirav düzündə ləzgi çarı Şargirin də döyüşdüyünü qeyd edən V əsr erməni tarixçisi Moisey Xorenatsi Favstos Buzandatsidən fərqli olaraq, alban çarı Urnayrın Muşeq tərəfindən sağ buraxıldığını yazmır. Lakin döyüş meydanını tərk etmək məcburiyyətində qalan alban dəstələrinin arasında Vasak Mamikonyanın oğlu Muşeq tərəfindən yaralanmış alban çarı Urnayrın da olduğunu vurğulayır. (Bax: “История Армении” Моисея Хоренского.Новый перевод с древнеарм. Эмина Н.О. М.,1893. Кн. lll, кн. 36.).
     Alban tarixçisi Moisey Kaqanqatvatsi həmin hadisələri qısaca belə şərh edir: “Arşak ölür. Pap çar olur.Sonra Mehrican Arsruni üsyan qaldırır və Axitofel kimi özünü həlak edir. Papla Mehrican arasında şıddətli vuruşma olur. Burada Spandarat Kamsakaranın əli ilə leklər (ləzgilər) çarı Şargir öldürülür. Vasak oğlu Muşeq Mamikonyanın əli ilə Albaniyanın böyük çarı Urnayr yaralanır.” (Bax: “История Aгван» Моисея Каганкатваци. Перевод с древнеарм. Патканова К.П. – СПб. 1861. С. 181.).
     Ayrı-ayrı narixçilərin əsərlərində belə fikir ayrılıqlarının olması hər şeydən əvvəl onların hadisələrə yanaşma tərzi ilə bağlıdır. Həmin hadisələrin şərhi də fərqlidir. Bəzi tarixçilər haqlı olaraq qeyd edirlər ki, Favstos Buzandatsi özünün “Erməniyyə tarixi” kitabında tarixi hadisələri çox vaxt eposdakı rimi şərh edir. (: Абегян М. История древнеармянской литературы, т. l. Ереван, 1948. С. 153; Т.М.Мəmmədov. Qafqaz Albaniyası lV-Vll əsrlərdə (rus dilində). Bakı, 1993. Səh. 17.). Bu  baxımdan onun Dzirav döyüşü ilə əlaqədar erməniləri qəhrəman, albanları isə döyüş meydanından qaçan qorxaqlar kimi təqdim etməsi də məhz uydurulmuş epos şərhidir. Tarixi həqiqət isə başqadır.

TARİXİ HƏQİQƏT

     Yuxarıda qeyd edildiyi kimi, Dzirav döyüşü zamanı iranlılar ermənilərə, albanlar isə romalılara qarşı döyüşürdü. ll Şapurun qoşunu erməni sparapeti Muşeqin qoşunu qarşısında tab gətirə bilmir. Köməyə gələn alban çarı Urnayrın miriadı ermənilərin əvvəlcədən qurduqları pusquya düşür. Buna baxmayaraq, albanlar təslim olmadan axıra kimi döyüşürlər. Lakin getdikcə vəziyyət Muşeqin xeyrinə dəyişir. Bu vaxt romalıları xeyli sıxışdıran Şargir öz miriadı ilə Urnayrın köməyinə tələsir. O, hadisə yerinə çatanadək qarşısına çıxan bir erməni sərkəsdəsinin qoşununu darmadağın edir və Muşeqin döyüşdüyü əraziyə yaxınlaşır. O, erməni sparapeti ilə təkbətək döyüşmək niyyətində idi. Bu vaxt Şargirin qarşısına Spandarat Kamsarakanın başçılıq etdiyi qoşun çıxır. Döyüşdə hər iki  tərəf xeyli itki verir. Sərkərdələrin təkbətək döyüşündə həm Spandarat, həm də Şargir ağır yaralanır. Lakin onlar son nəfəslərinədək döyüşür və hər ikisi həlak olur. Buna baxmayaraq, nədənsə, mənbələrdə Şargirin ölməsi göstərilir, Spandaratın yox. Əgər o, qalsaydı, Muşeqin sonrakı hərbi yürüşlərində yaxından iştirak edərdi. Lakin Dzirav döyüşlərindən sonra onun adı heç bir mənbədə çəkilmir.
     Ləzgilərin axıradək döyüşməsı Muşeqi hiddətləndirir və o, Urnayrı öldürməklə onları ruhdan salmaq istəyir. Təkbətək döyüşdə Muşeq alban çarını yaralayır. Çarı xilas etmək şərəf və ləyaqət məsəlsəsi olduğuna görə ləzgilər Muşeqin qoşunu ilə daha amansızcasına döyüşür və Urnayrı düşmənin əlindən alırlar. Bu, Muşeqi özündən çıxarır. O, döyüş meydanına əlavə qüvvələr yeridir. Düşmənin qat-qat çox olduğunu görən ləzgilər çarı xüsusi dəstə ilə döyüş meydanından çıxarır, özləri isə axıra kimi vuruşurlar.
     Hadisələrin sonrakı gedişatı da bu fikri təsdiq edir. Dzirav döyüşlərindən sonra ll Şapurun müttəfiqlərindən – Albaniyadan, İberiyadan, Arsaxdan və digərlərindən qisas alan Muşeq Albaniyanın cəmi bir neçə vilayətini tuta bilmiş, Lezgan çarlığına hücuma keçməyə cürət etməmişdi. (Bax: Lazar Parpetsinin “Erməniyyə tarixi” (qədim erməni dilində). Tiflis, 1907.).
     lV-Vll əsrlərdə yaşamış tarixçilərin və salnaməçilərin bəzi təhriflərə yol vermələrinə, bir sıra hadisələri yetərincə şərh etməmələrinə, bəzən onları sifarişlə qələmə almalarına baxmayaraq, tarix öz qəhrəmanlarını həmişə yaşadır. Bu qəhrəmanlar həm də xalqın onlar haqqında yaratdığı rəvayətlərdə, mahnılarda yaşayır. İgid Şargiri də tarix və xalq neçə əsrlərdir beləcə yaşadır.

Müzəffər MƏLİKMƏMMƏDOV.

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
"Зи уьмуьр зи чIалан женг я!" Хачмаз виликди физва Шушада талыш чlалал радио? Манийрин меле
Статьи из этой рубрики
Qanlı Şaban Gimri qəhrəmanı Yüz min lənət Dərbəndin baş alimi Bağdad fakihi
ЦIИЙИ ТИЛИТ
№: 11(316)
декабрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ