Göy çaqqal
Фольклор  |  1(260) 2013      

     Bir həftədən çox idi ki, çaqqal şikarsız qalmışdı. Acından ta-mam arıqlamışdı. Bir gecə o, yaxınlıqdaqı kəndə ova getdi. Toyuq-cücə tapmaq ümidi ilə burada dolandı, amma əlinə hec nə keçmədi. Çarəsiz qalıb bir evin da-mına çıxdı. Bacadan aşağı düşən çaqqal düz gedib boya ilə dolu çəlləyin icinə düşdü. Ev yiyəsinin yun sapları boyamaq üçün hazırladığı rəngə boyanan çaqqal “daha mə-nim axırımdır”, deyə düşündü və meşəyə tərəf götürüldü.
     Bu vaxt onun qabağına bir tülkü çıxdı.
     - Bədənindəki göy ləkələr hara-dandır? - deyə tülkü gülə-gülə on-dan soruşdu.
     - Bilsəydin mən necə bəladan qurtulmuşam, heç mənə gülməz-din,- çaqqal incidi.
 Tülkünün çaqqala yazığı gəldi. O, dedi:
     - Əgər dediklərimə əməl etsən səni doyunca yedizdirərəm.
     - Sən nə desən ona əməl edəcəyəm,- acından taqətini itirən çaqqal razılaşdı.
     Onlar meşənin içindəki talanın ortasındakı palıd ağacının yanına gəldilər.
     - Vəd etdiyin yemək hardadir? - çaqqal soruşdu.
     - Tələsmə, - deyə tülkü ciddi hal-da cavab verdi. - Palıdın koğuşunu görürsənmi? Sən hələlik burada yaşayacaqsan. Yadında saxla, sən bu gündən bu meşənin hökmdarı-nın varisisən. Elə edəcəyəm ki, bü-tün heyvanlar sənə tabe olacaqlar.
     Göy çaqqal heyrətə gəldi:
     - Sənin başına hava gəlib?
     - Xeyr, mənim ağlım başımdadır. Yadında saxla, sən meşələr şahı şi-rin oğlusan. Atan səni buranın heyvanlarını idarə etməkdən ötrü gön-dərib. Mən isə sənin vəzirinəm. Mənim məsləhətim olmadan bir addım da atma. Aydındır?
     - Aydın olmağına aydındır, am-ma bax gör, mən şaha oxşayırammı?- deyə acından yerə sərilmiş çaqqal soruşdu.
     - Bunun sənə dəxli yoxdur. Mən nə desəm, onu edəcəksən.
     Çaqqal koğuşun içinə girib qıv-rılıb uzandı, tülkü isə heyvanları xəbərdar etməkdən ötrü meşəyə yollandı. O, heyvanları şaha təzim etmək üçün talaya çağırdı və xəbərdar etdi: “Özünüzlə hədiyyə gətirməyi unutmayın ha!”
     Tülkü hardansa bir kətil tapıb talaya qayıtdı.
     Heyvanlar şahın qəzəbindən qor-xaraq talaya tərəf üz tutdular. Kimi bir parça ət, başqası bal, digəri çöl siçovulu gətirmişdi. Ayılar, qabanlar, canavarlar, dovşanlar bir-birinin dalınca düzülüb gəlmişdi.
     Tülkü hədiyyələri qəbul edib pa-lıdın koğuşuna girdi və çaqqala dedi:
     - Gəl dostum, doyunca yeyək, sonra çıxıb bir nitq söyləyərsən.
Onlar yeməklərin üstünə atıldı-lar. Heyvanlar isə talada səbrlə şahı gözləyirdilər. Nəhayət, tülkü ko-ğuşdan çıxıb dedi:
     - Hörmətli hökmdarımız şirin varisini - bizim əziz şahımızı qarşılı-yın!
    Heyvanlar kətildə oturmuş çaq-qala təzim etdilər. Şahın çaqqala oxşaması onları şaşırtsa da göy rəngli olması şübhələrdən uzaqlaşdırdı.
    Tülkü çaqqalı çətin vəziyyətdən qurtarmaq üçün dilləndi:
    - Şahımız yol gəlib yorulub, ona görə də onun sözlərini sizə mən çatdıracağam. O, sizdən razılıq edir. Şahınızı sevin və onun sözün-dən çıxmayın!
     Sonra şahı bütün heyvanların adından ayı salamladı. Ayının nə-rəsini eşidən çaqqal qorxudan əssə də başını silkələyib razılığını bildirdi:
     - İndi isə gedə bilərsiniz. Cümə günü şahın xanımı bura gələcək. Onu da hədiyyələrlə qarşılayarsınız.
     Heyvanlar çıxıb gedəndən sonra tülkü özündən razı halda dedi:
     - Hə dostum, səni necə şah etdi-yimi gördünmü? Gedək yemə-yimizi yeyib qurtaraq.
     Çaqqalla tülkü koğuşa girib qa-rınları şişənə kimi yedilər. Sonra isə dincəlmək üçün yerə uzandılar.
     Tülkü təzəcə mürgüləməyə baş-lamışdı ki, birdən çaqqalın səsini eşitdi:
     - Vəzir, ay vəzir!
     - Nə olub, şah? Toxluqdan şitlik edirsən?- tülkü hirsləndi.
     - Sən nə cürətlə şahla belə danı-şırsan?- çaqqal özündən çıxdı.- Susamışam, tez ol mənə su gətir.
     - Az yeyəydin,- tülkü deyindi.
     - Səsini kəs, - deyə çaqqal bağır-dı. - Yadından çıxıb ki, mən şa-ham? Görmədin heyvanlar mənə necə təzim edirdilər? Mənim atam da, babam da şah olublar.
     Tülkü hiddətləndi:
     - Şaha bir bax, səni mən şah elədim. Səsini kəs, yoxsa göy dərini boğazından çıxararam.
     Tülkünün qəzəbləndiyini görən çaqqal qorxuya düşdü. O, mülayimcəsinə dedi:
     Gedək, bir yerdə su axtaraq.
     Onlar meşədə bir bulaq tapıb doyunca su içdilər. Kefi kökələn çaqqal tülküyə verdiyi vədi unudub var gücü ilə ulamağa başladı.
Yaxınlıqdakı kolda bir canavar yatmışdı. O, gözlərini açıb qarşı-sında göy çaqqalı görəndə hər şeyi başa düşdü. “Biz necə də səfeh olmuşuq”,- deyib tullanıb çaqqalın boğazından yapışdı.


Tərcümə edəni
Natiq Səfiyev

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Хайи чIалан къадир хьуьх Ватандивай къакъатай яр Кавказ Интересная книга об известной игре Mən tat, sən cek... (Epizodik lövhə)
Статьи из этой рубрики
Бадейрин кьула Бадедин йикъарган Я Лацарин Гавдан дере Яран мисалар Кусары - столица фольклора
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ