Mən tat, sən cek... (Epizodik lövhə)
Редакциядиз чар  |  1(260) 2013      

Xaçmaz Şəhər İncəsənət Məktəbinin rəssamı Ağalı müəllimə xitab

     Ötən günü dolanbac yolu kəsə qayıdım deyə, yarpızlı, baldırğanlı dərəyə düşdüm.  Laləli, pəncərli yamacda bir  sual yolumu kəsdi: - Torpaq bir, mühit bir - gül-çiçək niyə qatmaqarışıq? Hələ bir bu Çiyələyə, o Turşəngə bax! O tərəfdə papaqlı Göbələk, bu yanda Gəlinbarmağı... Niyə gül-çiçəyin rəngi, qoxusu özgə-özgə, boyu, dözümü başqa? Adları da... elə bir yüz ölçülüb, bir biçilib...
     Dedim, tələsməyim!  Fürsətkən bir də baxım Vətən torpağına. Bu xətərsiz Yolotu, bu sırtıq Çayırdır. Quşəppəyi pəncə-pəncə, Yovşan  göyümtül təhərdir. Qan-təpər özündən razı, Biyan  qismətə qaildir. Ayıdöşəyi Çobanyastığına qohum çıxır. Razyana da Zirəyə. Qanqallı, zanbaqlı, əvəlikli quzeyə doyunca baxdım. Demədim, hansı  nəyə gərəkli, hansı dərdə məlhəm, hansı mərəzə açardır. Bax, bu Çəməngüldür, bu biri Ətirşah... Olsun ki, bu səbəbdən Xoruzotu çəkdi ah... böyürdən dil açır Əzva.  Qol qaldırır Qırx-buğum. Gərəkdir şəninə çay dəsgahı qurum. Möhnətə düşməyib Qatır-quyruğu - hələ şehlidir, örtüb çuxuru. Yenə ləngiyir piyada Cimcilim. Nə bilim? Dost-düşmən tanımır Sarmaşıq - gedir irişə-irişə - dodağı yırtıq...
     Səliqəli gəlindir Nilufər. Hələ nə qədər Gülxətmi toy evinə köçmək istər... Dəm alır, dəm verir Kəklikotu - içəsən gərək, ta qəd-rindən şübhə qalmasın. Qaçaraqdır Andız - çiçəkləri ulduz-ulduz... Az görünür, yaşınır Solmazçiçək. Bənövşə göz vurdu. Yəni, sən varsan, bəs biz neyləyək?! Birər-birərdir güneydə Çaşır - guya dışarıda başı lovlu xalanın qazanı daşır...
     Bu Kotankəsməz, bu Quşqon-mazdır. Mənim saydıqlarım olanlardan çox azdır. Baxdım, aşağılarda  gen-geniş ovalığımız, xalın-xalın səhramız; yuxarılarda buz parçalı, qar örtüklü zirvəmiz. Bəli, bura Vətəndir, doğmadır, şirindir - həm möhtəşəmdir. Vəsfi dərindir - dəryamız təkin. Dəyəri çoxdur sonsuzluq təkin. Uyardır çoğrafiyası, təbiəti. Sözə sığmaz bərəkəti, ziynəti...
     Duydum: təbiətin bir tutacağıdır insan. Bölümü çeşid-çeşid, zümrəsi naxış-naxış. Özü rəssam imiş ulu yaradan!..
     Elə biz - mən tatam, sən cek. Tərəfkeşlik bilməz nəvəm Tatcek... İncimir Tacik desəm, ya cır tat desəm. Baxar gözaltı, görsün gülürəmmi mən?... Belə  təmasdan kimə qısqanclıq gərək? Türk  olan türkdür - başında börk-dür - mənim ərzim, əziyyətim yox! Yan-yörəmiz haput. kettid, qırız, ləzgi, avar... Yaddan çıxmasın zeyid, buduq, udin... Kürd var, talış var. Allahın rusuna deyirik malakan, öz tayfamıza ayrım...
     A başına dönüm, nə qədər höccələyim, nə qədər sayım?! Oğul istər, qəvvas tək cuma tarixin ənginliklərinə. Bilmədiyin etiraf edə mərdanə...Ancaq bu gün – zaman-zaman silkinən, silkindikcə qovuşan, doğmalaşan az-saylı xalqlar birliyi - vahid millət - azərbaycanlıyıq biz!.. Mehrdə isti-qanlı, vuruşda dəliqanlıyıq biz!..  
 

Tat Qüdrət,
“Qızıl qələm” mükafatı laureatı.
Quba rayonu.

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Хайи чIалан къадир хьуьх Ватандивай къакъатай яр Кавказ Интересная книга об известной игре 50 il sözün keşiyində
Статьи из этой рубрики
Хайи чIалан къадир хьуьх КТАБАР КIАНЗАВА Жуввал гьикI хуьда? Маршалдин чар Кьурагь дередин тават
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ