Ləzgi dilində dərsliklər çatişmir
SOS!!! SOS!!!  |  10(257) 2012      

Son yeddi il ərzində eyniadlı bir neçə məqalə ilə respublikamızın Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının ləzgi dili və ədəbiyyatı tədris olunan məktəblərində “Ləzgi dili” və “Ləzgi ədəbiyyatı” dərsliklərinin çatışmadığı barədə həyəcan signalı çalmış, əlaqədar təşkilatlara müraciətlər etmişik. Bu təşkilatların rəhbərlərinə ana dilindən istifadə hüququ ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrini, bir sıra beynəlxalq sənədləri xatırlatmış, məsələnin həllindən ötrü həyata keçirilməsi vacib olan məsələləri sadalamışdıq. Qəzetin çıxışlarına, əhalinin çoxsaylı müraciətlərinə baxmayaraq, bu sahədə vəziyyət dözülməz olaraq qalır.
Müstəqil Azərbaycan dövlətinin respublikamızda yaşayan müxtəlif xalqların öz dillərini, mədəniyyətini, adət-ənənələrini inkişaf etdirməsinə qayğını getdikcə artırdığı bir dövrdə belə laqeydlik təəssüf doğurur. Bu, müstəqillik illərində milli dillərin tədrisi sahəsində qazanılmış bə'zi uğurlara da kölgə salır.
Əgər Azərbaycan müstəqillik qazanana kimi, respublikamızda ləzgi dili və ədəbiyyatı fənnəri cəmi 94 məktəbdə keçirilirdisə, hazırda 126 məktəbdə tədris olunur. 25 minə yaxın ləzgi uşağı öz ana dilini öyrənmək imkanı əldə edib. Lakin kadr çatışmazlığı üzündən ləzgilərin yaşadıqları onlarca kənddə hələ də uşaqlara ana dili öyrədilmir. Bunun arzusunda olanlar isə minlərlədir.
Şübhəsiz, problemləri aradan qaldırmadan məsələni həll etmək mümkün deyil. Ana dilində dərs saatlarının az olması, kadr çatışmazlığı, dövlət ali məktəblərində kadrların hazırlanmasından ötrü müvafiq fakültələrin yaradılmaması, dərsliklərin qıtlığı, onların nəşrinin təşkil edilməməsi xüsusilə narahatlıq doğurur.
Sonuncu məsələnin həllindən ötrü hələ 1989-cu ildə bir sıra səylər göstərilsə də, nəticə əldə edilməmişdir. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun əməkdaşları dağıstanlı həmkarları ilə birgə ləzgi, avar, saxur, tat dillərində dərsliklərin və metodik vasitələrin hazırlanması barədə məsələ qaldırmışdılar. Respublika mətbuatında qeyd olunduğu kimi, bu barədə rəsmi razılıq da əldə edilmişdi. Rəsmi razılıqdan sonra, 1991-ci ildə Dağıstan Res-publikası Təhsil Nazirliyinin nümayəndə heyəti respublikamızda olmuşdu. Buna baxmayaraq, naməlum səbəblərdən dərslik problemi öz həllini tapmadı. Son 40 ildə respublikamızda ləzgi dilində cəmi iki dərsliyin nəşr olunması da bu sahəyə laqeyd münasibətin göstəricisidir. İndi məktəblərdə son dərəcə qüsurlu olan həmin dərsliklər də tapılmır. Bir çox məktəblərdə hər sinfə cəmi 2-3 kitab düşür. Elə məktəblər də var ki, orada ümumiyyətlə dərslik yoxdur.
Yerlərdəki vəziyyəti öyrəndikdən və peşəkarlarla söhbət etdikdən sonra redaksiyamız dərslik probleminin həllindən ötrü konkret proqram hazırlamış və qəzetin 25 mart 2006-cı il tarixli sayında dərc etmişdir. Kollektivimiz proqramın həyata keçirilməsində respublikamızın əlaqədar təşkilatlarına kömək göstərməyə hazırdır. Ümid edirik ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi bu dəfə qaldırdığımız məsələyə qayğı ilə yanaşacaq, ləzgi dilində dərsliklərin çatışmazlığını aradan qaldırmaq üçün konkret tədbirlər həyata keçirəcəkdir.


“Samur”

Yeri gəlmişkən...

Ana dilində dərslərin keçilməsi ilə bağlı Çeçenistanın Sarı Su və Şelkovsk rayonlarında yığcam halda yaşayan nogay türklərinin bu respublikanın prezidenti Ramzan Kadırova ünvanladığı müraciətlər qısa müddətdə öz bəhrəsini verib. Prezidentin göstərişi ilə nogaylar bu ilin sentyabrından rus dili ilə yanaşı öz ana dillərində də təhsil almağa başlayıblar. Çeçenistanda cəmi 25 min nogay türkü yaşayır.

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Халкьдиз экв гайи гъед Штул “ Пирал” тIвар кутугна! На низ гьарайда, такъатдайла ван?
Статьи из этой рубрики
Террордиз ваъ! Вири къарсурай вакъиа Фадлай хьана кIанзавайди тир Öncə mənəviyyat Буьркьуьдаз экв кIанзава
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ