Cəmilə gülü
Новости на все голоса  |  8(255) 2012      

Mülayim dəniz iqlimi olan ölkələrdə öz qeyri-adi gözəlliyi ilə seçilən liana bitki-sinə tez-tez rast gəlmək olar. Park və xiyabanları bəzəyən, evlərin divar və eyvanlarına, çəpərlərə сарıлаraq heyrətamiz mənzərələr yaradan bu bitki müsəlman ölkələrində Cəmilə gülü adlanır. Elmi adı buqenvilliya olan həmin sarmaşıq bitkisinin ən çox yayılmış rəngləri bənövşəyi, çəhrayi, ağ və mavidir.

Türkiyənin məşhur kurort şəhərlərini bəzəyən çoxsaylı dekorativ bitkilər arasında Cəmilə gülü, ələлxüsus da onun bənövşəyi rənglisi birinci yeri tutur. Ümumiyyətlə, bu ölkədə həmin bitkiyə xüsusi münasibət var. Buranın yaşıllaşdırma təsərrüfatlarından hər il müxtəlif şəhərlərdə əkilmək üçün mil-yonlarla ting aparılır. Cəmilə gülünün yaratdığı gözəlliyə heyran olan turistlər bir qayda olaraq, vətənlərinə dibçəkdə əkilmiş balaca cəmilələr aparırlar.

Vətəni Braziliya sayılan bu liana növünə görəsən niyə fransız adı verilib? Məsələ burasındadır ki, onu ilk dəfə məşhur dəniz səyyahı, fransız Lui Antuan de Buqenvillin (1729-1811) rəhbərliyi altında keçən səyahət zamanı naturalist Karnerson aşkar edib və Buqenvillin şərəfinə bitkini belə adlandırıb.

Mərkəzi və Cənubi Amerikanın tropik əyalətlərində geniş yayılmış buqenvilliyanın təbiətdə 14 növü var.

Seleksiyalaşdırılmış buqenvilliya o qədər valehedicidir ki, hətta ömründə bircə dəfə də olsun çiçək yetişdirməyənlər belə onu görəndə bağbanlıq həvəsinə düşürlər.

Bu həmişəyaşıl bitkini becərmək o qədər də çətin deyil.  Budaqlarının uzunluğu 5 metrə qədər çatan, yaşıl yarpaqları saysız-hesabsız çiçək salxımları arasında görünməz olan buqenvilliyanı başqa bitkilərdən fərqləndirən xüsu-siyyəti onun yazın əvvəllərindən yayın sonuna kimi bol-bol çiçək açmasıdır.

  Buqenvilliya daşlı-kəsəkli yerlərdə, hətta qayalıqlarda da bitir. Bol günəş şüaları ilə qidalanan bu bitkinin yeganə şıltaqlığı sərinliyi sevməməsidir, şaxtaya isə əsla davamı yoxdur. Ona görə də payızın sonlarında onu temperaturu 12-14-dərəcədən aşağı olmayan yerə köçürürlər. Bu, bitkinin istirahət dövrüdür.

 

Sevda AZİZRİN

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я ЧIалан меле Багъдатдин факигь Омбудсмен лезги хьайитIа... Шарвилидин гуьмбет эцигда
Статьи из этой рубрики
Женихов хоть отбавляй… Лезгинкофон Cеминар по русскому языку День открытых дверей «Инкубаторы» для подкидышей
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ