Дigah
Чи хуьрер  |  7(254) 2012      

(Əvvəli qəzеtimizin 22 iyun 2012-ci il tarixli sayında)

 

Materiallardan göründüyü kimi, kənd erkən orta əsrlərdə (V-X əsrlər) fəaliyyətdə olmuşdur. Yadelli işğalçılar tərəfindən dağıdılmış kəndin ərazisində həyat yenidən XIV əsrin əvvəllərindən canlanmağa başlamışdır.

Uzunömürlülərin söylədiklərinə görə vaxtılə kənd məscidində bunu sübut edən, ərəbcə qələmə alınmış əlyazmalar olub. Lakin 1918-ci ildə erməni daşnakları məscidlə yanaşı buradakı qiymətli alban kitablarını, ərəb əlyazmalarını da od vurub yandırmışlar. Bunu ermənilərin Quba qəzasında törətdikləri vəhşiliklərlə əlaqədar yaradılmış fövqəladə təhqiqat komissiyasının üzvü A. Novatski 1918-ci ilin dekabrında Quba şəhərində şahidləri dindirərkən Digah kənd sakini, 60 yaşlı Ömər Şixkərim oğlu da o vaxt öz ifadəsində bildirib. Doğrudur, məsciddəki kitabların bir hissəsi ermənilər gələnədək buradan çıxarılıb gizlədilmişdi. Amma həmin kitablar bu günə kimi tapılmayıb.

Daha bir fakt. Kəndin indiki qəbirиstanlığında 1333-cü ildə burada basdırılmış insanın baş daşı vardır. Onun ətrafında başqa qədim qəbirlərin də olduğu bilinir. Amma onların baş daşları yerə batıb, çoxуnun izi itib.

Tarixi mənbələrdə və arxiv materiallarında kəndin adı Хəсрдə (əрəбъə гəлəмə алıнмış “Абумуслüмüнтарихи” китабıнда) XVI əsrin sonu - XVII əsrin əvvəllərində çəkilir. 1710-1712-ci illərə aid Cənubi Dağıstan xronoqraflarından, Rusiya Elmlər Akademiyası Dağıstan Elm Mərkəzinin Tarix, Arxeoloqiya və Etnoqrafiya İnstitutunun 1700-1730-cu illəri əhatə edən materiallarından, Rusiya Dövlət Hərbi - Tarixi Arxivinin 1810-1840-cı illərə aid sənədlərindən, həmçinin XIX əsrin bəzi rus müəlliflərinin məlumatlarından göründüyü kimi, XVIII-XIX əsrlərdə Digah bir sıra tarixi hadisələrin mərkəzində olmuşdur. 1720-ci ildə Hacı Davudun dəstələri Qubanı İran işğalçılarından azad edərkən digahlılar da xalq azadlıq hərəkatında fəal iştirak etmişlər.

1809-cu ildə kəndin Qusar tərəfdəki dərəsində Quba dairəsinin rəisi polkovnik B. Vredenin başçılıq etdiyi rus qoşunu ilə ləzgilər arasında baş vermiş döyüşdə qazanılan qələbəyə digahlı Sərkərin silahlı dəstəsi də öz töhfəsini vermişdi. O vaxtdan yerli əhali həmin yeri “Xoxol dərəsi” adlandırmış, 99 il ötəndən, burada erməni daşnakları darmadağın edil-dikdən sonra dərəyə “Qanlı dərə” adı verilmişdir. Hələ “Qanlı dərə” hadi-sələrinədək digahlılardan 120 nəfər silahlanaraq xuluqlu Hacı Məhəm-mədin və hilli Yarəlinin rəhbərlik etdikləri Quba üsyanında yaxından iştirak etmişdi. Digahlı Məhəmməd ilk dəfə olaraq 1837-ci ildə Quba üsyanı ilə Şeyx Şamil hərəkatı arasında əlaqə yaratmışdı. Onun nəvəsi Qaçaq Məhəmməd isə 1918-ci ildə erməni daşnaklarına və bolşeviklərə qarşı döyüşmüşdü.

1918-ci ilin mart-may aylarında Digah əhalisi Gelovaninin, Muradyanın, Sturuanın, polkovnik Amazaspın bolşeviklərdən və əksəriyyəti erməni daşnaklarından ibarət dəstələrinə qarşı igidliklə döyüşmüşdür. Amazasp Digah, Alpan və Küsnət döyüşlərinin xüsusilə ağır olduğunu demişdi. Ermənilərlə vuruşma zamanı 70-dək digahlı qəhrəmancasına həlak olmuşdu. Nəhayət, 1918-ci ilin mayın 18-də hadisələrin mərkəzinə çevrilən Digahda cağarlı Hatəm ağanın, kuzunlu Möhübəli əfəndinin, zizikli Əlibəyin, Dağıstandan köməyə gəlmiş Əbdürrəhim əfəndinin və Ştul Mahmudun rəhbərlik etdikləri ləzgilərdən və azərbaycanlılardan ibarət birləşmiş qüvvələr erməni daşnaklarının 12 minlik qoşununu darmadağın etdilər.

Bütün bu hadisələr, Quba qəzası əhalisinin, o cümlədən digahlıların 1810-1842-ci illərdə rus işğalçılarına, 1918-1928-ci illərdə erməni daşnaklarına və bolşeviklərə qarşı mübarizəsi Müzəffər Məlikməmmədovun Bakıda çap olunmuş “Quba iğtişaşı” (2004) və “Qanlı dərə” (2009) kibablarında geniş işıqlandırılıb.

Digah qəhrəmanları ilə yanaşı, həm də ziyalıları, alimləri, məşhur insanları ilə şöhrət taпıb. XVIII-XIX əsrlərdə yaşamış məşhur ləzgi aşığı Ləzgi Əhmədin şagirdi olmuş digahlı şair Həmzət 1877-ci ildə Cənubi Dağıstanda çarizm zülmünə qarşı baş qaldırmış üsyanda iştirak etdiyinə görə sürgün olunmuşdu. XVIII-XIX əsrlərin ləzgi şairlərinin 170 il bundan əvvəl Dağıstanda tərtib olunmuş almanaxında Həmzətin də şeirləri vardır. O, yetim idi və gəncliyində bir neçə vilayəti gəzmişdi. Almanax 2008-ci ildə Mahaçqalada işıq üzü görüb.

XIX əsrin ortalarında Türkiyədə təhsil almış digahlı Əhməd əfəndi Quba qəzasının nüfuzlu alimlərindən və din xadimlərindən idi. "Tərcüman" qəzetinin 1896-cı ilin fevralın 4-də çıxmış 5-ci sayında göstərildiyi kimi, o vaxt Quba şəhərində təsis edilmiş qiraət-xanaya nəzarət iki adama-axund molla Zəkiyə və Əhməd əfəndiyə həvalə olunmuşdu.

Digahlılar həmişə təhsilə, elmə böyük maraq göstərmişlər. Ötən əsrin əvvəllərində əvvəlcə Tiflisdə, sonra Moskvada hərbi təhsil almış, gənc yaşlarında polkovnik rütbəsinə yüksəlmiş, eyni zamanda qiyabi olaraq Moskva Dövlət Universitetini bitirmiş, yaxşı hərbiçi olmaqla yanaşı, yaxşı filoloq və publisist kimi də tanınmış Fətəli Məlikməmmədov bu kəndin yetirməsidir. Onun ötən əsrin 20-30-cu illərində Bakıda çıxmış "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət", "Revolyusiya və kultura" jurnallarında müxtəlif mövzülarda, həmçinin xınalıqlılar haqqında dərc olunmuş məqalələri böyük maraq doğurur.

Böyük Vətən müharibəsi illərində Digah fizika və riyaziyyat elmləri sahəsində iki gənc alimi - İman və Həmdulla Məlikməmmədovları, həm-çinin 24 yaşında prokuror işləmiş ali təhsilli hüquqşunas Tahirmirzə Məlikməmmədovu itirdi.

Müharibədən sonrakı illərdə kənddə yeni alimlər nəsli meydana gəldi. Tarix, fəlsəfə, texnika, biologiya, tibb, физикаelmləri və başqa sahələrdə Əlisultan Quliyevin, Şixzahir Hacıyevin, Fazil Mirzəxanovun, Murad Seyidovun, Şərafəddin Seyidovun, Cavid Hacıye-vin, СəнанЩəбибовун, ЩаъıбабаМəликовунvə başqalarının qazandıq-ları uğurlar Digahın şöhrətini daha da artırdı. Uzun illər Azərbaycan Dövlət Universitetində işləmiş tarixçi Sabir Kərimovun, onun qızı, tarix elmləri namizədi Tamilla Kərimovanın (Koçayevanın) da adları qubalılara yaxşı tanışdır.

Digahlıların təhsilə və elmə meylliliyini digər faktlar da sübut edir. Respublikamızın yeganə iki Lenin ordenli müəllimi Oruc Məlikov Digah kəndindəndir. O, 1939-cu və 1951-ci illərdə həmin ordenə, 1942-ci ildə respublikanın əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Onun doğma məktəbə və Quba Rayon Xalq Maarif Şöbəsinə rəhbərlik etdiyi illərdə qoyduğu ənənələr Digah kənd orta məktəbində bu gün də yaşayır. Rayonun nümunəvi məktəblərindən sayılan həmin тəhsиl ocağı hər il ali məktəblərə ən çox məzunu qəbul olunan məktəblərdəndir. Maraqlıdır ki, təkcə 1939-cu ilin iyun ayında "Kommunist" qəzetində Digah məktəbi ilə əlaqədar bir neçə məqalə və şəkil dərc olunmuşdur. Hazırda kənd orta məktəbinin yetirmələri müxtəlif peşə sahibləri kimi Rusiyada, Belorusiyada, Litvada, Özbəkistanda, Türkmənistanda, Türkiyədə, ABŞ-da, Almaniyada, İngiltərədə, bir sozlə, dünyanın 15-dək ölkəsində çalışır.

Kəndin məşhur adamlarından söhbət düşəndə Həkim Ağası oğlu Mirzəxanovun adı hörmətlə çəkilir. 1938-1941-ci illərdə Qusar Rayon Partiya Komitəsinin birinci katibi və-zifəsində çalışmış H. Mirzəxanov nəinki Azərbaycanda, həmçinin postsovet məkanında Lenin ordeninə layiq görülmüş ilk partiya işçilərindən biri olub. Samur-Dəvəçi kanalının tikinti-sinə bacarıqla rəhbərlik etmiş Həkim Mirzəxanova bu sahədəki xidmətlərinə görə Lenin ordeni ilə yanaşı həm də SSRİ-nin ən yüksək pul mükafatı ve-rilib. Birinci katib həmin pulla kanalın tikintisində çalışmış 20 mindən çox adamın arasında xüsusilə fərqlənmiş min nəfərədək kasıba paltar alıb. Böyük məhəbbət bəslədiyi həyat yoldaşına isə şal belə almayıb. Onun böyük təşkilatçılıq bacarığı və gərgin əməyi sayəsində Azərbaycan KP MK-nın Keçici Qırmızı Bayrağı ilk dəfə Qusar rayonuna verilib.

Böyük Vətən müharibəsi illərində Fransa müqavimət hərəkatının rəhbərlərindən biri olmuş Həkim Mirzəxanov yüzlərlə sovet əsgərinin əsirlikdən qaçmasına kömək göstərmiş, özü isə 1944-cü ildə alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olmuşdur. Onun həyat yoldaşı Sevdagül Mirzəxanova 1951-ci ildə III çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Yerli əhali xalqın xeyirxah və qəhrəman oğlu Həkim Mirzəxanova neçə-neçə mahnı qoşub.

Müzəffər Məlikməmmədov

(Аrdı var)

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я ЦIийи журнал Чан дидедин ЧIехи Муругъ Редакциядин мугьманар
Статьи из этой рубрики
И чил хайи диге я И чил хайи диге я И чил хайи диге я КцIар райондин Мучугъ хуьр И чил хайи диге я
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ