"Soyuq günəş" | 8(353) 2021


Dekabrın 13-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “Soyuq günəş” filminin ssenari müəllifi, bəstəkarı və prodüseri Sədaqət Kərimova, quruluşçu rejissoru Elşən Zeynallı, baş rolların ifaçıları İranə Kərimova, Mirsənan Kazımov və filmdə səslənən mahnının ifaçısı Elvina Heydərova ilə müəllim və tələbələrin görüşü keçirilmişdir. Elvinanın canlı ifasında “Yargunat” mahnısının sədaları altında başlanan tədbiri Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov açmış, filmin məziyyətlərindən danışmışdır. Vüsal Fərzəliyevin apardığı gecədə qonaqlar müəllimlərin və tələbələrin suallarını cavablandırmışlar. Filmin nümayişindən sonra tələbələrlə yaradıcı heyətin yaxın və səmimi ünsiyyəti, hamının bir yerdə “Yargunat” mahnısını ifa etməsi xoş ovqat yaratmışdır.
***
Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universitetində tələbə həmkarlar və tələbə gənclər təşkilatlarının təşəbbüsü ilə “Soyuq günəş” bədii filminin nümayişi olmuşdur. Sonra filmin ssenari müəllifi, bəstəkarı və prodüseri Sədaqət Kərimova, baş rolların ifaçıları İranə Kərimova və Mirsənan Kazımov, filmdə səslənən mahnının ifaçısı Elvina Heydərova ilə görüş keçirilmişdir. Qonaqlar tələbələrin suallarını cavablandırmışlar.
Yüksək səviyyəli təşkilatçılığa, zallarda hökm sürən xoş əhval-ruhiyyəyə, ən başlıcası isə filmə verdikləri böyük dəyərə görə hər iki universitetin rəhbərliyinə və bu tədbiri ərsəyə gətirənlərin hamısına dərin təşəkkürümüzü bildiririk.
Anna HƏSƏNBƏYOVA

Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий