Mənəvi saflığa çağırış
Yeni kitablar  |  7(352) 2021      
    Müxtəlif illərdə tat və Azərbaycan dillərində beş kitabı çap olunmuş Qüdrət Əliyevin (Tat Qüdrətin) bu günlərdə ana dilində işıq üzü görmüş “Bənd, xənd!” kitabını mənəvi saflığa çağırış adlandırmaq olar. Tat dilində idiomatik ifadə olan “bənd, xənd” “işini ehtiyatlı tut, qonşunu oğru bilmə” deməkdir. Kitaba daxil edilmiş hekayələrin əsasında hikmətamiz fikirlər durur.
    Müəllif real həyat hadisələrini həm ciddi, həm də satirik dildə qələmə alaraq, mənəvi saflığın, sədaqətin, fədakarlığın, düzlüyün təbliğinə çalışır, hərzəliyi, bəd əməlləri, zülmü, yalanı və riyakarlığı ifşa edir. Həyatdan götürdüyü hadisələrə yeri gəldikcə maraqlı lətifə və rəvayətlər əlavə edərək, onları daha da oxunaqlı edir. 
    Hekayələrdə tat xalqının həyatının yaddaqalan anları, onun məişəti, psixologiyası, haqqı-ədaləti sevməsi, insanpərvərliyi, təmizliyi, bəzən də sadəlövhlüyü elə maraqlı şərh edilir, oxucuya elə inandırıcı və ibrətamiz şəkildə çatdırılır ki, sanki müasir tat “Kəlilə və Dimnə”sini oxuyursan. Onlar oxucunu düşündürür, müdrik və ağıllı nəticələr çıxarmağa sövq edir. Zəhmətlə iradənin, dostluqla sədaqətin, ağılla xeyirxahlığın insan həyatının zinəti olduğunu yaddaşlara elə ustalıqla həkk edir ki, uzun müddət həmin əsərlərin təsiri altında yaşayırsan. 
    “Bakı mətbəəsi” ASC-də nəfis tərtibatla çap olunmuş kitabın redaktorları professor Maqsud Hacıyev və tədqiqatçı Niyaməddin Kəbirovdur.
“Samur”un dostu Tat Qüdrətin “Bənd, xənd” kitabını müəllifin oxuculara yaradıcılıq töhfəsi kimi qiymətləndirir, ona yeni uğurlar arzulayırıq. 
“Samur”

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Хуьлуьхърин гъарикI зул Прорубим окно в Европу Гъазаватдиз эвер гайи ЦIехуьлви ЦIийи фильм – «Квахьай йикъарган»
Статьи из этой рубрики
DİLÇİLİK ELMİNƏ TÖHFƏ “Gülüstan” – 180 Elə yaşa ki... Türk dilində nəşr Akademikə həsr olunur
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ