Qurani-Kərim haqqında
İnam və iman  |  6(351) 2021      
    “Quran” sözü “oxumaq”, “cəm etmək” deməkdir. Quran Uca Allahın peyğəmbərlərin sonuncusu Muhəmmədə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nazil etdiyi kəlamıdır. Quran Peyğəmbərimizə iyirmi üç il ərzində müxtəlif vaxtlarda nazil olmuşdur. Qısa surələrin çoxu birdəfəlik, əksər uzun surələr isə hissə-hissə nazil olmuşdur. Məkkə müşrikləri Muhəmməd peyğəmbərin dəvətinə kölgə salmaq, onu yalançı çıxarmaq üçün yəhudilərdən müqəddəs kitablar barəsində soruşurdular. Onlar Musa peyğəmbərə Tövratın birdəfəlik nazil olduğunu öyrəndikdə Muhəmməd peyğəmbərə məzəmmət edərək dedilər: “Nə üçün Quran ona birdəfəlik tam şəkildə nazil olmadı?” Buna cavab olaraq Uca Allah ona buyurdu: “Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik. Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək” (əl-Furqan, 32-33).
    Uca Allah Peyğəmbərin və ona iman gətirənlərin qəlblərini möhkəmlətmək, şəriət qayda-qanunlarını ardıcıl şəkildə öyrətmək və kafirlərin atdığı şübhələri rədd etmək üçün Quranı tədricən nazil etmişdir.
    Quran 114 surədə cəm olan ayələrdən ibarətdir. Quranda “ayə” sözü “əlamət”, “işarə”, “ibrət”, “möcüzə” və “möcüzəvi hadisə” kimi mənaları ifadə edir. Ayə başlanğıcı və sonu bilinən, bir və ya bir neçə sözlərdən ibarət olan Quran vəhyinin bir hissəsidir. Quran ayələri həcminə görə qısa və uzun olur. Quranın ən qısa ayəsi iki hərfdən ibarətdir. Bu “Ya sin” və “Ta ha” hərflərindən ibarət olan eyni adlı surələrin birinci ayələridir. Ən uzun ayə isə borc haqqında olan əl-Bəqərə surəsinin 282-ci ayəsidir. Bu ayə Quran nəşrlərində adətən bütöv bir səhifəni tutmaqdadır.
    Bir qrup ayələri özündə cəm edən Quranın bir hissəsi surə adlanır. Surə sözü dərəcə, üstünlük, yüksək tikili, əlamət və dirək mənalarını daşıyır. Bu söz “suur” - hasar, divar sözündən əmələ gəlmişdir.   
    Quran əl-Fatihə surəsi ilə başlayır və ən-Nas surəsi ilə də bitir. Quranın ən qısa olan əl-Kövsər surəsi cəmi üç ayədən, ən uzun olan əl-Bəqərə surəsi isə 286 ayədən ibarətdir. Quranın ət-Tovbə surəsindən başqa bütün surələr Allahın adı ilə başlayır. Quran adətən əvvəli uzun surələrdən başlayaraq qısalmağa doğru tərtib olunmuşdur. 
Peyğəmbər demişdir: “Mənə Tövratın yerinə yeddi uzun, Zəburun yerinə yüz ayəlik, İncilin yerinə tez-tez təkrarlanan surələr verildi və mən müfəssəl surələrlə üstün tutuldum” (Səhih əl-Cəmi, 1059).   
    Bu hədisdə “uzun surələr” dedikdə Quranın əvvəlində yer alan əl-Bəqərə, Ali İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf və ət-Tovbə kimi böyük surələr nəzərdə tutulur. Yüz ayəlik surələr yüz və daha çox ayədən ibarət olan surələrdir. Bunlar əl-Kəhf surəsi ilə başlayır. Tez-tez təkrarlanan surələr yüz və daha az ayədən ibarət olan surələrdir. Müfəssəl surələr isə əl-Hucurat surəsindən başlayaraq Quranın sonuna qədər olan surələrdir.
 
Səfərbəy SƏFƏRBƏYOV,
Herba Medical Tibb 
Mərkəzinin direktoru

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я РикIел хкунин югъ Аялрикай фильм Хуьлуьхъ Тават Савкьватри шадарна
Статьи из этой рубрики
Kasıblıq qorxusu
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ