Qəlblərdə yaşayacaqlar
Qarabağ müharibəsi  |  6(351) 2021      
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə respublikamızda 27 sentyabr Anım Günü kimi təsis edilmişdir. Azərbaycan Ordusu Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci ilin sentyabrın 27-də başladığı növbəti hərbi təcavüzə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə Vətən müharibəsinə başlamışdır.
   Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 
    44 günlük müharibədə Azərbaycan Ordusunun sıralarında bir çox qusarlı gənclər də böyük qəhrəmanlıqlar göstərərək şəhid olmuşdur. 
    Vətən müharibəsində Qusar rayonundan şəhid olmuş 37 igiddən biri Ruslan Cəfərovdur. O, döyüşlərdə göstərdiyi böyük igidliklərə görə Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
    Qusar rayonunun Quxuroba kəndində anadan olmuş Aşurəli Zərbəliyev artilleriya mütəxəssisi kimi böyük şücaətlər göstərərək, ötən ilin oktyabr ayının 11-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. O, ölümündən sonra “İgidliyə görə” və “Füzulinin azad olunmasına” görə medalları ilə təltif edilmişdir. 
    Müharibədə şəhid olan gənclərimizdən biri də Turac Həmzəyevdir. O, Hiloba kəndində anadan olmuşdur. Ailənin sonbeşiyi olan Turacın taleyi hələ uşaqlıqdan ağrılı, əzablı olmuşdur. O, bir-birinin ardınca atasını və anasını itirmiş, 9-cu sinfi bitirdikdən sonra məktəbdən uzaqlaşmaq məcburiyyətində qalmışdır. Turac Füzulinin azadlığı uğrunda döyüşlərdə fərqlənmiş, Cəbrayıl rayonunun azad olunmasında iştirak etmişdir. Burada döyüş əməliyyatı zamanı qəhrəmancasına həlak olmuşdur. O, ölümündən sonra “Füzülinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 
    Qusar rayonunun Gündüzqala kəndində anadan olmuş Sərvan Şahbazov Cəbrayıl, Füzuli rayonlarının və Xocavəndin azad olunmasında igidliklər göstərmişdir. O, ölümündən sonra üç medalla təltif olunmuşdur. 
    Vətənin azadlığı uğrunda şəhid olanlar ölmürlər. Onlar əbədi olaraq xalqın qəlbində yaşayır və yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
Xatirə NAĞIBƏYOVA,
Qusar Tarix-Diyarşünaslıq muzeyinin direktoru

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я РикIел хкунин югъ Аялрикай фильм Хуьлуьхъ Тават Савкьватри шадарна
Статьи из этой рубрики
Къарабагъ азад хьана! Ürəklərdə yaşayacaq Şair oğlu Hamının sevimlisi 2020-ci il Qarabağ döyüşlərində həlak olmuş qusarlı igidlər
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ