Qrız kəndi
Чи хуьрер  |  6(351) 2021      
   Azərbaycanın Şahdağ massivində ən sərt iqlim şəraiti, keçilməz qayaları və heyrətamiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələrindən biri Quba rayonunun Qrız kəndidir. Baş Qafqaz silsiləsinin yamacında, Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşən bu kənd Azərbaycanın ən çox qar düşən ərazisi sayılır. Quba-Xınalıq yolu boyu uzanan heyrətamiz təbiət mənzərələri, dərin kanyonlar, Qudyalçayın gurultulu səsi nəhayət, bizi Qrız yoluna gətirib çıxarır. Körpünün üstündən keçib kəndə üz tuturuq. Bu qədim yaşayış məntəqəsinin əhalisi əsrlər boyu yolsuzluqdan əziyyət çəkib. Kəndə Qudyal çayının üstündən körpü 2012-ci ildə çəkilib. Kənddən yeganə yol Cek kəndinə gedir. Uca dağların qoynunda yerləşən bu kəndə yol keçilməz qayaların, çınqıllı, daşlı-kəsəkli aşırımların, dar keçidlərin arasından keçir. Daim yüksəkliyə qalxırıq.
   Yolun əzab-əziyyətinə, çətinliklərinə baxmayaraq, daim heyrətamiz mənzərələrlə üzləşirik. Başımızın üstündə qıy vuran qartallar, aşağıda qalan dərin dərələr və təhlükəli aşırımlar, dağların əzəməti elə hey bizi müşayiət edir.
   Nəhayət, çatırıq. Bu da adı dillər əzbəri olan Qrız kəndi. Qafqaz Albaniyası dövründən bəri öz qədim yurd yerlərində yaşayan qrız xalqının nümayəndələrinin dədə-baba yurdu. Bir-birinin yaxınlığında tikilmiş evlər kənd adamlarının çətin məişət şəraiti haqqında aydın təsəvvür yaradır. Kiçik həyətlərin çəpərləri də daşdandır.
   Qədim mənbələrdə bu kəndin qalanın içində yerləşdiyi haqqında məlumatlar var. İndi burada yalnız qalanın qalıqlarına rast gəlmək olar. Kəndin rəmzi indiyə kimi möhkəm divarlarını qoruyub saxlamış əzəmətli Abu Müslüm məscididir. VIII əsrin bu abidəsi kəndin tarixi haqqında təsəvvür yaradır. Məscidin divarındakı bir daşın üzərində 131 (təzə təqvimlə 749) rəqəmi həkk olunub. “Сборник сведений о Кавказе” (Тифлис, 1878) məcmüəsində qeyd olunduğu kimi, bir vaxtlar Qrızda iki məscid və bir mədrəsə fəaliyyət göstərirdi. Məscidin yerləşdiyi sahə kəndin qədim hissəsi olub, burada XIX əsrdə 777 təsərrüfat var idi. Hazırda isə kənddə 34 ev var. 2009-cu ilin siyahıyaalmasına görə burada 247 nəfər əhali yaşayır.
   Burada 9-illik məktəb fəaliyyət göstərir. Hələ ötən əsrin 30-cu illərində tikilmiş məktəb binasının qəzalı vəziyyətdə olduğunu nəzərə alaraq kənddə modul tipli yeni məktəb binasının inşası planlaşdırılıb.
   Yazılı mənbələrdə “Qrız” toponiminə X əsr məxəzlərində rast gəlinir. XVIII əsrdə bu kənd Qubanın sonuncu xanı Şeyxəli xanın Rusiya imperiyasına qarşı apardığı mübarizəsində onun mərkəzi iqamətgahı olmuşdur. Şixəli xan Xanbutay bəy Yarqunlu və digər məsləkdaşları ilə dörd ay bu kənddə yaşamışdır. Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” əsərində qeyd edir ki, Şixəli xan Qrız kəndini xeyli genişləndirmiş, onun yanında yeni şəhər salmağa başlamışdı. Bu barədə T.Mustafazadə də özünün “Quba xanlığı” kitabında maraqlı məlumatlar verir.
   1860-1880-ci illərdə əhalinin sayının artması, ənənəvi patriarxal ailə dayaqlarının zəifləməsi, intensiv biyan əkinçiliyinin yayılması kimi səbəblər üzündən Qrızın, eləcə də ətraf kəndlərin əhalisi Müşkür mahalındakı düzən sahələrə, eləcə də qonşu Cek və Qrız Dəhnə kəndlərinə köçməyə başlayırlar. Həmin köç Böyük Vətən Müharibəsi illərində daha da sürətlənir və bu gün də davam edir. 
   Qeyd edək ki, Qrız dili Qafqaz dil ailəsinin ləzgi dil qrupuna aiddir. Buduğ dili ilə oxşarlığı olub genetik cəhətdən ləzgi dilinə daha yaxındır. Yazısız dillərdəndir.
Kənddən qayıdanda yerli sakinlər bizə deyirlər ki, buradan geriyə Susay yolu ilə rahat getmək olar. Sevinclə həmin yola üz tuturuq. Lakin bu yolda təbiət bizi çətin sınağa çəkir. Yolumuzun üstündə yenicə başlamış dağ uçqunundan güclə qurtula bilirik. Təzədən köhnə dədə-baba yoluna üz tuturuq. Çətinliklə, lakin xoş xatirələrlə, belə çətin şəraitdə doğma yurdlarında yaşamaqda davam edən bu qoçaq insanlara ehtiram hissi ilə kəndi tərk edirik.
 
Sədaqət KƏRİMOVA
 
Redaksiyadan: Qrızlar haqqında daha geniş məlumatlarla müəllifin “Samur” qəzetinin 2013-cü ilin 27 noyabr sayında dərc olunmuş “Qrızlar” məqaləsindən tanış 
olmaq olar. 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я РикIел хкунин югъ Аялрикай фильм Хуьлуьхъ Тават Савкьватри шадарна
Статьи из этой рубрики
КцIар райондин Мучугъ хуьр И чил хайи диге я И чил хайи диге я И чил хайи диге я И чил хайи диге я
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ