Gəncliyimiz – qürurumuz | 4(349) 2021


Qabiliyyəti, zəhmətkeşliyi, əqidəsi ilə seçilən insanları həmişə sevmişəm. Xeyirxah qəlbə malik olan bu cür insanların yanında özümü daha rahat hiss etmışəm.
Qusar şəhər 2 saylı orta məktəbin müəllimi Aida Bağışova da belə insanlardandır. O, adlı-sanlı kardioloq Babakişi Bağışovun qızıdır. Aidə xanımın anası Şəfiqə xanım da uzun illər həmin məktəbdə müəllim işləyib.
Mənim söhbətim onların nəvəsi Aydınbəyova Nigar Bəxtiyar qızı haqqındadır. Qusar şəhərində orta məktəbi əla qiymətlərlə bitirən Nigar Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının filologiya fakültəsində təhsil alıb. Təhsil aldığı müddətdə iki dəfə Mendeleyev təqaüdünə layiq görülüb. O, tələbəlik illərində 9 dil öyrənib. Polyak, rus, azərbaycan, ləzgi, ingilis, fransız, türk, çex, ukrayna dillərində mükəmməl danışır. Hal-hazırda isə latın və qədim yunan dillərini öyrənməklə məşğuldur.
MDU-nu qızıl medalla bitirən Nigar həmin universitetin maqistraturasına daxil olmuşdur. Hal-hazırda Bakıdakı “Dərs evi” təhsil ocağında müəllim-kurator vəzifəsində çalışır.
Gözəl ailəsi var, iki oğul anasıdır. Nigar xanımla söhbət edəndə dedi: “Ən sevdiyim məşğuliyyət qəzet və jurnal oxumaqdır. Zövq alaraq oxuduğum qəzet isə həmişə rəngarəng mövzuları ilə diqqəti cəlb edən “Samur” qəzetidir”.
Roza HACIMURADOVA
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий