Yeni kitablar | 2(347) 2021


Bu günlərdə Ankarada Abdulla Qubalının türk dilində “Lezgiler ve Lezgistan” adlı növbəti kitabı çapdan çıxmışdır. Nəfis tərtibatla, rəngli şəkillərlə çap olunmuş kitabda Qafqazın qədim xalqlarından olan ləzgilərin tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, adət və ənənələri, görkəmli şəxsiyyətləri, qəhrəmanları haqqında ətraflı məlumat verilmişdir.
Müəllif oxucuların diqqətini çəkən həmin materiallarla yanaşı, kitaba ləzgilərin “Şarvili” eposu, Yaran suvar (bahar bayramı), qədim ləzgi təqvimi, “Lezginka” rəqsi ilə bağlı məqalələri də daxil etmişdir.
Osmanlı dövlətinin ləzgilərlə əlaqələrindən, Türkiyədə yaşayan ləzgilərin həyatından, buradakı Dağıstan xalqları nümayəndələrinin mədəniyyət mərkəzlərinin fəaliyyətindən bəhs edən məqalələr də böyük maraq doğurur.
“SAMUR”
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий