Yeni kitablar | 2(347) 2021


Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə görkəmli alim, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadəyə həsr olunmuş biblioqrafik göstərici nəşr olunmuşdur. Kitab görkəmli riyaziyyatçı alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin, 1973-2020-ci illərdəki elmi əsərlərinin biblioqrafiyasını, əldə etdiyi elmi göstəriciləri, həmçinin haqqında olan mənbələri əhatə edir.
Biblioqrafik göstəriciyə alimin kitabları, müxtəlif dillərdə işıq üzü görmüş məqalələri, çoxsaylı beynəlxalq konfrans və simpoziumlarda etdiyi məruzələr daxil edilmişdir. Biblioqrafik nəşr riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Bakının “Elm” nəşriyyatında işıq üzü görmüş kitabın elmi redaktoru akademik Rasim Əliquliyev, redaktoru akademik Telman Əliyev, tərtibçiləri dosentlər Şəhla Tahirqızı, Yeganə Əşrəfova, Anar Rəhimov və Türkan Vahidovadır.
“SAMUR”
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий