Qarabağ müharibəsi | 8(345) 2020

Azərbaycanda yeni Vətən Müharibəsi ilə bağlı orden və medallar və fəxri ad təsis edilmişdir.
Milli Məclisdə “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarılmış və qəbul olunmuşdur.
Qanun layihəsində dəyişikliyə əsasən aşağıdakı yeni orden və medallar təsis edilmişdir: “Zəfər” ordeni; “Qarabağ” ordeni; “Cəsur döyüşçü” medalı; “Döyüşdə fərqlənməyə görə” medalı; “Suqovuşanın azad olunmasına görə” medalı; “Cəbrayılın azad olunmasına görə” medalı; “Xocavəndin azad olunmasına görə” medalı; “Füzulinin azad olunmasına görə” medalı; “Zəngilanın azad olunmasına görə” medalı; “Qubadlının azad olunmasına görə” medalı; “Şuşanın azad olunmasına görə” medalı; “Kəlbəcərin azad olunmasına görə” medalı; “Ağdamın azad olunmasına görə” medalı; “Laçının azad olunmasına görə” medalı; “Vətən müharibəsi iştirakçısı” medalı; “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.
Bundan başqa, Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiq edilib. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı – “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий