Qarabağ müharibəsi | 8(345) 2020


Azərbaycanın peşəkar hərbçiləri arasında Qusarın yetirməsi olan Şair Əsədovun öz yeri var. Qarabağ müharibəsinin odlu-alovlu cəbhələrində mətinləşən, öz hünəri və igidliyi ilə seçilən Ş.Əsədovun döyüş yoldaşları, onun tabeliyindəki əsgərlər bu gəncin vətənə, yurda bağlılığına, öz işinə məsuliyyətinə heyrandırlar.
Əsədov Şair Qəhrəman oğlu 1989-cu il avqustun 23-də Qusar rayonunun Kirig kəndində anadan olmuşdur. Doğma kəndlərində orta məktəbi bitirib C.Naxçıvanski adına hərbi liseydə, sonra isə Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2011-ci ildə Təlim Tədris mərkəzini bitirib Ağstafada xidmətə başlamışdır. 2013-2018-ci illərdə Daşkəsəndə divizion komandirinin müavini kimi xidmət etmişdir. 2018-ci ildən divizion komandirinin birinci müavinidir. Döyüşlər başlayandan Talışkənd, Suqovuşan, Tonaşen və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Suqovuşana və Hadruta Azərbaycan bayrağını o sancıb. Hazırda Ağdərədə xidmətini davam etdirir.
Cəsur zabitin od-alovdan keçən kəşməkeşli həyatı əsl qəhrəmanlıq nümunəsidir.
Sədaqət KƏRİMOVA
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий