Ləzgi qartalı
Qarabağ müharibəsi  |  8(345) 2020      
    İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazdı. Ordumuz bu ölüm-dirim savaşında böyük hünər və səriştə nümayiş etdirdi. Torpaqlarımızın işğaldan azad olunması uğrunda əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdi. Bir çox igidlərimizin adları xalqın dilinin əzbərinə çevrildi. Onların arasında “Ləzgi qartalı” ləqəbi ilə məşhur olan polkovnik Tehran Mənsimovun da adı var. Uşaq yaşlarından tanıdığım bu gənc hərbçinin xidmət pillələri ilə necə yuxarı qalxdığını görmək qürurvericidir.
    Döyüşlər başlanan ilk günlərdən sosial şəbəkələrdə bu əfsanəvi polkovniklə bağlı bir-birindən maraqlı məlumatlar, videogörüntülər yayılmağa başladı. Noyabrın 7-də isə erməni saytları polkovnikin öldürülməsi ilə bağlı məlumat yaydılar. Bu xəbərin hamı kimi məni də sonsuz dərəcədə sarsıtdığını unuda bilmirəm. Lakin tezliklə həmin xəbərin yalan olduğu üzə çıxdı. Bundan qəzəblənən düşmən tərəfi polkovniki aradan götürənə pul mükafatı təyin etdi. Ələkeçməz polkovnik yenidən öz pəhləvan görkəmi, işıqlı təbəssümü, şirin ləzgi ləhcəsi ilə diqqət mərkəzində oldu. Minlərlə pərəstişkarı ona olan sevgisini etiraf etməkdən çəkinmir.
Əfsanəvi Naxçıvan xüsusi təyinatlılarının komandiri polkovnik Tehran Cavid oğlu Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. Qusar şəhərində təhsil alıb. C.Naxçıvanski adına hərbi liseyi və Ali Hərbi Məktəbi bitirib.
    1992-ci ildən Füzuli, Beyləqan və başqa rayonlarda xidmət edib. Uzun illərdir taleyini Naxçıvan qarnizonu ilə bağlayıb.
    Bu cəsarətli və qorxmaz hərbçinin səriştəliliyindən, savadından, geniş dünyagörüşündən çox danışmaq olar. Lakin onu ən çox sevdirən tabeliyindəki hərbçilərə qarşı son dərəcə diqqətcil və qayğıkeş olmasıdır. Hər sahədə nümunə olmağı bacaran Tehran Mənsimov keçən il Naxçıvan qarnizonlarından 72 hərbçinin iştirak etdiyi güllə atıcılığı yarışlarında birinci yerə layiq görülmüşdür. 2002-ci ilin yayında o, Naxçıvanda keçirilmiş Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində ölkəmizin hərbi qərargahının əlaqələndiricisi kimi mühüm missiyanı yerinə yetirmişdir. 
    Şuşanın alınmasında Naxçıvan xüsusi təyinatlılarının, eləcə də onların rəhbəri Tehran Mənsimovun göstərdiyi qəhrəmanlıqlar haqqında hələ kitablar yazılacaq, filmlər çəkiləcək. Tanksız, artilleriyasız keçilməz yollar, sərt sıldırımlar aşıb düşməni ram edən, Şuşaya qələbə sevinci gətirən bu igidlər isə artıq 
əfsanələşib.
 
Sədaqət KƏRİMOVA

Комментарии к статье

Зубаир   06.12.2020 23:08
Очень рад. Тегеран истинный представитель лезгов. Просто ВОИН этим все сказано.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Къарабагъ азад хьана! Кьил кьазвачир рехнеяр РикIел хкана «Суваб» кардик ква ЦIийи рагъ
Статьи из этой рубрики
Къарабагъ азад хьана! Ürəklərdə yaşayacaq Hamının sevimlisi 2020-ci il Qarabağ döyüşlərində həlak olmuş qusarlı igidlər Vətən müharibəsi ilə bağlı təsislər
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ