Yeni kitablar | 7(344) 2020


Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarovun bu günlərdə çapdan çıxmış “Mahir siyasətçi, müdrik rəhbər” kitabını görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevə böyük hörmət və ehtiramın təcəssümü adlandırmaq olar. H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə uzun müddət dövlət idarəetmə orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmış, rəhbərin keçirdiyi bir sıra hökumət tədbirlərinin iştirakçısı olmuş müəllif yeni kitabına H.Əliyevin Azərbaycan dövlətçiliyi tarixində rolunu, onun xalq qarşısındakı misilsiz xidmətlərini əks etdirən, Azərbaycan və rus dillərində qələmə alınmış məqalə və xatirələrini, elmi-praktik konfranslardakı çıxışlarını daxil etmişdir.
Kitabda ümummilli liderin dövlət başçısı və müdrik siyasətçi kimi fəaliyyətindən, respublikamızın inkişafı sahəsindəki xidmətlərindən, tarixi tolerantlıq ənənələrinin qorunması, multikulturalizmin dövlət siyasəti kimi qəbul edilməsi sahəsində gördüyü işlərdən geniş söhbət açılmışdır.
Kitabın elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli, redaktoru fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Əli İbrahimov, rəyçiləri fəlsəfə elmləri doktoru Ziba Ağayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovdur.
“SAMUR”
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий