Ürəklərdə yaşayacaq
Qarabağ müharibəsi  |  7(344) 2020      
    Müasir Azərbaycan Ordusunun tanınmış ləzgi hərbçiləri arasında Ramaldanovlar sülaləsinin özünəməxsus yeri var. 1-ci Qarabağ müharibəsi tarixində ən uğurlu sayılan Horadiz əməliyyatına rəhbərlik etmiş briqada komandiri, polkovnik Şair Ramaldanov ölkəmizin hərb tarixinə şanlı səhifələr yazmışdır. Onun qardaşları – polkovnik-leytenantlar – İlham və Elman Ramaldanovlar da böyük qardaşları kimi müharibənin od-alovundan keçiblər.
    2-ci Qarabağ müharibəsində bu nəslin digər üzvü Babək Meyvəddin oğlu Ramaldanov vətən torpaqlarını işğalçılardan azad edərkən qəhrəmancasına həlak olmuşdur.
    Babək Ramaldanov Bakıda anadan olmuş, 59 saylı məktəbdə təhsil almışdır. O, C.Naxçıvanski adına hərbi liseyi, sonra isə Ali Hərbi Məktəbi bitirmişdir. 11 il Naxçıvanda hərbi qulluq etmiş zabit 2017-2019-cu illərdə Moskvada Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyasında təhsilini davam etdirmiş, oranı qızıl medalla bitirərək, magistr diplomu almışdır.
    Babək Ramaldanovu tanıyanlar onun əsl hərbçi olduğunu, savadı, mədəniyyəti, mərdliyi, ədalətliliyi ilə seçildiyini həmişə etiraf edirdilər. Tabeliyindəki əsgər və zabitlər üçün isə B.Ramaldanov əsl nümunə idi.
    Ermənilərin təxribatı nəticəsində cəbhədə hərbi əməliyyatlar başlanandan ön xəttdə vuruşmuş Babək oktyabrın 16-da torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İgid hərbçi polkovnik-leytenant Bakıda ikinci Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
    Həyat yoldaşı, ingilis dili müəllimi olan Aygünlə onlar iki oğul böyüdürdülər. Ramaldanın 13, Süleymanın 7 yaşı var. Onların xoşbəxt ailə həyatına müharibə son qoydu. Canından çox sevdiyi vətən uğrunda şəhid olan polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun 38 yaşı var idi. Onun əziz xatirəsi ürəklərdə yaşayacaq. Allah rəhmət eləsin!
 
Anna HƏSƏNBƏYOVA

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Къарабагъдин женгер Санал кхьена ЦIар амукьда Hörmət təcəssümü
Статьи из этой рубрики
Къарабагъ азад хьана! Hünər göstərdi Hamının sevimlisi 2020-ci il Qarabağ döyüşlərində həlak olmuş qusarlı igidlər Vətən müharibəsi ilə bağlı təsislər
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ