Quran haqqa yönəldir
С верой в душе  |  5(342) 2020      
    Əziz oxucular! Redaksiyamıza göndərdiyiniz bəzi məktublarda Müqəddəs Quranı, İslam dinini öyrənmək istədiyinizi, bununla əlaqədar qəzetdə yeni rubrika görmək arzusunda olduğunuzu bildirirsiniz. Çoxsaylı müraciətlərinizi nəzərə alaraq “Quran haqqa yönəldir” rubrikası altında İlahi Kitabın insanlara çatdırmaq istədiyi dərin mətləblər, onun maraqlı məziyyətləri, böyük tərbiyəvi əhəmiyyəti, Allahın müdrik vəhyləri, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dilindən vurğulanan nəsihətamiz fikirlər barədə söhbət açacağıq.
    Allahın ramazan ayının min aydan xeyirli sayılan Qədr gecəsində Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun) nazil etdiyi Quranda deyilir: “Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və bu, mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun”.(ən-Nəhl, 64). Digər ayədə bildirilir: “Bu Quran doğru yol göstərən rəhbərdir. Rəbbinin ayələrini inkar edənləri ən pis üzücü əzab gözləyir”.(əl-Casiyə, 11). Nəhayət,başqa bir ayədə deyilir: “Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb dərk edələr”. (əz-Zumər, 27). Bütün bunlar Quranın insanların həyatda doğru yol tutmasından ötrü böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu sübut edir.
    Materialları akademik Ziya Bünyadovun və professor Vasim Məmmədəliyevin Quranın Azərbaycan dilinə ilk tərcüməsindən, həmçinin Mədinə İslam Universitetinin məzunu, uzun illər İslam ədəbiyyatının tərcüməsi sahəsində təcrübə keçmiş, ərəb dilindən bir sıra əsərlər tərcümə etmiş Əlixan Musayevin Müqəddəs Quranın Azərbaycan dilinə yeni tərcüməsindən yararlanmaqla hazırlamağı qərara almışıq.
 
Yaxşı əməllər
 
    Quran pis işlər görməyi qadağan edir, insanları yaxşı əməl sahibləri olmağa çağırır. Yaxşı əməl sahibləri kimlərdir? Müqəddəs Kitabda yazılıb: “...Yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir...”.(əl-Bəqərə, 177).
    Yaxşı əməl sahibləri olmaq üçün insanlar ilk növbədə günah işlərə son qoymalıdır. Xüsusən də böyük günahlardan çəkinmək vacibdir. Böyük günahlar doqquzdur: Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını mənimsəmək, məsciddə günah işlətmək,  dini məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq.
    İnsan hansı əməllərin yaxşı, hansıların isə pis olduğunu ayırd etməlidir. Bununla əlaqədar bəzi müdrik kəlamları yada salmaq yerinə düşər.
    Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir:
    – İnsanlara rəhm etməyən kimsəyə Allah rəhm etməz. Rəhm edənlərə Mərhəmətli Allah rəhm edər. Yerdəkilərə rəhm edin ki, göydəki də sizə rəhm etsin.
    – Doğruluqdan əl çəkməyin! Çünki doğruluq yaxşı işlərlə bərabərdir və hər ikisi insanı Cənnətə aparır. Yalandan çəkinin! Çünki yalan günah işlərlə bərabərdir və hər ikisi insanı Cəhənnəmə aparır. Allahdan salamatlıq diləyin. Çünki kimsəyə yəqinlikdən sonra salamatlıqdan daha xeyirli şey verilməmişdir.
    – Zənnə qapılmaqdan çəkinin! Çünki zənn ən yalan söhbətdir. Casusluq etməyin, bir-birinizlə rəqabət aparmayın, bir-birinizə arxa çevirməyin, bir-birinizə nifrət etməyin. Ey Allahın qulları, qardaş olun!
    – Yalnız iki şəxsə həsəd aparmaq olar. O şəxsə ki, Allah Quranı öyrətmiş, o da onu gecə-gündüz oxuyur. Ona baxıb demək olar ki, kaş mənə də Quran oxumaq öyrədiləydi, mən də onun kimi oxuyardım. Bir də o şəxsə ki, Allah ona var-dövlət bəxş etmiş, o da onu lazımi yerlərə Allah yolunda xərcləyir. Ona da baxıb demək olar ki, kaş mənə də bu cür var-dövlət veriləydi, mən də onun kimi xərcləyərdim.
    – İnsanlara təşəkkür etməyən şəxs, Allaha da şükür etməz.
    – Yaxşı işlər pis əməlləri silib aparır.
    – İslamda daha xeyirli olan kasıba yemək vermək, habelə tanıdığına və tanımadığına salam verməkdir.
    – İki nemət vardır ki, insanların çoxu onları layiqincə qiymətləndirmir – sağlamlıq və boş vaxt.
    Göründüyü kimi, Quran insana onun həyatda tutduğu yolun doğru olub-olmadığını göstərəndir. Quran haqqı haqq kimi, batili batil kimi üzə çıxardan, insanları pis əməllərdən, yanlışlıqlardan uzaqlaşdırıb haqqa yönəldəndir.
 
Hazırladı: M.MƏLİKMƏMMƏDOV

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Алибег Фетягьов рикIел хкида «Магьи дилбер» рикIяй хьана Дидед чIал ватан я Халкьдин шаирриз гуьмбет
Статьи из этой рубрики
Как быть с невеждами? Не причиняй вреда Любовь к детям Говори благое или молчи Защита чести
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ