Şeir toplusu
Yeni kitablar  |  4(341) 2020      
   Qəbələ rayonunun sayılıb-seçilən ziyalılarından olan Səməd Səmədovun “Yaşamağa dəyər hələ” adlı sayca üçüncü kitabı işıq üzü görüb. El ağsaqqalı olan Səməd müəllim 50 illik əmək fəaliyyətinin 42 ilini dövlət qulluğunda keçirib. O, Qəbələ Rayon Xalq Nəzarəti Komitəsinin sədri, rayon icraiyyə komitəsinin sədri, rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini kimi məsul vəzifələrdə çalışmış, 2008-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
   “Samur” qəzetinin yaxın dostu olan Səməd müəllim həm də şair kimi tanınır. Onun “Təbiət və mən”, “Bir ömür yaşadım”, “Qəbələ”, “Ləzgi Baba” kimi şeirlərini oxucular böyük rəğbətlə qarşılayıb. Müəllifin yeni kitabı onun həm də yaxşı satirik olduğunu göstərir. Şairin fəlsəfi düşüncələrindən ibarət olan yeni kitabında verilmiş “Həyat yoldaşım Məryəm xanıma”, “Ləzgi Baba”, “Dağlar”, “Azərbaycan”, “Qəmərvan”, “Ata-ana həsrəti” şeirləri və digər əsərləri diqqəti cəlb edir.
   “Ləman Nəşriyyat Poliqrafiya” MMC tərəfindən nəfis tərtibatla çap olunmuş kitabın tərtibçisi və redaktoru şair-jurnalist Gülzar Şəmkirlidir. 
   Aşağıda kitabdan iki şeiri oxuculara təqdim edirik.
 
Təbİət və mən
 
Tənha dolanıram şehli çəməndə, 
Günəş də boylanır dağlar başından.
Çölləri bürüyən duman da, çən də
Çəkilir dağlara, açılanda dan.
 
Bu uca dağların, sal qayaların,
Əksilmir başından nə qar, nə duman.
Yaşıl ormanların, buz bulaqların
Seyrinə dalma sən, baxıb uzaqdan.
 
Çoban tütəyinin sehirli səsi
Qarışır quşların şən nəğməsinə.
Dərədən süzülən dağ şəlaləsi 
Səs verir qəlbimin kövrək səsinə.
 
Hər ağac kölgəsi, hər yaşıl yarpaq
Necə bəzək verir çölün qoynuna.
Nə qədər doğmasan, ey ana torpaq?!
Mən sənə bağlıyam, bağlıyam sana.
 
Torpaq
 
Sirli bir aləmdir, demə nədəndir,
Yaxşını yamandan seçəndi torpaq.
İnsan yer üzündə gəldi-gedərdi,
Qayğını, xidməti sevəndi torpaq.
 
Üzərində meşəsi var, bağı var,
Bağlarında heyvası var, narı var.
Babalardan miras qalıb yadigar,
İnsanın qədrini biləndi torpaq.
 
Geniş sinəsində dərələr, dağlar
Dolanıb boynuna, gör neçə çaylar?
Qoynuna bəzəkdi şehli yamaclar,
Dərədi, meşədi, çəməndi torpaq.
 
Babəklər, Nəbilər, ölməz igidlər,
Bu torpaq yolunda candan keçiblər.
Qədrini – uğrunda ölənlər bilər!
Anadır, atadır, vətəndi torpaq!
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Хъимил Чавай къакъатна Лезги баде сейли хьанва Шаирар рекьидач
Статьи из этой рубрики
DİLÇİLİK ELMİNƏ TÖHFƏ “Gülüstan” – 180 İmam Şamilə həsr olunur Elə yaşa ki... Türk dilində nəşr
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ