Qarabağ tarixinə töhfə
Yeni kitablar  |  4(341) 2020      
   Tanınmış tədqiqatçı-jurnalist və naşir, Şuşa və şuşalılar haqqında 20-dən çox kitabın müəllifi olan Vasif Quliyevin bu qəbildən növbəti kitabı işıq üzü görüb. Azərbaycanın məşhur sülalələrindən olan Mehmandarovlar haqqında yazılmış həmin kitab müəllifin 40 illik gərgin axtarışlarının nəticəsidir. Ölkəmizin, Rusiyanın və Gürcüstanın dövlət arxivlərindən yüzlərlə sənəd və şəkil toplayan V.Quliyevin bu tədqiqat əsərini kitabın redaktoru və ön söz müəllifi, respublikanın əməkdar jurnalisti Tahir Aydınoğlu haqlı olaraq “Mehmandarovların Qarabağnaməsi” adlandırıb. 
   “Şuşa” nəşriyyatı tərəfindən nəfis tərtibatla Azərbaycan və rus dillərində kütləvi tirajla çapdan buraxılmış “Mehmandarovlar” kitabında sülalənin banisi, Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin və onun oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə xanlıqda mehmandar vəzifəsini icra etmiş şuşalı Mirzə Əli bəy, onun oğlanları Mirzə Həsən bəy, Mirzə Sadıq bəy, Mirzə Mustafa bəy və sonrakı nəsillərin nümayəndələri haqqında ətraflı məlumat verilib. Ümumilikdə, müəllif oxucuları sülalənin XVlll əsrin ortalarından indiyədək yaşayıb-yaratmış 120-dən çox nümayəndəsi ilə tanış edir. Kitabda verilmiş onlarla arxiv sənədi, həmçinin sülalə üzvlərinin və Şuşanın son 150 il ərzində çəkilmiş fotoşəkilləri tədqiqatçının böyük əməyindən xəbər verir. 
   Mehmandarovlar sülaləsinin tanınmış nümayəndələri - Peterburq Tibbi Cərrahlıq Akademiyasını bitirmiş Əbdülkərim bəy və İbrahim bəy, tibb elminin inkişaf etdirilməsindəki xidmətlərinə görə 1945-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş akademik Mixail Dmitriyeviç Mehmandarov-Tişinski, 45 il rus ordusunda xidmət etmiş, 1918-ci ilin dekabrın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri vəzifəsinə təyin olunmuş general-leytenant Səməd bəy Mehmandarov, Rəşid bəy və Ədil bəy Mehmandarovlar haqqında verilmiş tarixi oçerklər, tibb elmləri doktoru, professor Məhbubə xanım Mehmandarova-Mahmudbəyova və sülalənin ötən əsrdə repressiya qurbanları olmuş nümayəndələri haqqında yazılmış məqalələr maraqla oxunur. 
   Kitab Qarabağın son üç yüzillik tarixini öyrənmək, Azərbaycana məxsus olan bu qədim yurdun erməni daşnakları tərəfindən işğal olunduğunu bir daha dünya ictimaiyyətinə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir. 
   Həmkarımız Vasif Quliyev hazırda çoxcildli “Qarabağ ensiklopediyası” üzərində işləyir. Ona yeni yaradıcılıq uğurları arzulayırıq.
 
“SAMUR”

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Хъимил Чавай къакъатна Лезги баде сейли хьанва Шаирар рекьидач
Статьи из этой рубрики
DİLÇİLİK ELMİNƏ TÖHFƏ “Gülüstan” – 180 İmam Şamilə həsr olunur Elə yaşa ki... Türk dilində nəşr
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ