DİLÇİLİK ELMİNƏ TÖHFƏ
Yeni kitablar  |  2(339) 2020      
   Müasir Azərbaycan ədəbi dilinin getdikcə daha da zənginləşdiyi bir vaxtda dövrün leksikasını əks etdirən yeni ikidilli lüğətlərin hazırlanması son dərəcə vacibdir. Respublikamız müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi, dilçilik sahəsində də böyük inkişaf vardır. Bu müddət ərzində Azərbaycan dilinin lüğət tərkibi xeyli zənginləşmişdir. Azərbaycan və ləzgi dilçiliyində ilk təşəbbüs olaraq tərtib edilmiş və bu günlərdə “Azərbaycan” nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunmuş “Azərbaycanca-ləzgicə lüğət” məhz dilçilik sahəsindəki son nailiyyətlər nəzərə alınmaqla hazırlanmışdır.
   Beş il ərzində hazırlanmış yeni lüğətin tərtibçiləri 2015-ci ildə “Ləzgicə-azərbaycanca lüğət”i çap etdirmiş qələm sahibləri Sədaqət Kərimova və Müzəffər Məlikməmmədovdur. Lüğətə Rusiya Təbii Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Əhmədulla Gülməhəmmədov, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev və filologiya elmləri doktoru Faida Qəniyeva rəy vermişlər.
   Geniş oxucu kütləsinə təqdim olunan “Azərbaycanca-ləzgicə lüğət” bu sahədə ilk böyük nəşrdir. Yeni lüğət öz qarşısına Azərbaycan dilini öyrənənlərə, habelə Azərbaycan dilindən ləzgi dilinə tərcümə ilə məşğul olanlara kömək etmək məqsədi daşıyır. Lüğətin Azərbaycan ədəbi dilinin sözlərini araşdıranlara da köməyi olacaqdır.
Yeni lüğət tərtib edilərkən 1950-ci ildən indiyədək nəşr olunmuş rusca-azərbaycanca, rusca-ləzgicə, həmçinin azərbaycanca-rusca, ləzgicə-rusca lüğətlərdən, həmin dillərdə çapdan çıxmış orfoqrafiya lüğətlərindən və izahlı lüğətlərdən istifadə olunmuşdur.
   Lüğətə əsasən müasir Azərbaycan ədəbi dilinin leksikası daxil edilmişdir. Həmçinin burada keçmiş dövrlərə aid bədii ədəbiyyatda təsadüf edilən bir çox sözlər (klassik ədəbiyyatda işlənən sözlər, elmi və texniki terminlər, məhəlli sözlər və s.) də öz əksini tapmışdır. Çox az işlənən yaxud da heç işlənməyən bir sıra sözlər, eyni zamanda müasir ədəbi dildə işlənən, lakin dilin saflığına xələl yetirən, onun qanunları ilə uzlaşmayan sözlər lüğətə daxil edilməmişdir.
   Lüğətdə Azərbaycan dilində işlənən idiomatik ifadələrə, frazeoloji tərkiblərə geniş yer ayrılmışdır. Onların ləzgicə müvafiq qarşılığı, bu kimi qarşılıq olmadıqda isə izah şəklində tərcüməsi verilmişdir.
   Bütün Azərbaycan sözlərinin yanında nitq hissələrini göstərən qrammatik işarələr, lazım gəldikdə, sözlərin hansı sahədə işləndiyini bildirən stilistik və s. işarələr qoyulmuşdur.
   Təqdim olunan lüğət əsasən tərcümə lüğətidir. Buna baxmayaraq, izahlı lüğət ünsürləri də saxlanmışdır.
   Azərbaycan oxucusuna ləzgi əlifbası, dili və xalqı haqqında daha geniş məlumat çatdırmaqdan ötrü lüğətə ilk dəfə olaraq “Ləzgi dili”, “Ləzgi əlifbası tarixindən” və “Ləzgilər” adlı oçerklər daxil edilmişdir.
   Lüğət Azərbaycan və ləzgi dillərini öyrənənlərə böyük töhfədir.
 
“Samur”

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я ЛЕЗГИ ЧIАЛАЛ САД ЛАГЬАЙ ФИЛЬМ РИКIЕЛАЙ ТЕФИР МЯРЕКАТ Чаравал “SOYUQ GÜNƏŞ" EKRANLARA ÇIXIR
Статьи из этой рубрики
“Gülüstan” – 180 İmam Şamilə həsr olunur Elə yaşa ki... Türk dilində nəşr Akademikə həsr olunur
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ