İş xanımı
Лезгияр вирина  |  10(336) 2019      
   Azərbaycanda yaşayan xalqların o qədər gözəl adət-ənənələri var ki... Bizə bu adətlər adi görünsə də, vətənimizə təşrif buyuran əcnəbilər üçün qeyri-adidir. 15 il bundan əvvəl Amerikanın Minnesota ştatından Azərbaycana ingilis dili mütəxəssisi kimi işləməyə gəlmiş Tereza Hamlin də adətlərimizə heyranlığını gizlədə bilmir.  Bu işgüzar xanımla Qusarda tanış olmuşam. 
   Bir neçə il bundan əvvəl Qusarda yaşayan rəfiqəm Mənsurə Xeyirovanın evinə getmişdim. O, ləzgi çörəyi bişirirdi. Məni görüb dedi: “İndi amerikalı qonşum Tereza gələcək. O mənə çörək bişirməkdə kömək edəcək. Yəqin ki, söhbətiniz tutacaq.” 
   Bir azdan boy-buxunlu, qəşəng bir xanım içəri girəndə təəccübümdən yerimdə donub qaldım. Tereza həqiqətən də Mənsurə xanıma köməyə gəlmişdi. Təəccüblənməyim təsadüfi deyildi. Tamamilə başqa bir aləmdən, okeanın o biri tayından gəlmiş bir xanım qəribə bir çevikliklə ocaq qaladı, çörək bişirməkdə rəfiqəmə kömək etdi. Əgər Mənsurə məni xəbərdar etməsəydi, heç vaxt düşünməzdim ki, Tereza xanım amerikalıdır. 
   Qusarda yaşadığı 5 il ərzində ləzgi adət-ənənələrinə bələd olmuş bu xanım o qədər səmimi idi ki. Elə bil məni çoxdan tanıyırdı. Qusarda xeyli dost-tanış qazanmışdı. Azərbaycan dilində sərbəst danışırdı. Ləzgi dilini də öyrənirdi. Söhbətimiz o qədər maraqlı alındı ki, sonradan dostlaşdıq.
Bəzən deyirlər ki, qadınlar bizneslə məşğul ola bilməz. Tereza xanım bunun əksini sübut edir. Onun Amerikada yaşadığı Minnesota ştatı çox soyuq yerdir. Bir dəfə valideynləri ona baş çəkməyə Qusara gəlmişdilər. Burada Terezanın anasına yun corab bağışlayırlar. Anası bu corabları özü ilə Vətəninə aparır və orada geyinir. Yundan toxunmuş corablar qadının çox xoşuna gəlir və Terezadan xahiş edir ki, həmin corablardan bir neçə cüt Amerikaya göndərsin. 
   Tereza düşünür ki, bu corablar onun soyuq vətənində adamlara çox lazım ola bilər. Beləliklə, o, Qusarda kiçik corab biznesi qurmaq qərarına gəlir. Tezliklə Qusarın kəndlərində corab toxuyan qadınlar tapır, onlara yundan əyirilmiş iplər paylayır. Toxunan corabları zövqlə qablaşdırıb Amerikaya göndərir. Bir ildən sonra Tereza xanım biznesini xeyli genişləndirməyə nail olur. 
   Hazırda işlə əlaqədar Bakı şəhərində yaşayan Tereza Hamlinin Quba, Qəncə, Qədəbəy, Lənkəran, Masallı bölgələrində də toxucuları var. İndi Azərbaycanın əksər bölgələrində Terezanın corab biznesi fəaliyyətdədir. Onun “Azərbaycan corabları” adlı şirkəti bu gün kənddə yaşayan qadınları işlə təmin edir. 
   Söhbət düşəndə bu xeyirxah və işgüzar xanım deyir: “Mən başa düşə bilmirəm, belə gözəl naxışlarla işlənib toxunmuş corablar sizin vətəninizdə niyə adiləşib. Axı bunlar əl işidir. Bu, çox zəhmət tələb edən işdir. Vətənim Amerikada heç kəs belə şeylər toxuya bilmir. Sizin corab toxuyan xanımların əl işinə heyranam.”
 
Roza HACIMURADOVA
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Чи кьилин гаф Чи хуьрерин тIварар Ləzgi dili Дидед чIал чирзава
Статьи из этой рубрики
Türkiyə ləzgiləri Молодые надежды РикIелай тефир мярекат Вдали от Родины Наида вилик акатна
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ