Поэзия | 8(334) 2019

Oğlum Asimana
Gözümə dar olub bu yer, bu cahan,
Səni Əzrayıldan ala bilmədim.
Mənim əziz balam, mənim gül balam,
Sən niyə hamı tək ola bilmədin?
Bilsəydim talesiz doğulacaqsan,
Xəstəlik əlində boğulacaqsan,
Bil ki, vaz keçərdim ana olmaqdan,
İndi sənsizlikdən dəli oluram
Qaytara bilsəydim zamanı geri,
Nələri, nələri qurban verərdim.
Səni bu həyatda saxlamaq üçün
Özümü əcələ qurban edərdim.
Dərdlərim çoxalıb ürək daşanda,
Gözlərim dolanda, fikrim çaşanda,
Sənə üz tuturam, mənim gül balam,
Ey mənim qaragöz, sirin dil balam.
Deyirlər, Allahın hökmüdür bu, döz,
Belə də hökm olar, mən necə dözüm?
Özümdən asılı olmadan hər gün,
Səninlə başlayır söhbətim, sözüm.
Adını mələklər verdi yuxuda,
Doğuldun, doymurdum şirin qoxundan.
Mənim nur balam, mənim pir oğlum,
Üz tutdu göylərə, bir mələk oldu.
Səninlə dözürdüm hər əzaba mən,
Deyirdim, şükür ki, sən yanımdasan.
Sən mənim təsəllim, ümidim idin,
Getsəm də, yenə bil, sən canımdasan.
Aygün ƏHMƏDZADƏ
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий