Gecəni gözlətdim qapı dalında
Поэзия  |  7(333) 2019      
     Azərbaycanın tanınmış şairi və jurnalisti Əbülfət Mədətoğlu  1959-cu ildə Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır.
     “Araz”, “Qarabağ” və “Azərbaycan ordusu” qəzetlərində çalışmışdır. Hazırda “Ədalət” qəzetinin baş redaktorunun müavinidir. Jurnalistika sahəsindəki uğurlarına görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2010-cu ildə ona “Əməkdar jurnalist” fəxri adı verilmişdir. Çapdan çıxmış “Səməni nəğməsi”, “Nilufər çiçəyi”, “Dərdini danışan adam”, “Nişanə”, “Ehtiyacın elçi daşı”, “Döymək istədiyim qapılar”, “Allah, məni unut­ma”, “Ürəyimdəki sənsən”, “Yanan məktub”,”Ağacların şarkısını yapraklar okuyor”, “Hər görüş bir ümiddir”, “Sevgi pıçıltıları”, “Yanan məktublar”, “Mənim kimi sevə bilsən”, “Gözləyənim var”,  “Ürəyim sənlə danışır” adlı şeir kitablarının müəllifidir.  Bundan başqa “Qəhrəman İbad”, “Zəhmli polkovnik”, “Üfüqdə görünən adam” sənədli povestləri də işıq üzü görüb. Yazdığı şeirlərə tanınmış bəstəkar Razim Paşayev mahnılar bəstələyib.
 
Əbülfət MƏDƏTOĞIU
 
GÜNAH
 
Adıma yazılıb bütün günahlar, 
Sevmək də, qarşına çıxmaq da günah... 
Sənli anlarımı həm yaddaşıma,
Həm də gözlərimə yığmaq da günah...
 
Nələr olacağın yaşayıb görək,
Təzədən doğulaq, təzədən gələk!
Hər kəsin istəyi eşq dolu ürək, 
Deməli, ürəyi sıxmaq da günah!
 
Həyat fəlsəfəsi yozulmur hər vaxt, 
Uğurlu qismətlər yazılmır hər vaxt... 
Məzarlar ölçüdə qazılmır hər vaxt – 
Ölçüsüz məzara sığmaq da günah!
 
Nə vaxtdı sızlayır bu sol tərəfim, 
Söz-söhbət mövzusu olub şərəfim... 
Dünyada ən böyük varım, fərəhim –
Sənə gendən durub baxmaq da günah!..
 
MƏN
 
Bir təbəssüm sat, gülüm, 
Qoy, alıb - aldanım mən. 
Qurbanındı bu könlüm, 
Təki sən al, danım mən.
 
Aymı sərxoş, ya gün dəm, 
Bizik bu gün bil, gündəm. 
Bircə sənə ilk gündən – 
Canım dedim, canım, mən.
 
Bir bəxt seçir hərəni,
Bağla bəndi, bərəni. 
Mat qoyub, mat, Kərəmi – 
Dirigözlü yanım mən.
 
SEVGİMDİ
 
Kim hesab olsam da nəzərlərində
Mənim sığındığım yuva – sevgimdi...
Ömrümün açılan səhərlərində –
Allaha və sənə dua – sevgimdi!..
 
Bəlkə də artıqdı yolu yormağım,
Boşluğa uzanmış qolu yormağım...
Hər gün «Ol!» – söyləyib – olu yormağım -
Od, hava, torpağa, suya sevgimdi...
 
Qalıb ümidimin ayağı yalın,
Torlanan gözümün pərdəsi qalın...
Məni dan üzünün suyuna salın –
Deyin, sifarişçi guya, sevgimdi...
 
Ruhum pərvanədi, könlüm yazçəkən,
Kimdi bu sevgimdən çox, ya az çəkən?!
Nə sən naz dəlisi, nə mən naz çəkən –
Bizim aramızda «dava» – sevgimdi... 
 
SEVDİYİM QIZA...
 
“Olum”un, “ölüm”ün arası bir an,
Nə Allah əl tutur, nə də ki Quran!
Viran qal, ay dərdli ürəyim, viran – 
Sevgim də əzabdı sevdiyim qıza...
 
Yaşanan anlar da günah sayılır,
Həm gecə, həm də ki, gün “ah” sayılır. 
Səsin eşidilmir, ahın yayılır, – 
Sevgim də əzabdı sevdiyim qıza...
 
Sən, uşaq əlində tamsız “simit”sən,
Nə gərək, nə kömək, nə də ümidsən. 
Unut varlığımı, daha unut sən – 
Sevgim də əzabdı sevdiyim qıza...
 
Sevinmək, sevməknən bəxtiyar olmaq, 
O qıza sevilən, sevən yar olmaq – 
Bəxtimdə yox imiş mənim var olmaq, 
Sevgim də əzabdı sevdiyim qıza...
 
ALMA ƏLİMDƏN
 
İlahi, nə qədər sirr var, bilmirəm, 
Möcüzə, ocaq var, pir var, bilmirəm. 
Neçə sığınası yer var, bilmirəm – 
Bildiyim sevgidi, alma əlimdən!
 
Ömür bir saatdı, gündü, ya ildi,
Bizi qovuşduran dindi, ya dildi. 
Bilmirəm nə yazdı, yaxud nə sildi – 
Bildiyim sevgidi, alma əlimdən!
 
Gücümə güc qat ki, çatım mənzilə, 
Pəsdə elə köklə, qalxım mən zilə. 
Öyrətmə sənsizə, nə də mənsizə – 
Bildiyim sevgidi, alma əlimdən!
 
Qoy belə yaşayım – dəyib, toxunma, 
Mənə verdiyindən artıq çox umma! 
Razıyam, bugünkü varım-yoxumla – 
Bildiyim sevgidi, alma əlimdən!..
 
***
Duz çevir başına fikirlərimin, 
Dillərə düşəndə, gözə gəlməyim, 
Arxasını yazma, şəkillərimin – 
Sonra pozduğunu bilib, gülməyim.
 
Titrəyir yarpaq tək əlim, ayağım, 
Gözümdən yollara körpü uzanır. 
Ürəyim – yüksələn sevgi bayrağım 
Çırpınır, döyünür, qəmi azalır.
 
Bəxtimi xəlbirdən, ələkdən keçir, 
Narın yağış kimi səpilim yerə, 
Gözünün önündə işığım keçir – 
Bir az yardımçı ol, çəkilim göyə!
 
***
İlan kimi sürünmək, 
Yerimək olmasa da, 
Dizin-dizin yerimək, 
Yüyürmək olmasa da,
 
Sevgimin ünvanına 
And yerim tək baxıram. 
Kükrəyən dağ çayı tək 
Ona doğru axıram…
 
Qıvrılıram içimdə, 
Gah qartal tək enirəm. 
Olan-qalan gücümlə 
Hər an sənə dönürəm…
 
İməkləmək, sürünmək
Bəlkə də, xoş görünməz, 
Sevən əyilər eşqə, 
Sevgi ölər –  sürünməz...
 
***
Mən ömür içində ömür əridib,
Mən günün içində gün kiridirəm...
Sevginin əlindən tutub, yeridib,
Ölməyə qoymayıb qəm dirildirəm...
 
Siz də yaxınlaşın təsəlli üçün
Məni hər çəkdiyim gün «ah»a bükün...
Sevməkdi günahım, vallah, büsbütün-
Siz məni elə bu günaha bükün –
 
Həyat zərbələri qılıncdan da sərt,
Urəyin tüstüsü ərşə ucalır...
Deyəsən tamamdı kəsilən o şərt –
Qocalır Əbülfət, yaman qocalır...
 
***
 
Gecəni gözlətdim qapı dalında
Sönmədi işığım səhərə qədər...
Ömür vərəqlədim mən xəyalımda –
O kənddən gəldiyim şəhərə qədər!..
 
Nidalar daha çox, nöqtələr də var,
Qəddim də bükülüb bəzən vergül tək...
Alnıma sıxılan səssiz suallar
Səni dəlib keçib ay qoca ürək!..
 
Xərclənən ömürdə qazancım kədər,
Kölgəm iynə boyda, səsimsə pəstə...
Kimsə ucaltmayıb məni sən qədər 
Sən qədər kimsə də durmayıb qəsdə!..
 
Qapı arxasında qalan gecəmi
Özünü yetirən səhər kiridər...
Gedim salamlayım sizin küçəni –
Bəlkə məni orda kədər kiridər!..
 
***
Bir az gecikdim mən bu etirafda,
Amma gec olsa da, pıçıldayacam...
Mənə yer olmadı, heç bu ətrafda –
Torpağın altında puçurlayacam...
 
Sevgim artıq oldu aşdı ölçünü,
O da ləçək-ləçək saraldı, qopdu...
Saxlaya bilmədim xəyal köçünü –
Onun da ruhuna «əlvida» hopdu.
 
Atdığım addım da, dediyim söz də
Döndü göz yaşına, döndü tənəyə...
Mənim içimdəki dözüm də, döz də –
Adımtək yük oldu dilə, çənəyə...
 
Gerçək olanları susub dinləmək,
Nə qədər çətindi çəkənlər bilir...
Nədir öz içini didib inləmək?
Bunu da içindən çökənlər bilir...
 
Bir az geçikdim mən bu etirafda,
Batan gəmi kimi izim yuyulur...
Durub su axtarma heç bu ətrafda –
Kirpiyimdən damır - üzüm yuyulur...
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Кьегьал лезгидикай фильм СтIал Сулейманан мярекатдиз ша! Санал кхьин! Гордый и стойкий лезгин
Статьи из этой рубрики
В поисках талантов Булахда яд ава СтIал Сулейманаз гуьмбет хкажна Лезги чIал кIанарзава Са маса тIям ава Ватандин чилихъ
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ