Quba qəzasında antisovet çıxışları
Тарихдин геле аваз  |  6(332) 2019      
     Son vaxtlar bəzi müəlliflərin ötən əsrin əvvəllərində Quba qəzasında baş vermiş antisovet çıxışları ilə bağlı məqalələrinin işıq üzü görməsi tariximizi öyrənmək baxımından maraq doğurur. Lakin həmin yazılarda bir sıra təhriflərə yol verilməsi, həqiqətə uyğun olmayan, arxiv materiallarına əsaslanmayan “faktlar”ın gətirilməsi, hətta bəzi hadisələrin şişirdilməsi təəssüf doğurur. Bəs həqiqətdə Quba qəzasında, onun ayrı-ayrı nahiyələrində antisovet çıxışları necə baş vermişdi? Bu çıxışlara kimlər rəhbərlik etmişdi? Qusar və Müşkür nahiyələrində bolşeviklərə qarşı müqavimət hərəkatının xüsusilə geniş miqyas alması nə ilə bağlı idi? Bu və digər sualların düzgün cavablandırılması tarixi olduğu kimi təqdim etmək baxımından vacibdir.
     1917-ci ilin oktyabrın 25-də (noyabrın 7-də) Petroqradda silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrildi və hakimiyyət bolşeviklərin əlinə keçdi. Bu xəbər Bakıya çatandan dörd gün sonra, yəni oktyabrın 31-də Bakı Soveti mədən-zavod komissiyaları konfransı ilə birlikdə çağırılmış özünün geniş iclasında Bakıda və onun rayonlarında hakimiyyəti Sovetlərə vermək haqqında qətnamə qəbul etdi. (Bax: Böyük Oktyabr və Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizə. Sənədlər, məqalələr külliyatı, 1958. Səh. 22). Həmin qətnamə qəbul olunduqdan sonra Bakı şəhərində və onun rayonlarında hakimiyyət Bakı sovetinin ixtiyarına verildi.
     Yeni hökumətin yaradılmasının Quba qəzasında etiraz doğuracağını bilən bolşeviklər əhalini silah gücünə tabe etdirməyi qərara aldılar. Dekabr ayında bolşeviklər Xaçmaz stansiyasında mühafizə dəstəsi yaradaraq, Müvəqqəti hökumətin buradakı nümayəndələrini tərksilah etdilər. Keçmiş rabitə işçisi Parşinin rəhbərliyi ilə dəmiryol mühafizə milisi də yaradıldı. Bundan sonra 1918-ci ilin yanvarın 18-də Qusar nahiyəsinin Hil kənd cəmiyyətində mühafizə milisi təşkil edildi və onlar üçün Bakıdan silah göndərildi.
     Həm bu hadisələr, həm də 1917-ci ilin dekabrın son günlərində Quba qəzası bolşeviklərinin yardımı ilə buradan taxıl toplanması və 1918-ci ilin yanvarında Bakıdakı Sovet hakimiyyətinə yardım olaraq Xudat stansiyasından oraya iki vaqon buğda, bir vaqon arpa və bir neçə vaqon odun yola salınması yerli əhalinin bir hissəsinin inqilabi qüvvələrə qarşı çıxmasına səbəb oldu. (Bax: Azərbaycan SSR OİMDA, fond 2815, siyahı 1, iş 786, vərəq 400).
     Hələ 1917-ci ilin noyabrında Əli bəy Zizikski bolşeviklərlə mübarizə aparmaqdan ötrü Qubada məxfi müşavirə keçirdi. Bu müşavirədə Müşkür nahiyəsinin Şıxlar kəndinin bəyləri, Qusar nahiyəsinin Kuzun kənd sakini Möhübəli əfəndi, Xuluq kənd sakini Hacı Cavad, Rostov nahiyəsinin Qonaqkənd kənd cəmiyyətinin yüzbaşısı Mayıl Zahirov, Dəvəçi nahiyəsindən Həmdulla əfəndi iştirak etmişdilər. Müşavirədə Sovet hakimiyyətinə qarşı müqavimət dəstələrinin yaradılması qərara alındı.
      Həmin müşavirədə iştirak etmiş Əli bəy Zizikski və Şıxlar kəndinin bəyləri 1918-ci ilin yanvarın 26-da Xaçmazda “Cihad” elan etdilər. Cihad dəstələrinə yerli qoçu Qırxlar Molla Məmməd oğlu da qoşuldu. Dəstələrə şıxlarlı üç qardaş – Həsən bəy, İbrahim bəy və Mürsəl bəy rəhbərlik edirdilər. (Bax: “Kaspi” qəzeti, №69, 31 mart; №71, 2 aprel 1917-ci il). Əksəriyyəti ləzgilərdən ibarət olan həmin dəstələr 1918-ci ilin yanvarın 27-də axşam saat 8-də Qafqaz cəbhəsindən əsgərlərlə dolu gələn 4 hərbi qatarı qarşıladılar. Özünü qəza komissarı adlandıran Mürsəl bəy 1000 nəfərlik dəstəsini döyüş vəziyyətinə gətirərək əsgərlərdən silahların Quba qəzası hakimiyyət orqanlarına təhvil verilməsini tələb etdi. Döyüş baş verərsə, onun köməyinə Möhübəli əfəndinin 500 nəfərlik dəstəsi də gəlməli idi.
 
M.MƏLİKMƏMMƏDOV
(Ardı var)
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Героизм, не имеющий аналога РикIелай тефир мярекат Руьгь квахьзава... Награды журналистам
Статьи из этой рубрики
РикIелай ракъурдач Чун гьикI муьтIуьгъарзавай? ЧIехи амадаг Чун гьикI муьтIуьгъарзавай? QUBA QƏZASINDA ANTİSOVET ÇIXIŞLARI
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ