Həyatda iz qoyan ziyalı
ЦIийи ктабар  |  5(331) 2019      
     O, vətəninə, doğma xalqına, ana dilinə sev­gisi ilə seçilən nəcib və xeyirxah ziyalılardan idi. Yaxşı alim, sabitqədəm və dəyanətli insan, nümunəvi vətəndaş idi. Hə­sənağa Sərdarovu tanıyanlar onu həmişə belə xa­tırlayır.
     1943-cü ilin dekabrın 12-də Qusar ra­yo­nunun Gədəzeyxur kəndində müəllim ailəsində həyata göz açmış, 2018-ci ilin mart ayında dünyasını dəyişmiş Həsənağa Əhmədkərim oğlu Sərdarov uzun illər Bakı Politexnik Texnikumunda, Texniki Universitetdə, Da­ğıs­tan Respublikasının Dərbənd şəhərindəki uni­versitetlərdə müəllim işləmişdi. Bakıda ol­duğu kimi, Dərbənddə də elmi axtarışlarını da­vam etdirən H.Sərdarov burada böyük nüfüz qa­zanmışdı. Qonşu respublikada onun iki dərsliyi və beş monoqrafiyası işıq üzü gördü. O, ilk dəfə olaraq, ləzgi və rus dillərində texniki terminlərdən ibarət lüğət tərtib edərək çapdan buraxdırdı. 
     Doğma dilin təəssübkeşi olan Həsənağa müəllim “Nəslimizin tarixi” və ləzgicə-rusca “Ləzgi xalqının misalları” adlı kitabları da özündən yadigar qoydu.
     Beş oğul atası olan Həsənağa müəllimin övladları da vətənə sədaqətlə xidmət edir. Böyük oğlu Kə­rim Sərdarov pol­kovnik rüt­bə­s­i­­nədək yük­sə­lib. Hazırda Azər­bay­can Res­pub­li­kası Müdafiə Na­zir­li­yi­nin Hər­bi Dəniz Qüv­­və­­lərinin Tibb Xid­­­mət rəisi və­zi­­­fəsində ça­lışır. Onun kiçik qar­­daşı, Dağ­lıq Qa­ra­­bağda ge­dən dö­yüş­lərdə fərqlənən Rə­him 1992-ci il­də Ağ­dərə vu­ruş­ma­sın­da ağır ya­ra­la­nıb.
     Bu günlərdə Ba­­kıda alimin doğ­ma­larının, dost­ları­nın, tanınmış elm adam­larının ürək sözlərindən ibarət “Həsənağa Sərdarov haqqında xatirələr” kitabı çapdan buraxılıb. Kitabın məsləhətçisi AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov, redaktoru elmi işçi Xanım Rzazadədir. 
 
«SAMUR»

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Шарвилиди эверда Лезги чIалан югъ Ləzgi musiqisi və poeziyası gecəsi Мураддив агакьрай
Статьи из этой рубрики
ЧIехи алимдиз гуьмбет “Гьажи Давуд” ктабдикай веревирдер С любовью к родному краю Большой вклад в историю Aялриз хвеши жеда
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ