Nelson Mandelanın ölkəsində
Чир-течир  |  1(327) 2019      
     Korina Van Villigen Hollandiya vətəndaşıdır, ixtisasca linqvistdir. Altı ildir ki, Azərbaycanda yaşayır, Bakıda “Mozaika -ST” tərcümə şirkətinin direktorudur. Doğma holland dili ilə yanaşı, ingilis, rus, udi dillərini də mükəmməl bilir, Azərbaycan dilində sərbəst danışır.  Ləzgi dilinə isə xüsusi hörməti var. “Çox gözəl və qədim dildir. Bu dildə şeirlər, mahnılar çox gözəl səslənir. Ləzgilərin öz dogma dillərinə olan məhəbbətinə heyranam”, - deyir.
     Altı ildir ki, Korina ilə iş yoldaşı kimi yaxın əlaqəm var. O, savadı, işgüzarlığı, zəhmətkeşliyi, insanlarla mədəni rəftarı ilə tanınır. Korina  tez-tez xarici ölkələrə səyahət edir. Bu dəfə o, Cənubi Afrika Respublikasında olub. Bu ölkəyə onun sevgisini Korinanın səfər barədə təəssüratından hiss  etdim. 
O deyir: 
     – Cənubi Afrika Respublikasına səyahət etmək çoxdankı arzum idi. Mən özüm hollandiyalıyam. Cənubi Afrika isə bizim tarıxımızın bir hissəsidir. Çünki bu ölkə vaxtilə Hollandiyanın müstəmləkəsi olmuşdur. Bu haqda da çox şey öyrənmək istəyirdim. 
     Afrikada fəsillər bizimki ilə müqayisədə əksinədir. Orada indi yay fəslidir. İnsanlar Milad (Yeni il) bayramını evdə yox, açıq yerlərdə qeyd edirdilər. Bu, mənim üçün yeni bir hadisə oldu. Əhalisi çox mehribandır. Mağazalarda, küçələrdə hamı bir-birini mehribanlıqla salamlayır. Burada tanımadığın adamla söhbət etmək, zarafat etmək çox asandır. Amma bəzi xoşagəlməz hallara da rast gəlirsən. Qaranlıq düşəndə küçəyə çıxmaq və ya təkbaşına harasa getmək çox təhlükəlidir. 
     Bu vaxta kimi olduğum ölkələrin  ən gözəli Cənubi Afrikadır desəm, yanılmaram.  Buranın təbiəti misilsiz gözəldir. Bəziləri düşünürlər ki, Cənubi Afrika yalnız səhradan və qurudan ibarətdir. Əslində isə bura dağlar, çaylar, düzənliklər və meşələrlə zəngindir. Onun bir tərəfi  Atlantik okeanı, digər tərəfi isə  Hind okeanıdır. Mən orada pinqvinləri də gördüm. Ölkədə vəhşi heyvanların qorunduğu bir neçə park var. Həmin parklarda heyvanlar azad yaşayır.  Bir neçə gün həmin parkda gəzmişəm. Gecə çadırda qalırdıq. Çadırın ətrafına çəpər çəkilmişdi. Parkı silahlı nəzarətçilər qoruyurdular ki, adamlar təhlükəsiz yata bilsinlər. Gecənin qaranlığında, çəpərin dalında  şirin, kərgədanın, çaqqalın, ayının səsini eşidirdim.
     Cənubi Afrikada  azsaylı xalqlar çoxdur. Ağdərili və qaradərili adamlar bir ailə kimi yaşayırlar. Bu ölkədə hamı insan haqları uğrunda fəal mübarız, Nobel Sülh Mükafatı laureatı Nelson Mandelanın xatirəsini əziz tutur.  Ölkədə yaşayan etnik xalqlar arasında sülh yaratmağa nail olmuş Nelson Mandelanın şərəfinə iri şəhərlərdə əzəmətli heykəllər ucaldılıb.
 
Roza HACIMURADOVA
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
“Самурдин” 27 йис хьанва Халкьдин шаир ЧIалаз кьецI гумир Чун гьикI муьтIуьгъарзавай?
Статьи из этой рубрики
Кавказ Иер жезва КцIар ЦIийи журнал Avar şairi ilə görüş КIватIалдик вужар квай?
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ