Юбилей | 9(325) 2018


Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində “Söz” müstəqil ədəbi-publisistik jurnalının 25 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində jurnalın “Söz-25” adlı xüsusi buraxılışının da təqdimatı olub.
Mərasimdə jurnalın fəaliyyətindən söhbət açan Milli Məclisin deputatı Əfl atun Amaşov nəşrin mədəniyyətimizin, incəsənətimizin
təbliğindəki böyük rolunu yüksək qiymətləndirib. Mərhum şair-jurnalist Şəkər Aslanın 25 il əvvəl yaratdığı “Söz”ün bu gün də mədəni həyatımızda xüsusi rolu, çəkisi olduğunu bildirib.
Tədbirdə Milli Məclisin deputatı Hadı Rəcəbli, xalq şairi Sabir Rüstəmxanlı, “Dədə Qorqud” Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov, yazıçı-publisist, professor Aqşin Babayev, xalq artisti Eldost Bayram, poliqrafçı-alim Şəddad Cəfərov, jurnalist Zemfi ra Məhərrəmli və başqaları bildiriblər ki, “Söz” müstəqil ədəbi-publisistik jurnalı keşməkeşli yol keçib. Jurnalın “Yaddaşlarda yaşayanlar”, “Unudulmaz simalar” və digər rubrikalarında yer alan yazılar oxucuların marağına səbəb olub. Bu nəşrdə gənclərə çox böyük yer verilib və “Söz”də ilk dəfə” rubrikasında gənclərin ilk yazıları dərc edilib.
Çıxışlarda jurnalda dərc olunan materialların hər birinin xüsusi peşəkarlıqla hazırlandığı bildirilib. Nəşrin baş redaktoru Sevda Əlibəylinin gərgin əməyi sayəsində başa gələn bu jurnalın xüsusi buraxılışlarının da maraqla qarşılandığı vurğulanıb.
Mərasimdə jurnalın baş redaktoru, yazıçı-publisist Sevda Əlibəyliyə ”Dədə Qorqud” Fondunun “Mehriban ana” beynəlxalq mükafatı təqdim edilib.
Sonda Sevda Əlibəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий