Bir xalqın iki əlİfbası?
SOS!!!  |  9(325) 2018      
   Bu günlərdə redaksiyamıza daxil olmuş çoxlu siqnallara görə Azərbaycanın ləzgi dili tədris edilən məktəblərinin 1-ci sinifləri üçün latın qrafikası ilə “Əlifba” kitabı çap olunub. Əvvəlcə inanmadıq. Necə yəni latın qrafikası ilə? Axı, ləzgilərin 1938-ci ildə kiril qrafikası əsasında yaradılmış öz əlifbası var. Bir hissəsi Dağıstanda, o biri hissəsi Azərbaycanda yaşayan ləzgi xalqının həmin əlifbası Sovet İttifaqı dövründə yaradılıb. Dağıstan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, ləzgi dili dövlət dilidir  və bu dilin hələ 80 il bundan əvvəl ölkənin əlaqədar səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş öz əlifbası var.
   Tarixi mənbələrdən məlum olduğu kimi, ləzgi xalqı 1500 il bundan əvvəl alban əlifbası ilə yazıb-yaradıb. Ərəb işğalından sonra uzun müddət ərəb əlifbası əsasında yaradılmış, lakin boğaz səsləri xüsusi işarələrlə qeyd edilən əcəm əlifbasından istifadə olunub. XIX əsrin sonu və XX əsrin əvvəllərində P.K.Usların kiril qrafikası əsasında tər-tib etdiyi əlifba işlənib. 1928-ci ildə latın qrafikasına əsaslanan əlifba işə salınıb. Lakin ləzgi dilinin tələblərinə cavab vermədiyinə, bu dilin bir çox səslərini ifadə edən hərflərin olmadığına görə 1938-ci ildə latın qrafikası kiril qrafikası ilə əvəz olunub.
   İndi belə çıxır ki, ləzgilər Dağıstan-da kiril, Azərbaycanda latın qrafikasından istifadə etməlidir, yəni bir xalqın iki əlifbası olmalıdır. Görəsən, dünyada iki əlifbaya malik başqa bir xalq varmı? Latın qrafikası ilə ləzgicə “Əlifba” çap edənlər nəyə əsasən belə qərar veriblər? Respublikamızın qədim və aborigen xalqlarından olan ləzgilərin milli hissiyyatına toxunan bu qərara nə ad vermək olar? Belə çıxır ki, bir xalq neçə ölkədə yaşayırsa, onun o qədər də əlifbası olmalıdır? Görəsən respublikanın rus və gürcü dilləri tədris olunan məktəbləri üçün də latın qrafikası əsasında dərsliklər hazırlanır? Əgər belə deyilsə, onda niyə məhz ləzgi dili hədəfə götürülüb? Bu işə qol çəkənlər yəqin Azərbaycanın demokratik və tolerant dövlət olduğunu unudublar. Yoxsa xalq üçün taleyüklü və ağrılı məsələ olan əlifba məsələsini bu cür gizlin və tələsik qaydada, ictimaiyyətin və ləzgi ziyalılarının xəbəri olmadan həyata keçirməyə çalışmazdılar.
   Aldığımız məlumata görə guya kitabın hazırlanması ilə bağlı respublika təhsil nazirliyi tender keçirib və müəlliflər bu yolla seçilib. Belə çıxır ki, Azərbaycanda dilçilik üzrə mütəxəssis olmayanlar, qeyri-peşəkarlar, ali təhsili olmayanlar da dərslik yaza bilərlər. Görünür, işin təşkilatçıları məsələnin bu tərəfini deyil, qonorar tərəfini fikirləşiblər və dövlət vəsaitini mənimsəməyin yeni yolunu tapıblar. Bir sözlə, burada təhsildən daha çox başqa izlər görünür.
   Ümid edirik ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyi qəzetimizin çıxışını cavabsız qoyma­yacaq, xalqın taleyi ilə oynayan, onun dilini aşağılayan belə qərarları verənlər barədə ciddi tədbir görəcəkdir.
 
“Samur” Ləzgİ Mİllİ Mərkəzİ
“Samur” qəzetİ redaksİYASı
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
ЧIал храйтIа дидейри... Cа халкьдиз кьве алфавит? Metodikadan kənar kitab Хуьрерин гьуьжет алай тIварар Гуьнгуьна авачир гафарганар
Статьи из этой рубрики
Əks nümunə Мад са телеканал Niyə əbədiləşdirilmir? Буьркьуьдаз экв кIанзава Öncə mənəviyyat
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ