Metodikadan kənar kitab
SOS!!!  |  9(325) 2018      
   Ana dilinə aid metodika kitablarını yazmaq və ya tərtib etmək çətin və məsuliyyətli iş olduğundan bu məsələ ilə yalnız dili mükəmməl bilən, zəngin pedaqoji təcrübəyə malik peşəkarlar məşğul olmalıdırlar. Əgər bu kitablar aşağı siniflərdə ana dilinin tədrisi ilə əlaqədar hazırlanırsa, xüsusilə diqqətli olmaq lazımdır. Çünki uşaqlarda ədəbi dil haqqında ilk təsəvvür aşağı siniflərdə formalaşır. Ona görə də ibtidai siniflərdə qoyulan ana dili fənninin bünövrəsi möhkəm olmalıdır.
   Azərbaycan dilinə aid metodika kitablarının hazırlanmasında kifayət qədər savadlı və təcrübəli peşəkarlar çalışırlar. Narahatlıq doğuran respublikamızın azsaylı xalqlarının dillərinin tədrisi ilə bağlı metodika kitablarının tərtib olunmasıdır. Çünki həmin dillərdə keyfiyyətli metodik vəsaitlər hazırlaya bilən mütəxəssislər azdır. Bu işdə səriştəsi və təcrübəsi olan, doğma dilini mükəmməl bilən savadlı kadrlar isə həmin sahəyə yaxın buraxılmır. Nədənsə ana dili dərsliklərinin və metodik vəsaitlərin hazırlanması ədəbi dili yaxşı bilməyən, kifayət qədər pedaqoji təcrübəsi olmayan təsadüfi adamlara tapşırılır. Elə bu səbəbdən də son 41 il ərzində respublikamızda ləzgicə cəmi 2 dərslik nəşr edilib, onlar də həddindən artıq qüsurludur.
   Konkret olaraq 2017-ci ildə işıq üzü görmüş “Лезги чIал 3” (“Ləzgi dili 3”) metodika kitabı haqqında fikirlərimizi bildirmək istəyirik. Onu üç müəllif – Mahirə Məcidova, Rüxsarə Məmmədova və Amalya Haşımova tərtib edib. Elə kitabın titul vərəqindən müəlliflərin ləzgi ədəbi dilini yaxşı bilmədikləri görünür. “3-ай классдин” (“3-cü sinfin”) sözləri səhvdir. Ləzgi dilində sıra sayları rəqəmlə göstərildikdə şəkilçi yazılmır. Bunu “3-классдин” və yaxud “3 лагьай классдин” kimi yazmaq lazım idi. Kitabı hazırlamağa kömək göstərənlərə minnətdarlıq bildirilən cümlədə “ктаб яратмишуниз куьмек гайибуруз” (“kitabı yaratmağa kömək göstərənlərə”) sözləri yazılıb. Halbuki kitablar yazılır və yaxud tərtib edilir, yaradılmır. Müəlliflər “sinif” sözünü gah “класс”, gah da “синиф” kimi, “Azərbaycan” sözünü gah “Азербайджан”, gah da “Азербайжан” kimi yazırlar. Kitabda onlarca digər sözlər də iki cür yazılıb.
   Müəlliflərin dilə nabələd olduqları onların mətnlərdən kənar tərtib etdikləri cümlələrdən aydın görünür. 18-ci səhifədə verilmiş iki cümləni misal gətirmək kifayətdir. “Чи девлетди аялар патал гьар жуьре шераит туькIуьрнава”. “Чун Азербайжанда хушбахт яшамишзава”. Azərbaycan dilinə tərcümə etsək, müəlliflər belə demək istəyirlər: “Dövlətimiz uşaqlardan ötrü hər cür şərait yaradıb”. “Biz Azərbaycanda xoşbəxt yaşayırıq”. Ləzgicə yazılmış 1-ci cümlədə “девлет” sözü  “sərvət” mənasını verir. Çünki ləzgi ədəbi dilində dövlətə “пачагьлугъ” və yaxud “гьукумат” deyilir. “Шераит” sözünün yerinə isə “къулайвал” və yaxud “къулайвилер” yazmaq lazım idi. 2-ci cümlədə mübtəda və xəbər uzlaşmadığı kimi, cümlənin ikinci dərəcəli üzvü sayılan təyin də düz yazılmayıb. Əslində həmin cümlələrin ləzgi ədəbi dilində düzgün yazılışı belədir: “Чи гьукуматди аялар патал гьар жуьредин къулайвилер туькIуьрнава”. “Чун Азербайжанда хушбахтдаказ яшамиш жезва”. Dil və qrammatika qüsurları ilə dolu olan kitabın “Гьахьун” (“Giriş”) hissəsinin ciddi redaktəyə ehtiyacı var.
   Müəlliflər ədəbi dili bilmədiklərinə görə şagirdlərə əksər sözləri danışıq dilində olduğu kimi çatdırırlar. Aşağıdakı kiçik siyahıya nəzər salsaq, hər şey aydın olar
 
                                                                                                            Kitabda verilib    Olmalıdır
 
ча - це
натIуфа - нутIуфа
 кон - кван
куьруьдик - куьрелди
къийи - къайи
гъилей - гъиляй
тажруба - тежриба
буьлбуьл - билбил
шабалут - шабалт
жузунда - жузада
къиса - кьиса
къушун - кьушун
гьелда - гьялда
къвазда - акъвазда
кIвалай - кIваляй
тучир -тушир...
   Həddindən artıq orfoqrafiya səhvlərinə yol verilmiş bu kitabda düzgün yazılmamış belə sözlər olduqca çoxdur.
Müəlliflərin cümlələri tərtib edərkən xalis ləzgi sözləri əvəzinə daha çox alınma sözlərdən istifadə etmələri təəssüf doğurur. Məsələn: “чуьнгуьр”, əvəzinə “саз”, “гъуьлягъ” əvəzinə “мурдар”, “кIекIец” əvəzinə “аса”, “чIалахъ хьун” əvəzinə “инанмиш хьун”, “кардик кутун” əvəzinə “башламишун”, “дяве къарагъна” əvəzinə “дяве башламиш хьана”, “хуьрер кутуна” əvəzinə “хуьрер дуьзмишна”.
   Kitabı ərsəyə gətirənlər ləzgi ədəbi dilində bir çox ifadələrin neçə işləndiyini bilmirlər. Məsələn, “şeiri əzbərdən söyləmək” ifadəsi ləzgicə “шиир хуралай кIелун” kimi yazılmalıdır. Kitabda “кIелун” əvəzinə “лугьун” yazılıb. Halbuki “лугьун” sözü mahnıya aiddir. “Yaz gəldi” ifadəsi ləzgi dilində “гатфар алукьна” və yaxud “гатфар атана” kimi işlənir. Müəlliflər isə bunu “гатфар гьахьна” kimi yazıblar. “Cana gəlir” ifadəsi “чандал хкведа” əvəzinə “чандал къведа” kimi, “qovurğa qovurur” ifadəsi “калар акъугъарда” əvəzinə “калар юзада” kimi təqdim edilib. Müəlliflərin metodika elmindən uzaq olduqlarını göstərmək üçün bircə misal gətirmək kifayətdir. “İntonasiya ilə oxumaq” ifadəsi kitabda beş cür verilib: “интонациядихъ кIелун”, “интонациядивди кIелун”, “интонациядалди кIелун”, “интонацидивди кIелун”, “интонациядал кIелун”. Ləzgi dilində rus dilindən alınmış sözlərin necə yazıldığını bilməyən müəlliflər “группа” əvəzinə “груп”, “орфографиядин” əvəzinə “орфографидин” və s. yazırlar.
Daha çox təəssüf doğuran hal odur ki, kitabın tərtibçiləri ləzgi dilinin qrammatikasından yetərincə xəbərdar deyillər. Ayrı-ayrı nitq hissələrinin tədrisi ilə bağlı bölmələrdə çoxlu səhvlərə yol verilib. İsmin cəm halından söhbət gedəndə, göstərirlər ki, bu halı -ар, -яр, -ер kimi üç şəkilçi əmələ gətirir. Halbuki ləzgi dilində 8 şəkilçi, göstərilənlərdən əlavə -эр, -лар, -лер, -аяр, -иер şəlikçiləri də ismin cəm halını əmələ gətirir. -Ер və -ар şəkilçiləri ilə bağlı çəkilən misallar da səhvdir. Məsələn: “вирт”, “мет”, “хъурхъ” isimlərinin cəm halı “виртер”, “метер”, “хъвархъар” kimi verilib. Halbuki bu isimlər cəm halına keçəndə tək halın sonundakı samitlər dəyişir. Çəkdiyimiz misallarda “т” “тI” ilə, “хъ” isə “къ” ilə əvəz olunur. Ona görə də bu isimlər cəm halında belə yazılmalıdır: “виртIер”, “метIер”, “хъуркъар”.
“Feil” bəhsində də ciddi qüsurlar var. Felin gələcək zamanının tərifi düzgün verilməyib. Başqa dillərdən fərqli olaraq ləzgi dilində keçmiş zamanın üç növünün – yenicə ötmüş keçmiş zaman, çoxdan ötmüş keçmiş zaman, davam edən keçmiş zaman növlərinin olduğu nəzərə alınmayıb. “Ава” və “ама” köməkçi feillərinin hansı hallarda özlərindən əvvəl gələn sözlərə bitişik, hansı hallarda ayrı yazıldığını bilməyən müəlliflər onların yazılışında kobud səhvlərə yol verirlər.
Sayların yazılışında da ciddi noqsanlar var. Ləzgi dilində düzəltmə saylar birinci sözə ни bağlayıcısı əlavə olunmaqla ayrı yazılır. Məsələn: къанни цIуд. Kitabda bu və digər miqdar sayları bitişik yazılıb.
Metodik vəsait məzmun baxımından da kasaddır. Burada şagirdlərə həqiqətə uyğun olmayan məlumatlar verilir. Məsələn, Şusa ilə bağlı mövzunun sonunda müəlliflər yazırlar: “Шуша шегьер алай чкадин гьава шуьше хьиз михьи тирвиляй анал шегьер кутуна ва Шуша тIвар гана”. Cümlənin tərcüməsi belədir: “Şuşa şəhərinin yerləşdiyi yerin havası şüşə kimi təmiz olduğundan orada şəhər salındı və ona Şuşa adı verildi”. Tarixdən məlum olduğu kimi, Pənah xan bu qalanın yerini təmiz havaya görə yox, əlverişli müdafiə mövqeyinə görə seçmişdi. Şəhəri Pənah xan tikdirdiyi üçün ona Pənahabad adı verilmişdi. Xalq arasında Şuşaya “Pənah xanın qalası”, “Pənahabad qalası”, “Qala”da deyirdilər. Sonralar şəhərin adı “Şişə”, “Şəhri Şişə” kimi işlənməyə başladı. Molla Pənah Vaqifdən başlamış Mirzə Ələkbər Sabirədək Azərbaycanın bütün şairləri öz əsərlərində şəhərin adını “Şişə” kimi yazıblar. Rus dilində isə ona “Şuşa” deyildi.
Göründüyü kimi, “Şuşa” toponiminin “Şüşə” sözü ilə heç bir əlaqəsi yoxdur. Həsən İxfa Əlizadənin “Şuşanın tarixi” (Qarabağnamələr. Bakı, 1991) əsərində göstərildiyi kimi, şəhər “Qarabağ dağlarından birinin ən yüksək zirvəsi olan bir yamac üzərində” salınıb. Şübhəsiz, Şişə adı da bununla əlaqədardır. Yəni uca yerdə, şiş yerdə salınmış qala. Nadir Məmmədov özünün “Azərbaycanın yer adları” (Bakı, 1993) kitabında haqlı olaraq qeyd edir ki, “Şiş” xalq coğrafi terminidir və “dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi” mənasında işlənir.
Müəlliflərin qeyri-peşəkarlığı onların tərcümə etdikləri bəzi sitatlarda da üzə çıxır. 22-ci səhifədə ulu öndər Heydər Əliyevin millət və xalq haqqında dediyi bir fikir səhv tərcümə edilib: “Эгер миллетди, халкьди вичин дидед чIалал рахазвачтIа, ам кардик кутазвачтIа, адакай менфят къачузвачтIа, а халкьдикай халкь, миллетдикай миллет жедач”. Əslində həmin sitat belə olmalıdır: “Халкьдикай халкь, миллетдикай миллет ийизвайди адан дидед чIал я. Лайихлу дидед чIал авачир, дидед чIал кардик кутаз тежезвай, дидед чIалакай менфят къачуз тежезвай халкьдикай, миллетдикай, халкь, миллет жедач”.
Metodik vəsaitin müəlliflərinin onu hazırlayanda kifayət qədər lazımi ədəbiyyatdan istifadə etmədikləri aydın görünür. Əgər onlar ləzgi alimi H.Ramaldanovun ana dilində qələmə aldığı “Ləzgi dilini öyrənməyin metodikası”, “Ləzgi dilində yazıb-oxumağın metodikası” kitablarından, A.A.Toxi-Qodi adına Dağıstan Elmi-Tədqiqat İnstitutunun son illər ləzgi dilinin tədrisi ilə əlaqədar hazırladığı metodik vəsaitlərdən yararlansaydılar, belə ciddi səhvlərə yol verməzdilər.
Haqqında söhbət açdığımız, başdan-başa nöqsanlı vəsaiti metodikadan kənar metodika kitabı adlandırmaq olar. Onun təsadüfi adamlar tərəfindən hazırlandığı heç bir şübhə doğurmur. Elə isə, belə kitab kimə lazımdır?
Ümid edirik ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyi bu məsələni ciddi nəzarətə götürəcək, ləzgi dilini aşağılayan keyfiyyətsiz və yararsız dərsliklərin, metodik vəsaitlərin çapına yol verməyəcək, bu işi yalnız dili mükəmməl bilən və müəyyən təcrübəyə malik peşəkarlara həvalə edəcəkdir.
 
 
Sədaqət Kərimova,
Müzəffər Məlikməmmədov
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
ЧIал храйтIа дидейри... Cа халкьдиз кьве алфавит? Хуьрерин гьуьжет алай тIварар Чи гафар Къайда бегьемди туш
Статьи из этой рубрики
Əks nümunə Квахьзава чи хуьрер... Niyə əbədiləşdirilmir? Буьркьуьдаз экв кIанзава Cа халкьдиз кьве алфавит?
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ