Yeni uğurlar arzulayırıq
"Самур" - 20  |  4(251) 2012      

“ Samur ” qəzeti Azərbaycanda yaşayan ləzgilərin tribunası olaraq, onların səsinin yalnız Azərbaycanda yox, onun hüdudlarından xeyli uzaqlarda eşidilməsi, qəbul edilməsi və ən başlıcası - əks - səda verməsi üçün lazım olan çox mühüm funksiyaların daşıyıcısıdır. Odur ki, Azərbaycan ləzgiləri öz qəzetləri ilə fəxr edə bilərlər. Çünki, Azərbaycanda yaşayan azsaylı xalqların heç də hamısı özlərinin mütəmadi nəşr olunan mətbu orqanına malik deyildir. O ki, qaldı “ Samur “ qəzetinin səviyyəsində olsun. Yarızarafatla da olsa qeyd etmək istərdim ki, bəlkə də elə bunun nəticəsində, yəni “ Samur “ qəzetinin 20 illik uğurlu fəaliyyətinin nəticəsi olaraq, Azərbaycanda sadə əhalinin kifayət qədər böyük hissəsi, bir çox digər azsayli xalqları da “ ləzgi ” adlandırırlar. Bu nöqteyi - nəzərdən mən də bir az ləzgiyəm...

Etiraf etməliyik ki, müasir dövrdə hər hansı bir qəzetin mütəmadi nəşr olunaraq yayılması, ən başlıcası isə özünü maliyələşdirə bilməsinin təmin olunması az qala qəhrəmanlığa bərabər bir məsələdir və ən azı fədakar bir kollektivin saat mexanizmi qədər dəqiq işləməsini tələb edir. Əgər “ Samur ”qəzeti 20 il ərzində bunun öhdəsindən gələ bilibsə, bu həqiqətən də böyük işdir. Ona görə də “ Samur ” qəzetinin bütün yaradıcı kollektivini, xüsusən də, özlərini az qala oda - közə vuraraq hər növbəti nömrə üçün xəbər bukletləri, oçerkler, reportajlar hazırlayan, bir sözlə, qəzetin ərsəyə gəlməsi üçün “ qara fəhləlik ” edən müxbirlərini, şübhəsiz ki, “ mühəndisləri ” və “ arxitektorları ” ilə bir yerdə, bu yubiley munasibətilə ürəkdən təbrik edir və onlara respublikamızda yaşayan avarlar, Azərbaycan Avar Cəmiyətinin bütün üzvləri, bu cəmiyyətin sədri Məhəmməd İsayein adından ən xoş arzularımızı bildiririk.

Gün o gün olsun “ Samur ” qəzeti dünya mətbuatında “ Nyu - York taymz ”, “ Vaşington post ”,  “ Şpigel ”,  “ Qardian ” kimi qəzetlərlə bir sırada dursun!

Bir zamanlar azsaylı xalqlar öz hüquqlarını müdafiə etmək üçün əllərində qılıncla mübarizə aparırdılar. Bunun dünya tarixində bənzəri olmayan nümunəsini, bütün müsəlman dünyasının qəhrəmanı olan İmam Şamilin başçılığı altında Dağıstan xalqları öz salnamələrinə yazmışlar. İndi isə zəmanə başqadır. İndi azsaylı xalqlar öz sözünü qılıncdan daha iti olan qələmlə, kompüter, internet vasitəsi ilə bütün dünyaya deyir. Odur ki, qılıncdan daha iti olan qələmləriniz, şair demişkən “ ağ kağıza kotan kimi şırım açaraq ” tarixdə iz qoyan qələmləriniz və bu qələmləri tutan əlləriniz var olsun!!

Əli Hüseynov

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Сувариз элкъвей мярекат Коллективу редакции «Самур» “Сувар” приглашает Avar şairi ilə görüş Дуьньядиз сейли хьиливияр
Статьи из этой рубрики
«Самур» чи ивидин дамар я Агалкьунрин 20 йис «Самур» гьар хизандиз! Сувариз элкъвей мярекат “Самур” газетдин 20 йис тамам хьана!
ЦIИЙИ ТИЛИТ
№: 11(316)
декабрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ