Bir ulduz parlayır
Поэзия  |  7(323) 2018      
     Son zamanlar feysbuk səhifələrində ən çox izlədiyim imzalardan biri Turac Hi­lal­dır. Onun şeirləri orijinal deyim tərzi, obrazlılığı, qafiyələrinin uyarlığı, dil səlisliyi, düşündürücü olması ilə diqqətimi çəkib. “Belə gözəl poetik dünyası olan bir xanımın zəngin mənəvi dünyası olmalıdır”, - deyə ürə­yimdə düşünmüşəm. Xeyli vaxt onun ya­radıcılığını izləmiş, onu özüm üçün kəşf et­mişəm. Bu gün əminliklə deyə bilərəm ki, Azər­baycan poeziyasının səmasında bir ulduz parlayır. Bu ulduzun adı ləzgi qızı Turacdır. Başdan-başa səmimiyyət olan gənc qə­ləm sahibi. 
     Turac Kərimova 1979-cu ildə İsmayıllı ra­yonunun Qurbanəfəndi kəndində anadan olub. Orta məktəbdə yaxşı oxuyub, amma ata­sının xəstəliyi, anasının vaxtsız vəfatı onun ali təhsil almaq arzusunu ürəyində qo­yub. Ailəsi ilə doğma kəndində yaşayır. Dərzidir. İki oğlu, bir qızı var. Hilal onun kiçik oğlunun adıdır. Uşaqlıqdan şeirlər yazmasına baxmayaraq, Turac iki ildir yazdıqlarını oxuculara təqdim edir. Özünə əmin olmadığından ilk vaxtlar şeirlərini Hilal adı ilə bölüşüb. Hamı onun kişi olduğunu zənn edib. Nəhayət, şeirləri oxucuların diqqətini cəlb et­məyə başlayanda, pərəstişkarları onun əsl imzası ilə tanış olublar. İlk dəfə onun şək­lini görənlər isə bu istedadlı ləzgi qızının gö­zəlliyinə də heyran olublar. Onu tanıdan Hilal imzasını isə o, özünə təxəllüs götürüb. He­kayələri, şeirləri müxtəlif qəzet və jurnallarda çap olunub.”Nazlı çiçək kimiyəm” və “Mən ki, səndən doymadım” adlı iki kitabı işıq üzü görüb. 
     Həyatda olduğu kimi, yaradıcılıqda da onun ən böyük dəstəyi ömür-ğün yoldaşıdır. “Mə­nim uğurlarıma məndən çox sevinən odur. Onun mənimlə qürur duyması, inamı və güvəni məni daha da ruhlandırır” - deyə Turac etiraf edir.
 
S.KƏRİMOVA
 
Dodaqların “gəl” deyəndə
 
Dodaqların “gəl” deyəndə,barmaqların əsdimi?
Ürəyinin döyüntüsü, nəfəsini kəsdimi?
“Gəl” deyəndə dolub daşdı, üzundəki çuxurlar?
Göyərdimi sinən üstə gəzmədiyim cığırlar?
 
Yanıb tanrı evinəcən, yarana kül sıxdınmı?
Darıxanda ilan kimi qabığından çıxdınmı?
Səndən sonra əllərimi, gözlərimi itirdim.
İtirdikcə öz içimi, sökdüm, yedim bitirdim.
 
Sən dərdinə dərman tapıb, bircə gecə istəyən,
Mənsə sənə yoluxandan, sağalmayan xəstəyəm.
Sən qovuşmaq arzusuyla yaşayırsan, bilirəm! 
Mənsə səni yaşatmaqçün, hissə-hissə ölürəm.
 
Çırpılmır taxta qapı 
 
Bir yerdə qərar tutmur ruhum, darmadağınam.
Bu viranə könlümdə heç bayquş da ulamır.
Döyülməkdən göyərən anamın dizlərini
İndi mələklər öpür, göz yaşları sulamır.
 
Daha bizim hasardan yadlar boylanıb baxmır.
Çırpılmır taxta qapı  daş hasarın üzünə.
Daha ay isığında qıvrım saçlı qızcığaz
Burnunu çəkə-çəkə məktub yazmır özünə.
 
Daha nə o həyət var, nə o səs-küy, nə nənəm...
Babam bəhanə gəzmir Toplanı döymək üçün.
Atasının aldığı qırmızı donu geyib
Fırlanmır qonşu qızı özünü öymək üçün.
 
Öldü o qızcığazın balaca Məstanı da,
Ən böyük arzusu da, ən kiçik inamı da...
Öldü ay işığında burnunu çəkə-çəkə
Yazdığı məktubların çatacaq  ünvanı da.
 
Sənin həsrətin
 
Küçəyə atılmış ac körpə kimi,
Həsrətin yenə də kirimək bilmir.
Mənim dərdlərim də şikəst doğulub,
Düşüb dizlərimdən yerimək bilmir.
 
Əllərim payızın son gecəsidir,
Sığalı telimə ağ çiçək taxır.
Elə darıxmışam özümdən ötrü,
Bütün güzgülərdən gözlərin baxır.
 
Bəxt mənim üzümə çırpılan qapı,
Sən gedən, mən isə “geridə qalan”.
İndi rahatsanmı könül yuvamdan
Sərçə ümüdləri didərgin salan?!
 
Qəlbimi yandırıb isitdim səni,
Üşüyən ömrümə “bir gün” almadın.
Sənə göz yaşımdan dəniz yaratdım,
Sahil gözlərimdə lövbər salmadın. 
 
Bilirsən!
 
Sənsiz yadların şəhəri,
Qəfil ölüm xəbəriyəm.
Sənsiz korların səhəri,
Ölüsüylə yatanın 
Gecəsiyəm, bilirsən?
 
Qırıb körpə qanadımı,
Kimdə unutdun adımı?
Həsrətə küçə qadını,
Atılmış körpələrin 
Küçəsiyəm, bilirsən?
 
Ölümə can atıram
Az qalıb, bax, çatıram.
Günü günə satıram
İlin, ayın, həftənin
Neçəsiyəm, bilirsən?
 
Sənə susayıb içim,
Ver, günahından içim.
Bizə qovuşmaq üçün,
Hələ Qıl körpüsündən
Keçəsiyəm, bilirsən!
 
Qəhərlə dolu buludam
Toxunma, yağa bilərəm.
Damla-damla süzülürəm,
Sellənib axa bilərəm.
 
Doğmalar içində yadam,
Tüstulənir könül odam,
Külümlə oynama, adam!
Yandırıb-yaxa bilərəm.
 
Özümü gömdüm özümdə.
Can qorxusu yox gözümdə.
Kimsə olmaz mən dözümdə,
Dərdimi yıxa bilərəm.
 
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Илимдин кукIушрихъ ялзава Руьгьдин муькъвер Кьадардал гьалтайла тIимилбур Перейдите на lez.wikipedia.org
Статьи из этой рубрики
В поисках талантов СтIал Сулейманаз гуьмбет хкажна Лезги чIал кIанарзава Са маса тIям ава Ватандин чилихъ “Квахьай йикъарган” кIелайла...
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ