Qusar nahiyəsi 1915-1920-ci illərdə
Tarix olduğu kimi Тарихдин геле аваз  |  4(320) 2018      
     ... Quba qəzasının kəndliləri vergiləri verməkdən və mükəlləfiyyətləri yerinə yetirməkdən tez-tez imtina edirdilər. 1915-1916-cı illərdə Qusar nahiyəsinin Xuray kənd cəmiyyətinin Suvaçal, Xuray və Yuxarı Ləgər kəndliləri hökumətə vergi verməkdən boyun qaçırdılar. Torpaq uğrunda mübarizə getdikcə genişlənirdi. 1915-1919-cı illərdə Qusarda və xüsusilə nahiyənin Hil kəndində kəndlilər xəzinə torpaqlarını tamamilə tutdular.
Azərbaycan SSR MDTA, fond 1, 
siyahı 4, iş 1136, vərəq 2-3.
 
     1918-ci ilin avqustun 8-də Xaçmaz ya­xınlığında Dərbənd bolşevik hərbi dəstələri ilə döyüşdə 200 əsgərini itirən L.Biçeraxov Müşkür nahiyəsinin Alekseyevka, Yelenovka, Borispol kəndlərinə basqın edərək, Dərbəndə getmək üçün Nizova limanına tərəf hərəkət etdi. Avqustun 11-də biçeraxovçular Nizova kəndinə basqın etdilər.
     ... Bu hadisədən sonra ləzgi silahlı dəs­tələri L.Biçeraxovun qoşunu ilə döyüşə girişir. Döyüşdə 300-dən çox əsgərini itirən L.Biçeraxov Nizova limanından gəmilərlə Dərbəndə qaçır.
“Znamya truda” qəzeti, №121, 
24 avqust 1918-ci il.
 
     1918-ci ilin payızında ordunun yeməklə, pulla, atlarla və yemlə təmin olunmasından ötrü Quba qəzası kəndlilərinin məcbur edilməsi, hətta onlardan zorla alınmış 400 furqonla Qızılburuna odun daşıtdırılması, hərbi yüklərin kəndlilərin arabaları ilə aparılması, Qusar nahiyəsi Şirvanovka kəndlilərinin atlarının onlardan zorla alınması və digər soyğunçuluq halları əhalinin narazılığını artırdı.
     Qusar nahiyəsinin Əniğ, Zindanmuruğ, Qımıl, Cağar, Xuray kəndlilərinin güclü çı­xışları oldu. Bu çıxışlar silah gücünə yatırıldı. Buna baxmayaraq, yoxsulların çıxışları Quba şəhərində də baş verdi. 1918-ci ilin oktyabrın 27-də Qubada hökumət xəzinəsi talan edildi.
Azərbaycan SSR OİMDA, fond 1046, 
siyahı 4, iş 234, vərəq 7.
 
     Qusar nahiyəsinin kəndlilərinin getdikcə artan narazılılğı və arası kəsilmədən artan tələbləri nəticəsində hökumət güzəştə getdi. 1919-cu ilin sentyabrında Müşkür nahiyəsinin Cekqışlaq kəndi yaxınlığında yerləşən “Cəfərqışlaq” adlanan 251 dəsyatinlik torpaq sahəsinin Qusar nahiyəsinin Yuxarı Ləgər kəndlilərinə qaytarılması haqqında sərəncam verdi. Bu, kəndlilərin böyük müvəffəqiy-
yəti idi.
Azərbaycan SSR OİMDA, fond 77, 
siyahı 6, iş 38, vərəq 7-12.
 
    1917-ci ildə olduğu kimi, 1919-cu ildə də məhsul qıtlığı, yoxsulluq, səfalət, bahalıq Quba qəzasının kəndlilərini böyük məhrumiyyətlərə düçar etdi. Onlar hətta toxuma belə möhtac idilər. Bütün bunlar kəndliləri mülkədarların və hökumətin torpaqlarını ələ keçirməyə məcbur etdi.
    1919-cu ilin əvvəllərində Müşkür nahiyəsinin Qaraqaşlı, Rustov nahiyəsinin Ərməki və Qusar nahiyəsinin Urva kəndliləri 1240 desyatin xəzinə torpaqlarını ələ keçirdilər. Bu hərəkata Qusarın digər kəndlərinin əhalisi də qoşuldu. Mart ayında kəndlilər Qusar hərbi hissəsinə məxsus 143 desyatin torpağı ələ keçirməyə cəhd etdilər. Haki­miyyət orqanları kəndlilərin bu çıxışının qarşısını çox çətinliklə ala bildi. 
Azərbaycan SSR OİMDA, fond 77, 
siyahı 6, iş 22, vərəq 81-82.
 
     1919-cu ilin sentyabrında Qubanın və Qusarın ləzgi kəndlərinin əhalisi xəzinədən ağır şərtlərlə götürdükləri torpaqların içarə haqqını ödəməmək üçün mübarizəyə qalx­dılar. Qımıl, Küsnət, Əçəxür, Hil, Xürəl, Urva və Mucuq kəndlilərinin xüsusilə fəallıq göstərdiyi mübarizəyə qəzanın Buduq, Qəçrəş, Xuçbala, Alıc, Yelenovka, Höydün, Zizik, Maşioba, Hacıisaoba, Nabran, Güdəkli, Şıxlar və s. kəndlərin əhalisi də qoşuldu. Kəndlilər 14116 pud buğdadan ibarət icarə haqqını ödəməkdən tamamilə imtina etdilər. Onların ödənilməmiş məhsul borcları 129708 manat hesablanmışdı. Kəndlilərin inadlı mübarizəsi hökuməti güzəştə getməyə, onların xəzinə borclarını ləğv etməyə məcbur etdi.
Azərbaycanc SSR OİMDA, fond 77, 
siyahı 1, iş 3, vərəq 13, 17.
 
     ... Kuzun əksinqilabını ləğv etmək üçün 1920-ci ilin avqustun 25-də 4-cü Qafqaz polkunun 28 nəfər döyüşçüdən ibarət 3-cü eskadronu Terentyevin komandanlığı altında Kuzun kəndinə tərəf göndərildi. Quba Qəza Partiya Komitəsi Siyasi Bürosunun axtarış rəisi Nəzərovun rəhbərliyi altında bir gün əvvəl ora getmiş milis dəstəsi ilə birləşən bu dəstə Kuzun kəndi altında gözlənilmədən ləzgilər tərəfindən mühasirəyə alındı. Milis dəstəsi mühasirəni yara bildi. Lakin atışma nəticəsində 2 nəfər milis işçisi öldürüldü. Qüvvələrin qeyri-bərabərliyinə görə döyüşə girməyi əlverişli hesab etməyən hərbi dəstə geri çəkildi.
Azərbaycan SSR OİMDA, fond 27, 
siyahı 5, iş 97, vərəq 2.
 
 
Hazırladı: M.MƏLİKMƏMMƏDOV
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
КцIар райондин Мучугъ хуьр Ləzgi çörəyi Чи аямдин СтIал Сулейман Мучугъ Bakıya köməyə gələn ləzgilər
Статьи из этой рубрики
Генералдикай гьикI наиб хьанай? Къени крар авур хан РикIелай ракъурдач Bakıya köməyə gələn ləzgilər Винел акъудзавачир делилар
ЦIИЙИ ТИЛИТ
№: 8(324)
сентябрь, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ