Tarixə çevrilmiş qəhrəmanlıq
“Qanlı dərə” döyüşlərinin 100 illiyi Тарихдин геле аваз  |  4(320) 2018      
     1918-ci ildə erməni daşnaklarının və bol­şeviklərin Quba qə­zasında törətdikləri qırğınlardan yüz il ötür. Yerli əhali iş­ğal­çılara qarşı son dərəcə güclü müqavimət göstərmiş, doğma kənd­lərini tərk etməmiş, qəh­rəmanlıqla döyüşmüşdü. Ona görə də ermənilər qisas almaq üçün dağıtdıqları yüzlərlə kənd­lərlə yanaşı 27 kəndi əhalisi ilə birlikdə oda qalamış, yer üzündən silmiş, təkcə bu hesaba yüzlərlə insanı kütləvi sürətdə qırmışdılar. Ümumilikdə 162 kəndi dağıdan, 16 mindən çox dinc əhalini qıran daşnaklar Qu­bada misli görünməmiş soy­qırımı törətdilər.
     Ermənilər rus əsgərlərinin köməyi ilə Quba qəzasında dörd dəfə qırğına rəvac vermişdilər. Buraya özünü bolşevik kimi qələmə verən David Gelovanidən başqa, bolşevik Sturua da gəlmişdi. Onun dəstəsində 1000 əsgər var idi. Onlardan əvvəl isə Muradyanın (sonralar o, ikinci dəfə bolşeviklərlə birlikdə Qubaya qayitmişdı) komandirlik etdiyi 2000 erməni əsgəri qəzada qırğın törətmişdi. Həmin dəstə birinci dünya müharibəsində özü­nü rus çarizminin ən yaxın müttəfiqi kimi qələmə verən Daşnaksütun partiyasının əs­gər­lərindən ibarət idi. Bu əs­gərlər cəbhəyə getmək əvə­zinə müsəlmanlardan qisas al­mışdılar. (Bax: “Azərbaycan” qəzeti, №4, 25 sentyabr 1918-ci il).
     Dördüncü dəfə Quba qəzasına Stepan Şaumyanın tapşırığı ilə Amazaspın rəhbərlik etdiyi 3 min erməni əsgərindən ibarət xüsusi qisasçı dəstə göndərilmişdi. Qubada on gün qırğın törətmiş Amazasp təkcə ilk iki gün ərzində 1700 nəfərdən çox azərbaycanlını, 1200 nəfərdən çox ləzgini, 300 nəfərdən çox tat əhalisini qətlə yetirmiş, Qudyal çayının sahilində 700 nəfər əli silah tutan cavanı güllələmişdi. Umumiyyətlə, iki gündə 3900 nəfərdən çox müsəlmanı öldürmüşdü. Şəhərdə qırğınlar törədən Amazasp Quba ətrafındakı ləzgi kəndlərində güclü müqavimətə rast gəldi və xeyli əsgərini itirdi.
     Quba şəhər rəisi Əliabbas bəy Əlibəyovun izahatında göstərildiyi kimi, Amazasp yerli əhali qarşısındakı çıxışında demişdi: “... Hazırda mənim Di­gah və Alpan kəndlərində dö­yüşlərim gedir. Sonra Üç­gün və Küsnət kəndlərinə keçərək sizləri odlara yaxacaq və Şahdağa çatacağam. Onda başa düşərsiniz ki, erməniləri öldürmək nə düməkdir”. (Bax: APDA. f.1061. siyahı 1, iş 96, vərəq 35-36).
    Quba qırğınları zamanı azərbaycanlıların və tatların yaşadıqları kəndlərlə yanaşı 60 ləzgi kəndini də dağıdan, 8 min nəfərədək ləzgini qıran qaniçən ermənilər arzularına çata bilmədilər. 1918-ci ilin mayın 18-də Qubanın Digah kəndinin indi “Qanlı dərə” adlanan ərazisində ləzgilər vəhşi daşnakların ölüm hökmünü yazdılar. Yerli silahlı dəstələrə polkovnik Hatəm aça Cağarvi və nüfuzlu din xadimi Möhübəli əfəndi Kuzunvi rəhbərlik edirdilər.
     Mayın 18-də səhər saat 3-4 radələrində düşmən tərəfdə atış­ma başlandı. Ləzgilərin qəfil hücümü erməni daşnaklarını çaşdırmış, onlar döyüş səmtini itirərək, hara gəldi atəş açırdılar. Hatəm ağanın göndərdiyi dəstə ermənilərin üstünə elə qəfil şı­ğımışdı ki, daşnaklar özlərinə gələnə kimi, ləzgilər düşmənin iki topunu sıradan çıxarıb dərəyə yuvarlatdılar. Onların əlinə bir neçə pulemyot da keçdi. Həmin pulemyotlar işə düşəndə meşədə gizlənmiş daşnakların bir hissəsi canını qurtarmaq üçün dərəyə qaçdı. Hatəm ağa hücüm əmrini verəndə dərə sanki od tutub yanmağa başladı. Tezliklə ermənilərin ön səngərləri ələ keçirildi. Günortaya yaxın əvvəlcədən şərtləşdikləri kimi, Əlibəy Zizikskinin və Ləzgi Məhəmmədin dəstələri də Quba tərəfdən ermənilərə hücüm etdi. Bundan istifadə edən Hatəm ağa və Möhübəli əfəndi hücümu gücləndirdi və erməniləri ikinci mövqedən də çıxışdırıb çıxardı. Dağıstandan köməyə gəlmiş Əbdurrəhim əfəndinin dəstəsi də döyüşə qoşulanda düşmən tab gətirə bilmədi. Daşnaklar pulemyotlarını və tüfənglərini atıb qaçırdılar. Amazasp iki-üç yüz əsgəri ilə dənizə tərəf qaçaraq, hamıdan əvvəl canını qurtardı.
     Bir azdan döyüşlərdən yalnız türkürpədici iz qaldı. Yüzlərlə insan cəsədlərini qoynuna almış, başdan-başa qana bələnmiş dərə. Ona görə də sonradan bu ərazinin adını “Qanlı dərə” qoydular.
     Hadisələrdən yüz il ötdüyü bir vaxtda “Qanlı dərə”də qazanılan qələbəni xatırlamaq, həmin ərazidə xatirə kompleksi yaratmaq son dərəcə vacibdir. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, son illər ermənilərin işğal etdikləri torpaqları geri qaytarmaq uğrunda mübarizə apardığımız indiki dövrdə bu məsələ xüsusu əhəmiyyət 
kəsb edir.
Müzəffər MƏLİKMƏMƏDOV

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
КцIар райондин Мучугъ хуьр Ləzgi çörəyi Чи аямдин СтIал Сулейман Мучугъ Bakıya köməyə gələn ləzgilər
Статьи из этой рубрики
Генералдикай гьикI наиб хьанай? Винел акъудзавачир делилар Къефле кукIварай Абдуллагь РикIелай ракъурдач Къени крар авур хан
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ