Kitaba qayıdış
Редакциядиз чар  |  4(320) 2018      
Bu yaxınlarda Facebook səhifələrində görkəmli Azərbaycan yazıçısı Çingiz Abdullayevin xalqımıza müraciətinə qulaq asdım. Yazıçı deyirdi: «Son dövrlərdə gənclərimiz kitab oxumur, onlar mütaliə etməyi unudublar. Bunun hansı nəticələr verəcəyini, bizi hansı uçuruma aparacağını bilmirik”. Həmin müraciətdən sonra metro stansiyalarının perronlarında böyük hərflərlə “Metroda oxu” sözləri yazılmış bannerlərin yapışdırıldığının şahidi oldum. Kitab oxuma aksiyalarının keçirildiyini görmək necə də xoşdur. Mən bunu böyük çağırış adlandırıram. Bu, kitabsevərləri, ziyalıları fərəhləndirir. Yadımdadır, orta məktəbdə oxuduğum illərdə məktəb kitabxanası, kənd mədəniyyət evinin kitabxanası, sovxozun kitabxanası həmişə oxucularla dolu olardı. Kitabsız, mütaliəsiz bir günümüz olmazdı. Ləzgi, Azərbaycan və dünya yazıçılarının əsərləri bizim stolüstü kitablarımız idi.
Bəzi insanlar, niyə real olmayan, xəyali obrazları təsəvvür edib, qəlbimizdə yaşatmalıyiq, bu qədər internet imkanları ola-ola boş yerə vaxt sərf edib kitab oxumaq nəyə lazımdır, deyə düşünürlər. Mən isə belə düşünmürəm. Yaxşı bir kitab oxuyandan sonra bəzən ucadan demək istəyirəm: “Bax budur mənim axtardığım!”
Elə kitablar var ki, onları dönə-dönə oxuyuruq, zövq alırıq. Onları oxuduqca həm yazıçının qələminin gücünə, həm də əsərdəki qəhrəmanların daxili gözəlliyinə heyran oluruq. Belə kitabların qəhrəmanları daim bizim xəyalımızda yaşayırlar. Jül Vernin, Viktor Hüqonun, Cek Londonun, Lev Tolstoyun, Etel Lilian Voyniçin əsərləri həmişə oxunur. Bununla yanaşı azərbaycan və ləzgi ədəbiyyatında oxucuların rəğbətini qazanmış yazıçıların, məsələn, Anarın, Elçinin, Çingiz Abdullayevin, Maqsud İbrahimbəyovun, Rasim Hacının və başqalarının əsərləri də öz aktuallığı, dərinliyi ilə oxucunu hər zaman cəlb edir.
Bədii ədəbiyyat bizə yeni ideyalar verir, düzgün danışmağı, yazmağı öyrədir. Bizə insanları, təbiəti sevməyə, dünyanın gözəlliyini daha dərindən dərk etməyə kömək edir. Kitabla dostluq edən insan mənən zəngin, müdrik olur. Kitab həm də ən ağıllı dostdur. Əgər boş vaxtın varsa, əlinə kitab götürüb uzaq və maraqlı bir aləmə səyahət edə bilərsən. Mütaliə ən gözəl istirahətdir. Kitaba qarşı son zamanlar yaranmış laqeydliyi görəndə kitabxanalarda öz oxucusunu gözləyən yüzlərlə, minlərlə kitablar haqqında düşünürəm. O kitabları ki, bir zamanlar sevə-sevə oxuyar, bir-birimizə ötürərdik. Oradakı qəhrəmanlara oxşamağa çalışardıq.
Belə ədəbi mühitdən uzaq düşdüyümüz dövrdə metroda və yaxud başqa yerdə hansısa bir gəncin  kitab oxuduğunu görəndə elə sevinirəm ki. İnanmaq istəyirəm ki, haçansa kitabı mütaliəyə qayıdış olacaq. Kitaba qayıdış isə arzulara, ümidlərə qayıdış deməkdir.
 
Roza HACIMURADOVA
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
КцIар райондин Мучугъ хуьр Ləzgi çörəyi Чи аямдин СтIал Сулейман Мучугъ Bakıya köməyə gələn ləzgilər
Статьи из этой рубрики
Кьурагь дередин тават Вириниз сейли хьанва Жуввал гьикI хуьда? Маршалдин чар Хайи чIалан къадир хьуьх
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ