Юбилей | 3(319) 2018


Bakı Dövlət Universitetinin fizika fakültəsində çalışan tanınmış alim Benyaməddin Bəyağa oğlu Davudov 1939-cu il martın 31-də Qusar rayonunun Hil kəndində anadan olub, burada orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. 1969-cu ildə Belarus Respublikası Fizika İnstitunun aspiranturasını başa vurub, “Plazma sürətləndiricilərində gedən fiziki proseslərin tədqiqi” mövzusunda namizədlik dissertasiyası mudafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
50 ilə yaxındır ki, Вenyaməddin Davudov BDU-nun (Əvvəıki adı Azərbaycan Dövlət Universiteti) müəllimidir. O, 1982-ci ildən həmin ali təhsil müəssisəsində fiziki elektronika kafedrasının dosentidir. Radiofizika, radioelektronika, fiziki elektronika fənnlərini tədris edir. Alim 4 kitabin, 4 patentin, 150-dən çox elmi məqalənin müəllifidir. İki elmlər namizədi yetişdirib.
“Samur” qəzetinin yaxın dostu, sadə və mehriban insan olan Benyaməddin müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona şərəfli peşəsində müvəffəqiyyətlər arzu edirik.
Maraqlı məqalələrlə vaxtaşırı qəzetimizdə çıxış edən alimin bu dəfə aforizmlərini oxucuların diqqətinə çatdırırıq.
Aforİzmlər
· Pul “əl çirki” sayılsa da, onu əldə etmək üçün bəzi insanlar hər cür çirkin əməllərə getməyə hazırdırlar.
· Həqiqət və yalan biri-birinin əksi olsalar da, oxşar cəhətləri də var: nə vaxtsa onların üstü açılacaq.
· Xəstə fikirləri udmaqdan özüm də xəstələndim.
· İnsanlar biri-birindən yalnız düşünmə qabiliyyətlərinə görə fərqlənirlər.
· İnsan ölüm haqqında çox düşündükcə, ölüm ona bir addım da yaxınlaşır.
· Həyatda ən ağır yük ürəkdə kin- küdurət daşımaqdır.
· Xoşbəxtlıyi xoşbəxtlik olmayan yerdə axtarmaq, qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir.
· Hər yerdən vaxtında getmək vacibdir: toydan, qonaqlıqdan, hüzrdən, hətta bu dünyadan da.
· Çox vaxt insanın xasiyyəti onun taleyini həll edir.
· Çox danışmaq xəstəlikdir. Heç danışmamaq nöqsandıra Çox bilib az danışmaq isə insana şərəf gətirir.
· Onun sadəlövhliyindən hamı faydalanır, özündən başqa.
· Gələcəkdə dünyada ən qiymətli, ən bahalı şey oksigenlə doldurulmuş balonlar olacaq...
· Nə vaxtdır mən bədənimdə gizlənmişəm, üzə çıxmaqdan qorxuram.
· Öz qorxaqlığından başqa heç nədən qorxma.
· Borc alıb qaytarmamaq oğruluğun mədəni formasıdır.
· Nöqsanlarimiz səhv düşüncələrimizin məhsuludur.
· Fizika bir elm kimi dərinləşdikcə, fiziklərin sayı azalır.
· Əgər həyat olduqca yaxşı keçirsə, deməli, tezliklə nə isə pozulacaq.
· O, nöqsanlarını görəcək qədər ağıllı olsa da, onları aradan qaldıracaq qədər iradəli deyil.
· Yaxşı cilalanmış latun, cilalanmamış qızıldan daha cəlbedici və qiymətli görünə bilər.
· Səthi bilik adamı gözləmədiyi yerdə gülməli vəziyyətə sala bilər.
· Kişilər olduğundan ağıllı, qadınlar isə olduğundan gözəl görünmək istəyirlər.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий