50 il əvvəl yazılmış şeir
Поэзия  |  2(318) 2018      
     Özünü iki xalqın – ləzgi və Azərbaycan xalqlarının şairi adlandıran Kələntər Kələntərli yazdıqlarının müqabilində əsərləri az çap olunan qələm sahiblərindəndir. Tanınmış söz ustadı kimi ad çıxarsa da, ömrünün sonuna kimi “özümü yetkin şair saymağa haqqım yoxdur” deyirdi. Halbuki onun Azərbaycan dilində qələmə aldığı “Dəniz nəğmələri”, “Öz qitəmi axtarıram”, “Güllələsin dağlar məni” kitabları və ləzgicə çap olunmuş “Qızıl kimi kişilər” toplusu çoxlarının stolüstü kitablarına çevrilib.
Azərbaycanın və Dağıstanın kənd­lə­rində tez-tez oxucularla görüşən, təəs­süratlarını qələmə alan, bir sıra kəndlərə şeirlər həsr edən şair çox vaxt əlyazmalarını həmin kəndlərdəki dostlarına bağışlayar və bu əsərlər işıq üzü görməzdi. 
     Şair 2012-ci ildə dünyasını dəyişəndən sonra yerlərdə onun bir neçə şeri aşkarlanıb. Belə şeirlərdən birini redaksiyamıza “Samur”un yaxın dostlarından və təəssübkeşlərindən olan Tahir Ağarəhimov təqdim edib. Kələntər Kələntərli həmin şeri 50 il bundan əvvəl Quba rayonunun Qımıl kəndində olarkən qələmə alıb və əlyazmasını qımıllılara bağışlayıb. T.Ağarəhimovun dediyinə görə qımıllılar şairi həmişə böyük hörmətlə qarşılayar, onun şeirlərinə həvəslə qulaq asardılar. O, “Qımılda” şerini yerli əhalinin qonaqpərvərliyindən, kəndin füsunkar mənzərələrindən təsirlənərək yazmışdı. Aşağıda həmin şeri oxuculara təqdim edirik.
 
     Qımılda
 
     Səhər çıxan günəşin al telləri
     Dağ başında lövbər atar Qımılda.
     Nəğməsiylə oyadıb şən elləri,
     Bülbül gülə min naz satar Qımılda.
 
     Ürəklərdə yuva salan qəm deyil,
     Hər bir evdə toy çalınır elə bil.
     Görüb elin sevincini ilbəil,
     Qəm özü də qəmə batar Qımılda.
 
     Əgər dursa gecə ayın qəsdinə,
     Seçmək olmaz duman nədir, tüstü nə.
     Şeh çiləyib çiçəklərin üstünə,
     Dərələrə duman yatar Qımılda.
 
    Yellər əsib yellənəndə budaqlar,
    Barlı bağlar bir-birini qucaqlar.
    Sərin sulu, durnagözlü bulaqlar
    Obalara axıb çatar Qımılda.
 
    Qonşu Qəçreş heyran edər görəni,
    Sağlam gördüm burda ömür sürəni,
    Sıx meşəni, bir də “Yanıq dərə”ni
    Ömrü boyu kim unudar Qımılda?!
 
    Şair olan, qəlbini duy mahalın,
    Heç qalmasın bir cavabsız sualın.
    Kainatı gəzən səyyar xəyalın
    Bir də nə vaxt qərar tutar Qımılda? 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я “Самур” чи мектеб я Дидед чIалаз икрамна Редакторди кьиле тухвана “Лезгинкадал” илига
Статьи из этой рубрики
В поисках талантов Булахда яд ава СтIал Сулейманаз гуьмбет хкажна Лезги чIал кIанарзава Са маса тIям ава Ватандин чилихъ
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ