Türkiyə dağıstanlılarının etirazı
Хабарар  |  2(318) 2018      
     Bu ilin fevralın 24-də saat 14-də Türkiyənin Yalova şəhərindəki Mahaçqala parkında qələbəlik idi. Ölkənin etnik dağıstanlılarının nümayəndələri buraya etiraz nümayişinə toplaşmışdılar. Türkiyənin “D” kanalı ilə yayımlanan “Vətənim sənsən” adlı televiziya filmində təsvir olunan “Dağıstanlı” adlı vətən xaininin obrazı hamını hiddətləndirmişdi. Ad göstərilmədən, tarixi həqiqətlərdən uzaq, real faktlara əsaslanmadan obraz yaratmış ssenari müəllifinə və filmi göstərən kanalın rəhbərliyinə etirazlarını bildirən nümayişçilər filmin yayımının dayandırılmasını tələb edirdilər.
     Tarixi faktların filmdə haqqında söhbət gedən vətən xaininin Dağıstan və dağıstanlılarla heç bir əlaqəsi olmayan, milliyyətcə çərkəz olan Çərkəz Ethem adlı şəxs olduğunu təsdiqlədiyi halda, ssenari müəllifinin onu “Dağıstanlı” adıyla tamaşaçılara təqdim etməsinin heç bir məntiqə sığmadığını qeyd edən etirazçıları Yalova sakinləri, eləcə də ətraf şəhər və qəsəbələrdən gələn insanlar da dəstəklədilər.
     Etirazçılar arasında Yalova, Bursa, Balıkesir, K.Maraş, İzmir şəhərlərində fəaliyyət göstərən Dağıstan Kültür Dərnəklərinin rəhbərləri Şahabətdin Özdən, Yaşar Sabri Döndər, Osman Göçmez, Ümit Ünal, Abdullah Qubalı da var idi. Onlara Yalova Bələdiyyəsinin rəhbəri Vəfa Salman və Türkiyənin müxtəlif siyasi partiyalarının təmsilçiləri də qoşuldular.
     Etirazçılar filmin xalqlar arasında ayrı-seçkilik yaratmağa, etnik dağıstanlıları gözdən salmağa xidmət etdiyini qeyd edərək, Türkiyənin hərb tarixinə qəhrəmanlıq səhifələri yazmış babalarını misal gətirmişlər. Onlar igidlikləri dillər əzbəri olan dağıstanlıların Qafqaz cəbhəsindən Qurtuluş savaşına kimi şanlı mücadilə yolu keçdiyini, minlərlə şəhid verdiyini xatırladaraq, filmdəki bəzi kadrların, orada işlədilən bir sıra cümlələrin Türkiyənin yüz minlərlə Dağıstan soylu vətəndaşının şərəf və ləyaqətini alçaltdığını söyləmiş, bu biabırçılığa son qoymağı kanal rəhbərliyindən tələb etmişlər.
 
S.KƏRİMOVA
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я “Самур” чи мектеб я Дидед чIалаз икрамна Редакторди кьиле тухвана “Лезгинкадал” илига
Статьи из этой рубрики
Маниди эверзава Кьиляй-кьилди гьазур я Гафардай робот Къулайвилер туькIуьрзава Дишегьлийрин мискIин
ЦIИЙИ ТИЛИТ
№: 8(324)
сентябрь, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ