Etnik düşmənçilik
Quba soyqırımı - 100 Тарихдин геле аваз  |  2(318) 2018      
     Quba qəzasına gəlmiş işğalçı-lara Vartan Avakovun və Harutyun Ayrapetovun bu­rada yaşayan ermənilərdən ibarət quldur dəstələri kömək edirdi. Arxiv materiallarından məlum olduğu kimi, 1918-ci ilin ilk beş ayında daşnaklardan, bolşevik adı altında gizlənən ermənilərdən və ruslardan ibarət böyük qüvvə, təpədən dırnağadək silahlanmış 5000-dən çox əsgər və 500- dən çox özlərini yerli adlandıran erməni yaraqlıları Quba qəzasının əhalisinə qarşı əsl müharibə aparmışdılar. Təbii ki, bu qədər böyük bir qüvvəyə qarşı mübarizə aparmaq asan məsələ deyildi. Əliyalın əhali bunu bacarmazdı. Bun­dan ötrü silaha və təcrübəyə malik adamlar lazım idi. Bunlar Qusar nahiyəsinin Kuzun kəndinin sakini, Türkiyədə təhsil almış nüfuzlu din xadimi, qətiyyətli insan olan Möhübəli əfəndi Mahamadov, həmçinin Cağar kəndinin qoçaqlıqda ad çıxarmış sakini Hatəm Sərkarov (varlı və xeyirxah olduğuna görə ona “Hatəm ağa” kimi müraciət edirdilər) idi.
     Sonralar onların hər ikisi tanınmış şəxsiyyətlər kimi Quba hadisələri ilə bağlı yaradılmış qəza komissiyasına üzv seçil­mişdi. Bu komissiya ermə­nilərin törətdikləri qır­ğın­larla əlaqədar şahid­ləri dindirir və onların izahatlarını sənədləşdirirdi. Komissiyanın tərtib etdiyi sənədlərin bir hissəsi ötən əsrin 90-cı illərinin ortalarına kimi Dağıstan Respublikasının Dövlət Arxivində saxlanmışdır.
     İlk dövrlərdə Möhübəli əfəndinin dəstəsində 500, Hatəm ağanın dəstəsində 300 qaçaq var idi. 1920-ci ilin əvvəllərində onların dəstələrində qaçaqların sayı 3 minə çatırdı. Erməni daşnaklarına qarşı mübarizədə onlara qəzanın nüfuzlu və tanınmış simalarından olan Əlibəy Zizikskinin və Dəvəçi nahiyəsindən Həmdulla Əfəndiyevin (el arasında Həmdulla əfəndi kimi tanınırdı), Xaçmazın Şıxlar kəndinin bəylərinin dəstələri də qoşulmuşdu.
     Azərbaycan Xalq Cümhuriyyəti höku­mətinin 1918-ci ilin iyul ayın­da yaratdığı fövqəladə təhqiqat komis­siyasının üzvü Andrey Novatskinin məruzəsində göstərilir ki, David Gelovani 187 əsgərlə Qubaya gələndən bir neçə gün sonra ətraf kəndlərin ləzgiləri ondan tələb etdilər ki, ya şəhəri tərk etsin, ya da dəstəsi ilə birlikdə təslim olsun. Gelovani bu təklifi rədd edəndə dağ tərəfdən (yəhudi qəsəbəsi tərəfdən) şəhərə yaxınlaşan ləzgi silahlı dəstələri bolşevikləri qovmaq üçün buranı atəşə tuturlar. Atışma üç sutka davam edir. Nəhayət, bolşeviklər onlara köməyə gəlmiş böyük silahlı dəstənin mühafizəsi altında Xaçmaza geri çəkildilər. Ləzgilərsə dağılıb getdilər. (Bax: ARDA. F. 1061, siy. 1, iş 96, vər. 14).
     Sual oluna bilər: Silahlı ləzgilər bolşevikləri Qubadan niyə qov­muşdular? Çünki Gelovani mərkəzin xəbəri olmadan özünü Quba qəzasının komissarı elan etmiş qatı cinayətkar, ermənilərin tapşırıqlarını yerinə yetirən daşnak əlaltısı idi. Andrey Novatski Gelovaninin cəmi bir dəfə Qubada olduğunu göstərir. Özü izahatında buraya iki dəfə gəldiyini bildirir. Şahidlər onun Qubada üç dəfə qırğın törətdiyini deyir. David Gelovani Qubadan Xaçmaza gəlmiş nümayəndə heyətinə demişdi: “Başçılıq etdiyim iki minlik eşelonun əksəriyyəti erməni bolşevikləridir və onlar Qubaya getməyimi tələb edirlər. İki gündən sonra 300 əsgər, beş top və on pulemyotla Qubaya gələcəyəm. Camaatı başa salın ki, farağat dursun. Yoxsa Qubanı toplarla dağıdıb, əhalini qarışqa kimi qıracağam”.
     Yerli əhalinin yaddaşında “qəddar komandir” kimi qalmış Gelovani əvvəlcə 300, sonra 187 əsgərlə və əlavə köməyə gəlmiş 200 və bir də 170 əsgərlə, bir sözlə, birlikdə götürüldükdə 850-dən çox əsgərlə Qubaya hücum çəkib qırğınlar törətmişdi (Bax: Müzəffər Məlikməmmədov. Qanlı dərə. Bakı, 2009. səh 114).
     A.Novatski öz məruzəsində yazır ki, “Quba müsəlmanlarının sakit və sülh əhval-ruhiyyəli olduğunu görən, müsəlmanlar tərəfindən erməniləri heç bir təhlükə gözləmədiyinə əmin olan Gelovani iki yüz nəfərədək erməni hərbi əsgərini həbsxanadan buraxdı”. Bunlar kimlər idi? Erməni hərbi əsirlərinin Qubada nə işi var idi? Novatski bu sualları cavabsız qoyur. Hələ Gelovaniyədək Muradyanın başçılıq etdiyi 2000 erməni əsgəri Quba qəzasında qırğın törətmişdi. Bunu görən Möhübəli əfəndi və Hatəm Sərkarov qəzanın ləzgilərini erməni daşnaklarına qarşı mübarizəyə qaldırmış, Cənubi Dağıstan ləzgilərindən də kömək alaraq, işğalçıları darmadağın etmişdilər. Muradyan yüzədək əsgərlə qaçıb canını qurtarmış, əsir düşmüş iki yüzədək daşnak Möhübəli əfəndinin tapşırığı ilə Quba həbsxanasına salınmışdı (Bax: Yenə orаda səh. 15).
     Göründüyü kimi, Muradyanın erməni əsgərlərinin qisasını almaq üçün Qubaya Gelovaninin, onun dəstəsindən qırılanların qisasını almaq üçün isə qaniçən Srvanstyan Amazaspın xüsusi təlim görmüş 3 min nəfərdən ibarət “Qisasçı” dəstəsi göndərilmişdi. Qu-baya doğru hərəkət edərkən öz yolu üs­tündə bütün müsəlman kəndlərini talan edən, dağıdan, yandıran, qaçmağa macal tapmayan qocaları, qadınları və uşaqları vəhşicəsinə qıran Amazasp Qubada məscidin qarşısında əhalini hədələyərkən demişdi: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Qisasçı dəstəmlə burada qayda-qanun yaratmağa, Sovet hakimiyyətini qurmağa deyil, iki həftə əvvəl öldürdüyünüz ermənilərin qisasını almağa göndərilmişəm... Mənə əmr edilmişdir ki, dənizdən Şahdağa kimi bütün müsəlmanları məhv edim, onların yaşayış yerlərini Şirvanda (Şamaxıda - M.M.) olduğu kimi tamamilə dağıdıb, torpaqla bərabərləşdirim...” (Bax: ARDA.  F. 1061, siy. 1, iş 96, vər. 35-36).
     Qana susamış erməni cəlladının Qubada olduğu ancaq ilk iki gün ərzində - mayın 1-də və 2-də şəhərdə və qəzanın kəndlərində 1700 nəfərdən çox azərbaycanlını, 1200-dək ləzgini, 300 nəfərdən çox tat əhalisini qətlə yetirməsi, Qüdyal çayının sahilində əli silah tutan 700 gənci güllələməsi, bir sözlə, 3900 nəfərdən çox müsəlmanı qırması onun vəhşi xislətini daha yaxşı büruzə verir.
     Şahdağa kimi bütün müsəlmanları qırmaq istəyən daşnak başçısının xam xəyalları baş tutmadı. Yerli əhalinin mütəşəkkil və güclü müqavimətinə rast gələn, Digah, Alpan, Küsnət, Üçkün və Qımıl kəndlərinin əhalisi ilə bir neçə gün döyüşməli olan Amazasp Xaçmazdan əlavə qüvvələr çağırsa da, yenə istəyinə nail ola bilmədi. Öz köməkçisi Nikolay və dəstənin komissarı Venuntsla birlikdə Qubada dəhşətli soyqırımı törətmiş qaniçən Amazasp 1918-ci ilin mayın 18-də Digah kəndi ərazisindəki dərədə (indi bura “Qanlı dərə” adlanır) qəzanın igid oğulları ilə üz-üzə gəldi. Burada Möhübəli əfəndi Kuzunvinin, Ha­təm ağa Cağarvinin, mə­hər­rəm­kəndli Əbdür­rəhim əfən­dinin və baş­qalarının rəh­­bərlik etdikləri ləz­gilərdən iba­rət silahlı dəs­tələr təpədən dır­na­ğadək silahlanmış, çox­lu topu və pulemyotu olan daşnak qoşununu dar­madağın etdilər. Ama­zasp bir neçə əsgəri ilə qaçıb canını qurtardı. 
     Bu, böyük qələbə idi. Ona görə də ulu öndərimiz Heydər Əliyev 1998-ci ilin oktyabrın 3-də Qusar rayonu seçiciləri ilə görüşü zamanı demişdir: “Qanlı dərə”də 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etmişlər”.
     Hadisələrdən 100 il keçməsinə baxmayaraq, Quba soyqırımı ilə bağlı hələ də açılmamış bir sıra məsələlər vardır. Bu sahədə axtarışları davam etdirmək son dərəcə vacibdir. Mövcud arxiv sənədlərinə də yetərincə aydınlıq gətirilməlidir. Bu sənədlərdən biri - A.Novatskinin məruzəsi ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. 1999-cu ildə “Azərbaycan” qəzetinin aprel-may saylarında dərc olunmuş “Quba faciəsi” adlı tarixi oçerkdə A.Novatskinin məruzəsinin necə hazırlandığı və nə dərəcədə obyektiv olduğu barədə bəzi məqamları açıq­lamışdım. (Bax: “Azərbaycan” qəzeti, 22 aprel, 24 aprel, 30 aprel, 14 may, 16 may 1999-cu il). Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, məruzədə göstərilən zərər yalnız Amazasp tərəfindən vurulan zərərdir. Burada adları çəkilən bəzi kəndlərə, yəni Qubanın Digah kəndindən sonra gələn və Qusar ərazisində adları çəkilən yaşayış məntəqələrinə Amazaspın ayağı dəyməyib. Bəzi kəndlərə əvvəlki qırğınlar zamanı ziyan vurulub.
 
Müzəffər MƏLİKMƏMMƏDOV
(Ardı var)

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я “Самур” чи мектеб я Дидед чIалаз икрамна Редакторди кьиле тухвана “Лезгинкадал” илига
Статьи из этой рубрики
Генералдикай гьикI наиб хьанай? Къени крар авур хан РикIелай ракъурдач Bakıya köməyə gələn ləzgilər Винел акъудзавачир делилар
ЦIИЙИ ТИЛИТ
№: 8(324)
сентябрь, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ