Qusar nahiyəsi 1917-1919-cu illərdə
Tarix olduğu kimi Тарихдин геле аваз  |  1(317) 2018      
     Ötən əsrin əvvəllərində, 1917-1919-cu illərdə Quba qə­zasında baş vermiş hadisələrdə Qusar nahiyəsinin əhalisi fəal iştirak etmiş, ictimai haqsız­lıqlara, mövcud quruluşa, erməni daşnaklarına və bolşeviklərə qarşı ardıcıl mübarizə aparmışdır. Bunu həmin dövrdə nəşr olunan mətbuat orqanlarında verilmiş xəbərlər və arxiv sənədləri də sübut edir. Aşağıda topladığımız bəzi materialları oxuculara çatdırırıq.
Qusar nahiyəsinin Zeyxur kənd cəmiy­yətinin kəndliləri ilə Müşkür nahiyəsinin Yalama meşəsində ağac qırdıran hökumət nümayəndələri arasında toqquşma baş verdi. Kəndlilər meşəni tutaraq, onları ağac qırdırmağa qoymamış və meşədən qovub çıxarmışlar.
“Kaspi” qəzeti, 12 aprel 1917-ci il.
 
***
 
     1917-ci ilin iyun ayında Qusar nahiyəsinin Əniğ, Zindanmuruq, Cağar kəndliləri dönə-dönə ərizə və şikayətlər verir, heç bir nüfuza malik olmayan, azğınlıq edən hökumət orqanlarını hədələyirdilər. Zəki Rəsulov, Astarza Murad oğlu, Bayram Yüzdən oğlu, Məşədi Şahgəldi oğlu həmin kəndlilərin qabaqcıl nümayəndələri idi.
“Baku” qəzeti, №90, 25 aprel 1918-ci il.
 
***
 
     1918-ci ilin yanvarın 12-də Qusarda zəhmətkeşlərin böyük bir çıxışı oldu. Yerli hakimiyyət orqanları bu çıxışı çox çətinliklə yatıra bildilər. Quba qəzasının Rustov və Qusar nahiyələrinin yoxsullarını kütləvi həyəcanlar bürümüşdü.
Azərbaycan SSR OİMDA, fond 1046, siyahı 2, iş 74, vərəq 58-59, 65-67, 70-71.
 
***
 
     Quba cəbhəsində olduğu kimi, Xudat-Qusar cəbhəsində də Sovet hərbi hissələri məğlubiyyətə uğradı. Bu döyüşlərdə bolşeviklərə xeyli itki verildi. Düşmən (ləzgilər - M.M.) əlinə 2 top, 800 top gülləsi, 4 pulemyot, 10000 patron, çoxlu miqdarda silah, 2 furqon ərzaq keçdi.
“Vozrojdeniye” qəzeti, №86, 1 may 1918-ci il.
 
***
 
     L.Biçeraxov öz qüvvələrinin sayını artırmaq məqsədilə ləzgi dəstələrinə özü ilə birləşməyi təklif edir. Ləzgi dəstələri isə birləşməkdən imtina edərək, onlara (biçeraxovçulara - M.M.) məxsus olub Nizovada sahilə yan almış “Merkuri” və “Pir-Allahi” gəmilərini atəşə tutur.
“Znamya truda” qəzeti, №121, 24 avqust 1918-ci il.
 
***
 
     Hökumət orqanları kəndlərə polis və hərbi dəstələr göndərir, bu dəstələr isə zorla kəndlilərin var-yoxunu əllərindən alırdılar. Qusar nahiyəsindən Kuzun, Bədişqala, Yasab, Yuxarı Zeyxur kəndlərindən bir neçə min pud buğda, arpa, 5000 başdan artıq qoyun-keçi, 180 baş qaramal, habelə yağ və başqa kənd təsərrüfatı məhsulları aparmışdılar.
“İttixat” qəzeti, №1, 21 fevral 1919-cu il.
 
***
 
     Müsavat hökuməti 1918-ci ilə aid Quba qəzasında bir sıra kəndlərin hesa­bında ödənilməyib qalmış 18964 manat 88 qəpik vergini almaq istədikdə kəndlilər öz narazılığını bildirdilər. Ən inadkarı 5-ci nahiyənin Əniğ kəndliləri idi. 1919-cu ilin martın 2-də nahiyə pristavı onların narazı­lığının hökumətə qarşı üsyan həddinə gəlib çatdığını Bakı qubernatoruna xəbər verdi.
     ...Qusar nahiyəsinin Hil, Yasab, Kuzun kəndliləri də vergi verməkdən və əsgəri mükəlləfiyyətdən boyun qaçıraraq, hökumətin bütün tədbirlərinə qarşı çıxdılar.
Azərbaycan SSR OİMDA, fond 1046, siyahı 2, iş 74, vərəq 58-59, 65-67, 70-71.
 
***
 
     1919-cu ilin yayında Quba qəzası kəndlilərinin yeni çıxışları başlandı. Bu çıxışların ən güclüsü Qusar nahiyəsinin Kuzun kəndlilərinin çıxışı idi.
“İttixat” qəzeti, №12, 26 iyul 1919-cu il.
 
***
 
     Qusar nahiyəsinin Xuluq kəndliləri məktəb açılmasını tələb edirdilər. Kəndlilərin tələbi ilə əlaqədar olaraq hökumət 1919-cu il oktyabrın 1-də Xuluq kəndində bir dərəcəli məktəb açılması üçün sərəncam verdi. Nahiyənin Yasab kəndliləri də eyni tələbi irəli sürdülər.
Azərbaycan SSR OİMDA, fond 77, siyahı 2, iş 19, vərəq 31, 41.
 
Hazırladı: M.MƏLİKMƏMMƏDOV
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Дидед чIалахъ гьикI гелкъвен? Жегьил алимдин агалкьунар Гьамзат ЦIадасади СтIал Сулейманаз бахшай эсерар O qəmli sevinc
Статьи из этой рубрики
РикIелай ракъурдач Шабрандин тарих чирзава Генералдикай гьикI наиб хьанай? Tarixi ad bərpa olunmalıdır Къефле кукIварай Абдуллагь
ЦIИЙИ ТИЛИТ
№: 1(317)
январь, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ