Qəhrəmanlıq salnaməsi
Редактордин гаф  |  1(317) 2018      
     1952-ci ildə Türkiyənin Qars şəhərində həyata göz açmış, əslən Quba qrızlarından olan Abdulla Qubalı ləzgi xalqının tarixini, dilini, mədəniyyətini və adət-ənənələrini yaxından təbliğ edən, bu sahədə axtarışlar aparan qələm sahiblərindəndir. O, yazıçı Sədaqət Kərimovanın “Bir yaz gecəsi”, “Qürub” povestlərini, “Hal” romanını və “So­yuq günəş” pye­sini türk dilinə çevir­mişdir. Yazıçının hə­­­min əsərlərindən iba­­­rət “Ləzgiyə” adlı kit­abı 2017-ci ildə türk di­lində İzmirdə çap olun­muşdur. Abdul­la Qubalı həmçinin ya­zıçı Müzəffər Məlikməmmədovun “Hacı Da­vud” kitabından bəzi parçaları türk dilinə çevirərək Tür­kiyədə nəşr olunan “Dağıstan” jurnalında dərc etdirmişdir.
Bu qələm sahibləri ilə yaxından tanış olub onların yaradıcılığını öyrənən Abdulla Qubalı özü də yazıb-yaratmağa meyl göstərmiş və bəzi uğurlar qazanmışdır. Uzun illər türk dili və ədəbiyyatı müəllimi işləmiş A.Qubalı IV və V siniflər üçün türkcə dərsliklər yazmışdır. Onun 2017-ci ilin sonunda türk dilində İzmirdə çapdan çıxmış “Şirvan xalqının mücadiləsi” adlı kitabını müəllifin ilk böyük yaradıcılıq uğuru adlandırmaq olar.
     XVIII əsrin birinci yarısında Şirvanda və Dağıs­tanda baş vermiş hadisələrdən bəhs edən bu kitab həmin dövrü öyrənmək baxımından maraq doğurur. Müəllifin etiraf etdiyi kimi, əsəri qələmə alarkən o, M.Məlikməmmədovun “Hacı Davud” kitabından geniş istifadə etmiş, buradan tərcümələr vermişdir. Buna baxmayaraq, özü də bir sıra axtarışlar aparmış, oxuculara Hacı Davudla bağlı maraqlı faktlar çatdırmışdır. 
     Abdulla Qubalının türk oxucularına məşhur ləzgi sərkərdəsi Hacı Davud haqqında geniş məlumat verən, onun igidliklərindən söhbət açan “Şirvan xalqının mücadiləsi” kitabını qəhrəmanlıq salnaməsi adlandırmaq olar.
Aynur BAYBULATOVA

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Дидед чIалахъ гьикI гелкъвен? Жегьил алимдин агалкьунар Гьамзат ЦIадасади СтIал Сулейманаз бахшай эсерар O qəmli sevinc
Статьи из этой рубрики
Пара жезва ЧIехи хьанва Qubaya istirahətə Кьве гъвечlи аял Жегьилрин меркез
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ