Etnik düşmənçilik
Quba soyqırımı - 100 Тарихдин геле аваз  |  1(317) 2018      
     Bu il erməni daşnaklarının və bolşeviklərin 1918-ci ildə Quba qəzasında törətdikləri qırğınların 100 ili tamam olur. Həmin soyqırımın ilk tədqiqatçılarından olan redaksiyamızın əməkdaşı Müzəffər Məlikməmmədov bu məsələ ilə bağlı uzun illər axtarışlar aparmış, respublika mətbuatında onlarla məqalə və oçerk dərc etdirmiş, 2009-cu ildə “Qanlı dərə” adlı kitabını oxuculara çatdırmışdır. O, axtarışlarını bu gün də davam etdirir.
     Hadisələrin 100 illiyi ərəfəsində əməkdaşımızın yeni axtarışlarını əhatə edən məqalələrini oxuculara çatdırırıq.
     Son 30 il ərzində apardığımız tədqiqatlardan məlum olur ki, Quba qırğınları ermənilər tərəfindən əvvəlcədən düşü­nül­müşdü və buna geniş hazırlıq gö­rülmüşdü. Qırğına başlamaq üçün sə­bəb və bəhanə lazım idi. Ən yaxşı bə­hanə milli münaqişə ola bilərdi. 1918-ci ildə İrəvan quberniyasının mü­səlman kəndlərini top atəşinə tu­taraq yerlə yeksan edən, Naxçıvan şə­hərini dağıtmağa cəhd göstərən, Ba­kıda müsəlman əhalisini kütləvi qır­mağa çalışaraq, 6 min müsəlmanı qət­lə yetirən, Şamaxıda 8 mindən çox azər­baycanlını qıran erməni daşnakları bu qədər vəhşiliklərdən sonra dün­ya­nın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. (Bax: “Azərbaycan” qəzeti, 25 sentyabr 1918-ci il).
     Belə teleqramlar Quba­dan da yola salınmışdı. Bu­rada yaşayan Maçaq Kas­parov, Harutyun Ayrapetov, Aleksandr Mukanyants və Aleksandr Boqdanov kimi adamlar öz teleqramlarında göstərirdilər ki, guya Qu­bada müsəlmanlar mil­li ədavət, milli qırğın tö­­rə­dir, erməni və rus kənd­lə­rini dağıdırlar. Bu fik­ri ermənilər hətta Sovet ha­kimiyyəti qurulduqdan son­ra da təlqin edirdilər. Mə­sələn, L.P.Beriyanm şəxsi arxivindən tapılmış, 19 may 1937-ci il tarixdə Bakıdan SSRİ Xalq Deputatları İcraiyyə Komitəsinə göndərilmiş bir anonim məktubda 1918-ci ildə Əlibəy Zizikskinin və Mir Cəfər Bağırovun Qubada erməni qırğını törətdiyi xü­susilə vurğulanmışdı.
     Ermənilər belə yalanları əsas­lan­dırmaq və vaxtilə Qubada törətdikləri qanlı cinayətlərə bəraət qazandırmaq niyyəti ilə düşünülmüş siyasət aparır, imkan düşən kimi ictimai fikir for­ma­laşdırır, hətta istintaq orqanlarına geniş yol tapmış ermənipərəst ünsürlərin köməyi ilə 20-ci illərdə Qubadan həbs olunmuş bəzi adamları işgəncə yolu ilə erməni millətçilərinin xeyrinə yalan ifadələr verməyə təhrik edirdilər. Məsələn, 1921-ci ilin oktyabrında həbs olunmuş Əzizov Əziz Məşədihüseyn oğlu məcburiyyət qarşısında qalıb demişdi ki, “Zizikski öz qohumları Şıxlarski bəylərlə birlikdə Quba şəhərində və Quba qəzasında dəfələrlə erməni qırğını və qarətlər təşkil edib, öz ətrafına bəyləri və qolçomaqları yığaraq, inqilabi hərəkata qarşı fəal mübarizə aparıb”. (Bax: Azərbaycan DİN arxivi. Xitam verilmiş 818 nömrəli cinayət işi).
     Qara məni basınca mən qaranı basım prinsipi ilə iş görən erməni daşnakları tezliklə bolşevik hakimiyyətinin qurulacağını bildiklərinə görə fürsətdən istifadə etmiş, daha çox torpaq qopartmaq, Quba qəzasında erməni kəndlərinin sayını artırmaq, hətta Xaç­mazı erməni rayonuna çevirmək və gələcəkdə bura üçün xüsusi status tələb etmək niyyətində idilər (Bax: Müzəffər Məlikməmmədov. Qanlı dərə. Bakı, 2009. səh. 18).
     Erməni millətçiliyinin getdikcə şid­dətləndiyini görəndə ləzgi bol­şe­viklərinin 1904-cü ildə Bakıda ya­ratdıqları “Farux” (“Ədalət tərəfdarı”) təş­kilatının rəhbərləri 1918-ci ilin fev­ralın 10-da Sabunçuda yığıncaq ke­çirərək, ayrı-ayrı millətlərdən olan fəhlə və bolşeviklər arasında dost­luğun möhkəmləndirilməsinin, er­mə­ni millətçiliyinə qarşı mübarizə apa­rılmasının zəruriliyini xüsusilə qeyd etmişdilər. Həmin yığıncaqda “Farux” Bakı Fəhlə və Əsgər Deputatları So­vetinin tərkibinə daxil olan bütün par­tiyalara və təşkilatlara müraciət qə­bul etmişdi. Müraciətdə deyilirdi ki, “azad ləzgi yoxsulları millətçilərə və əksinqilabçılara qarşı son damla qan­larına kimi mübarizə aparacaqlar”. (Bax: Əhəd Ağayev. Nacmuddin Sa­murski (rus dilində). Mahaçqala, 1990. səh. 40).
     Bütün bunlara baxmayaraq, er­məni daşnakları Quba qəzasındakı er­məni əhalisi arasında qızğın təbliğat apa­rırdılar. O vaxt qəzanın indiki Xaç­maz rayonu ərazisində ruslar tərə­findən köçürülüb gətirilmiş er­mənilərin yaşadığı bir neçə kənd var idi. Daşnaklar həmin kəndlərin bütün əhalisinə silah paylamışdılar. Bunun nəticəsində qəzada yaşayan ermənilər Vartan Avakovun rəhbərliyi ilə hərəsi 200 və 300 nəfərdən ibarət iki silahlı dəstə yaratmışdılar. (Bax: Müzəffər Məlikməmmədov. Qanlı dərə. Bakı, 2009. səh. 53).
     Quba qırğınlarına ermənilərin əv­vəlcədən düşünülmüş şəkildə hazırlıq gördüklərini başqa faktlar da sübut edir. 1917-ci ilin sonunda bir qrup varlı erməni Qubanı öz əllərinə almışdı. Onların “Həmrəylik” adlandırdıqları bu qrupa sənayeçi Qriqori Poqosyan, tacir Karapet Vartanyan, balıq vətəgələrinin sahibi Vartan Avakov, dəyirman sahibi Harutyun Ayrapetov və başqaları da­xil idi. Onlar böyük silahlı dəstə ya­ratmışdılar. Həmin dəstə qəsdən gah er­mənilərin, gah da müsəlmanların ev­lərini odlayır, yerli müsəlman və xristian əhalisini bir-birinə qarşı qaldırırdılar. (Bax: Yenə orada, səh 35).
     Azərbaycanın şimal bölgəsində müsəlmanlara qarşı etnik düşmənçiliyin - soyqırımının əvvəlcədən plan­laş­dı­rıl­dığını sübuta yetirən başqa bir fakt. 1918-ci ilin martın əvvəllərində varlı ermənilər əmlaklarını sataraq, Qubadan tələsik çıxıb gedirdilər. Quba şəhər rəisi Əliabbas bəy Əlibəyov onlardan bunun səbəbini soruşduqda demişdilər: “Sizinlə bizim aramızda nə isə gözlənilir. Ona görə də Komitə bizi geri çağırır” (Bax: Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA). F. 1061, siy. 1, iş 96, vər. 38).
Əvvəlcədən qurulmuş plana görə daşnak qoşunu Şamaxını tutduqdan sonra oradan Xaltan yolu ilə Qubaya keçməli idi. Xaçmazda yaşayan er­mənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah da göndərilmişdi. Lakin daşnakların planı baş tutmadı. Çünki Gəncədən Şamaxıya köməyə gəlmiş azərbaycanlılardan ibarət silahlı dəstə ilə döyüşdə xeyli vaxt və çoxlu canlı qüvvə itirdilər. Digər tərəfdən, Şamaxı hadisələrindən xəbər tutan qonaqkəndli qaçaq Mayıl öz dəstəsini və yerli əhalini vaxtında səfərbər etmiş, düşməni qarşılamağa hazırlaşmışdı. Nügədili Əbülfəzin azərbaycanlılardan və Ləz­gi İsmayılın ləz­gi­lərdən ibarət dəstələri də ona kömək göstərməyə hazır idilər. Görünür, er­mə­nilər bu hazırlıqdan xə­bər tutmuşdular. Ona görə də növbəti dəfə hü­cuma keçib Şamaxını tut­duqdan, onlarca mü­səl­man kəndlərini dağıt­dıqdan sonra da xeyli qüv­vəyə malik olmalarına bax­mayaraq, Quba böl­gəsinə keçmədilər.
     1918-ci ilin yazında erməni daşnaklarının Qu-­­ba qəzasında törət­dikləri vəhşiliklərdən yazarkən bəzi mü­əl­liflər burada cəmi bir dəfə, Srvan­styan Amazaspın başçılığı ilə qır­ğın törədildiyini qeyd edirlər. Əslində isə həmin dövrdə ermənilər rus əsgərlərinin köməyi ilə bir dəfə deyil, dörd dəfə qırğın törətmişlər. Buraya özünü bolşevik kimi qələmə verən, 2000 əsgərini Xaçmazda saxlayıb cəmi 187 əsgərlə Qubaya gələn David Gelovanidən başqa, bolşevik Georgi Sturua da gəlmişdi. Onun dəstəsində 1000 əsgər var idi. Onlardan əvvəl isə Muradyanın (sonralar o, ikinci dəfə bolşeviklərlə birlikdə Qubaya qa­yıtmışdı) komandirlik etdiyi 2000 erməni əsgəri Quba qəzasında qırğınlar törətmişdi. Həmin dəstə I Dünya müharibəsində (1914-1918-ci illər) özünü rus çarizminin ən yaxın müttəfiqi kimi qələmə verən Daşnaksütyun par­tiyasının əsgərlərindən ibarət idi. Bu əsgərlər cəbhəyə getmək əvə­zinə Xaçmazda müsəlmanlardan qi­sas al­mışdılar. Eynən belə erməni qo­şun hissələri 1918-ci ildə cəbhəyə getməyib İrəvan quberniyasında azər­baycanlılara divan tutmuş, onları doğma kəndlərindən qovaraq, əvəzində erməniləri yerləş­dirmişdilər. (Bax: “Azərbaycan” qəze­ti, 25 sentyabr 1918-ci il).
 
Müzəffər MƏLİKMƏMMƏDOV
(Ardı var)

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Дидед чIалахъ гьикI гелкъвен? Жегьил алимдин агалкьунар Гьамзат ЦIадасади СтIал Сулейманаз бахшай эсерар O qəmli sevinc
Статьи из этой рубрики
Генералдикай гьикI наиб хьанай? Къени крар авур хан РикIелай ракъурдач Bakıya köməyə gələn ləzgilər Винел акъудзавачир делилар
ЦIИЙИ ТИЛИТ
№: 8(324)
сентябрь, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ